Damlaya "ev hədiyyə edən sevgilisi" danışdı: "Ona xüsusi jest etdim” – VİDEO – FOTO – AÇIQLAMA
Maraqli
Oxunub: 769
24 okt 2017 | 10:32
Damlaya "ev hədiyyə edən sevgilisi" danışdı: "Ona xüsusi jest etdim” – VİDEO – FOTO – AÇIQLAMA














Müğənni Damlanın iddia olunan sevgilisi Kamran Zahidli adlı musiqiçi haqqında yayılan bütün məlumatlara aydınlıq gətirməyə çalışıb.

Day.Az-ın məlumatına görə, K.Zahidli, mətbuata açıqlamasında bildirib ki, Damla ilə bu ilin avqust ayında Lənkəran şəhərində keçirilən konsertdə tanış olublar və orada Damlanın ona olan münasibətindən sonra duet ifa ediblər:

"Damla və onun meneceri Şəhriyar Lənkərana konsert proqramına gəlmişdilər. Mən də orada idim. Orada Şəhriyarla söhbətdən sonra otağa keçib, Damla ilə ünsiyyət yaratdım və ondan xahiş etdim ki, sizinlə duet oxumaq istəyirəm. O da qismən razılaşdı. Amma buna baxmayaraq, biz duet oxuduq və bu duet onun çox xoşuna gəldi. O, bu dueti "İnstaqram" səhifəsində paylaşdı. Həmçinin konsert zamanı səhnədə olan Damla mikrafonu mənə uzadaraq səhənəyə dəvət etdi və birlikdə mahnılar oxuduq. Mən də bu jestin qarşılığı olaraq, ona xüsusi jest etdim."

O, Lənkaran konsertindən sonra Qubada da təşkil olunmuş konsertdə Damla ilə eyni səhnəni bölüşdüyünü deyib:

"Bu hadisəndən təxminən 20 gün sonra Qubada növbəti konsert proqramı təşkil olunmuşdu və Damla da həmin konsertdə çıxış etmək üçün getmişdi. Bu konsertdən xəbər tutandan sonra Şəhriyarla əlaqə saxladım ki, həmin duetimizi orada da oxumaq istərdim və buna görə Damlanı sevindirəcəyəm. Şəhriyar da Damla ilə danışdı və o, razı olduğunu dedi. Mən də Qubaya yollandım. Konsert zamanı birlikdə bir neçə mahnı ifa etdik."

K.Zahidli Damla ilə münasibətləriylə bağlı fikirlərini açıqlayıb:

"Damla ilə sevgili olmaq qəbahət deyil. O, çox mədəni və gözəl xanımdır. Biz sadəcə olaraq, sənət yoldaşıyıq."

Damlaya ev hədiyyə verməsi məsələsinə özünəməxsus şəkildə cavab verən K.Zahidli, deyib ki, kiməsə ev alaramsa, o da kimsəssiz uşaqlar, yaxud yoxsul ailələr ola bilər:

"Damla açıqlamasında bildirib ki, imkanı olsa, özünə ev alar. Şükürlər olsun, özümün çox yaxşı şəraitdə olan evim var. Kifayət qədər pula ehtiyacı olan insanlar ki, onlara dəstək olaram. Yox, əgər söhbət məhz Damladan gedirsə, ona ev qurbandır. Müraciət etsin, öz evimi ona hədiyyə edim."

Damlanın mətbuata onun haqqında verdiyi açıqlamasından qismən razı olduğunu söyləyən K.Zahidli, qeyd edib ki, heç kimin qarşısında aciz insan deyil:

"Damla elə danışıb ki, guya, ona yalvarmışam. Aciz insan deyiləm ki, kiməsə yalvarım. Ancaq insanlıq naminə xahiş edə bilərəm."

Qeyd edək ki, bir neçə gün əvvəl sevgilisi Damlaya ev hədiyyə etməsiylə bağlı yayılan xəbərlər geniş ajiortaj yaradıb.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...