"Yarım milyonluq ev, 120 minlik avtomobil" - Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı" - FOTO
Maraqli
Oxunub: 1 519
24 okt 2017 | 16:06
"Yarım milyonluq ev, 120 minlik avtomobil" - Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı" - FOTO












Aktrisa Aysel Bayramovanın Milli.Az-a müsahibəsi.

- Aysel, "My name is İntiqam" filminə çəkiləndən sonra, demək olar ki, film karyeranıza son qoydunuz. Sənətdən uzaqlaşmağınız nə ilə əlaqədar idi?

- Bu film mənə çox uğur və səs-küy gətirdi. Filmə görə ailəmdə müəyyən narazılıqların olduğunu da gizlətməyəcəyəm. Bu sahənin mənim təbiətimə, tərbiyəmə uyğun olmadığını görüb sənətdən uzaqlaşdım. Çünki bu sahəyə aid olmayan insanlarla adımın hallanmağını istəmirdim. Artıq 3 ildir ki, daha ciddi və hörmətli sahədə çalışıram.

- "My name is İntiqam" filmində açıq-saçıq səhnələr çox idi. Yəqin ki, ailəniz tərəfindən də sərt təpki ilə qarşılaşmısız.

- Orada açıq-saçıq bir şey yox idi. Sadəcə, normal həyatda hər kəsin geyindiyi şortiklə çəkilmişdim. Filmin özü ikibaşlı zarafatlardan ibarət olduğu üçün ailəmdə narazılıq olmuşdu. Qeyd edim ki, bu film son təqdimatı olan filmlər arasında ilk ən böyük qala gecəsi, tamaşaçı kütləsi ilə yadda qalmışdı.

- Sənətdən uzaqlaşmağınız təmiz adınızı qorumağınızla bağlı idi?

- Bəli, mən hər zaman illərlə bunu qorumuşam. Bu səbəbdən də heç vaxt üzdə olmaq istəməmişəm. Kənarda dayanıb öz işimlə məşğul olmuşam. Çünki mənim üçün ləyaqət, xanımlıq hər şeydən önəmlidir. Mən bu sahəyə heç vaxt ciddi yanaşmamışam. Aktrisalığa hobbi kimi baxırdım. Bilirdim ki, müəyyən bir yaşdan sonra ciddi işlərlə məşğul olacağam.

- Siz modellik sahəsindən aktrisalıq sənətinə gəlmişdiniz. Model olduğunuza görə kifayət qədər cəsarət sahibi olduğunuz bəllidir.

- Bəli, mən "Best model Azərbaycan", "Miss Azərbaycan" və "Miss şarm" gözəllik yarışmalarında olmuşam. Amma heç vaxt açıq-saçıq podiumlarda olmamışam, bu cür fotosessiyalarda çəkilməmişəm. Bu sənətdə müəyyən sərhədlərim olub. Mənim modellik fəaliyyətim aktrisalıq fəaliyyətimdən daha az olub.

- Heç çəkiliş meydançası üçün darıxmırsınız?

- Qətiyyən darıxmıram. Çünki hal-hazırda bu sahədə elə iyrəncliklər baş verir ki, sənətdən uzaqlaşdığım üçün sevinirəm.

- Deməli, sadəcə, çəkilmək, tanınmaq üçün bu sənətə gəlmişdiniz?

- Xeyr, tanınmaq mənim üçün heç vaxt önəmli olmayıb. Buna heç vaxt can atmamışam. Həmişə kölgədə qalmaq istəmişəm ki, bu, mənim gələcək həyatıma mane olmasın.

- Qadın sənətçilər o halda sənətdən uzaqlaşır ki, artıq ailə həyatı qurmağa qərar verirlər. Olmaya ailə həyatı qurmağa hazırlaşırsız?

- Xeyr, hələ ki, ailə həyatı qurmamışam. Amma planda var. Elə bu səbəbdən də Youtube və digər portallarda olan veriliş, müsahibə, şəkillərim yavaş-yavaş silinir. Hətta çəkildiyim reklamlar belə (gülür). Mənim üçün ailə dəyəri hər zaman üst səviyyədə olub.

- Bu, gələcək həyat yoldaşınızın bir qadağasıdır?

- Bu qadağalar ortaq qərar və gələcəyimiz üçündür.

- Hal-hazırda özünüzü hansı sahədə sınayırsınız?

- Hal-hazırda biznes sahəsində fəaliyyət göstərirəm.

- Yəqin ki, elə bu sahədə olduğunuzdan sosial şəbəkələrdə "bahalı həyatınız" - yarım milyonluq eviniz və bahalı avtomobiliniz müzakirə olunur.

- Bəli, yarım milyonluq evimin olduğu doğrudur. Üstəlik, 120 minlik bahalı avtomobilim də var. Sadəcə, sosial şəbəkələrdə mənə qarşı olan qəzəbin səbəbini heç özüm də anlamıram. Yazılan rəylərdə daha çox alt məna verməyə çalışırlar.

- Bütün bunları sizə kimsə hədiyyə edib?

- Xeyr, mən axı biznes sahəsində çalışdığımı vurğuladım. Bundan öncə də evlərim və bir başqa markalı avtomobilim var idi. Bütün bu var-dövləti aktrisalıq sənəti ilə bağlayırlar. İnsanları da qınamıram, çünki bu sahədə hal-hazırda normal insan çox azdır.

- Bir çox gənc aktrisalarımız var ki, onlar da sizin kimi var-dövlətə malikdir.

- İllərdir sənətdə külüng vuran aktrisaların var-dövlətlərinin olması normaldır. Gənc aktrisalar isə, sadəcə, özlərini göstərirlər. Kirayədə yaşaya-yaşaya kreditlə maşın götürüb sürürlər. Bu sahədə göstəriş üçün çox yalanlar və iyrəncliklər var.

- Atanızın ağır xəstəlikdən əziyyət çəkdiyini bildirmişdiniz. Hal-hazırda səhhəti necədir?

- Atamın xərçəng xəstəsi olduğunu bilib çox çətin günlər yaşadım. Çox şükür ki, artıq hər şey geridə qalıb. Belə ki, atam bu günlərdə əməliyyat olundu və indi vəziyyəti normaldır. Məni həyatda sarsıdan ilk şey atamın xəstəliyə tutulması oldu. Sanki, daha əvvəl heç dərd nədir, bilməmişəm. Allah heç kimi valideynlərinin xəstəliyi ilə imtahan çəkməsin.
"Yarım milyonluq ev, 120 minlik avtomobil" - Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı" - FOTO"Yarım milyonluq ev, 120 minlik avtomobil" - Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı" - FOTO"Yarım milyonluq ev, 120 minlik avtomobil" - Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı" - FOTO"Yarım milyonluq ev, 120 minlik avtomobil" - Biznes lediyə çevrilən azərbaycanlı aktrisanın "bahalı həyatı" - FOTO
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!