Müğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏ
Maraqli
Oxunub: 2 741
29 noy 2017 | 15:27
Müğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏ














Son zamanların ən qalmaqallı müğənnisi olan Damla AZXEBER.COM-a geniş müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

- Açıqlama vermisiz ki, haqqımda çıxan dedi-qoduları, qalmaqalları elə də önəmsəmirəm. Amma tez-tez qalmaqalla gündəmə gəlirsiniz, bu qalmaqalların səbəbi nədir?

- Çox soyuqqanlı insan olduğuma görə, fikirləşirlər ki, onsuz da Damlanın dünya-aləm vecinə deyil, qoy haqqında nə gəldi danışaq, cavab verən deyil. Ona görə də başlayırlar qarışqanı fil etməyə. Amma hər zaman çalışmışam ki, çərçivələri aşmayım. Kimsənin şərəf və ləyaqətinə toxunmayım, hissləri ilə oynamayım. İstər jurnalist olsun, istərsə də televiziya işçisi. Sahəmdən olan heç bir insanı incitmək istəmirəm. Çünki biz bir zəncirik, bir-birimizə bağlıyıq, mən oxumasam, siz də xəbər yazmayacaqsız. Ona görə də biz bir-birimizə dəstək olmalıyıq. Siz mənim haqqımda pis bir fikir yazanda mənim tamaşaçı ordum başlayacaq sizi pisləməyə ki, sən nə saytsan, sən kimsən?! Məni qıcıqlandıran da odur ki, mən Bakıda, Lənkəranda, Gəncədə, Astarada dağların arasında konsert vermişəm bunları yazmırsız, yazırsız ki, Damla hamilədir, bəxtəvər mənim başıma.
- Bəlkə bu yaşanan qalmaqalların səbəbi sizin ətrafınızdır, ətafınızdaki insanları düzgün seçə bilməməyinizdir?

- İnsanın təcrübəsi artdıqca artıq pisi və yaxşını ayırd edə bilir, pislər ələnib gedir onsuzda pis heç vaxt insanın yanında qalmır. Nə vaxtsa özünü göstərir.
- Damla yetəri qədər sevilir, ən məşhur şou adamlarındandır. Amma nədənsə sizi məşhurlarla bir yerdə görmürük. Bəlkə "şoubiznesdə dostluq yoxdur”prinsipinə əsaslanırsız?

- Mənim iş qrafikim o qədər ağırdır ki, boş zamanlarımda yatıram, ya da öz işlərimlə məşğul oluram. Mən boş zamanlarımda belə oturub düşünürəm ki, nə edək, nə iş görək, yeni layihə hazırlayaq. Yəni, mən bir klipi təqdim etməmiş, ikinci klipimi hazır qoyub, saxlayıram. Mən boş vaxtımı da işə sərf edirəm.

- Ümumiyyətlə sənət adamlarından yaxın dostum dediyiniz biri varmı?

- Vallah heç kəslə dostluğum yoxdur.
- Deyirsiz ki, vaxt məhdudiyyətim var, işlərim çoxdur. Bu qədər işin arasında bəs övladınıza vaxt ayıra bilirsiniz?

- Oğlum özəl liseydə dərs alır onların yatmaq vaxtı 9-10 olur. Elə vaxtlar olur ki, uşağı 12-də zəng edib oyadıram ki, mən səni neçə gündür görmürəm, dur ayağa, görüm səni. Amma çox çətindir, adi günlərdə isə görüntülü danışıram, yazışıram.

- O zaman sizdə şəxsi həyat anlayışı deyə bir şey yoxdur, həyatınız sadəcə sənətdən ibarətdir?

- Şəxsi həyat var əslində, ata-anama, evimə bağlı bir insanam. Amma gec saatlarda evə çatıram. Oğluma zəng edirəm ki mama qurban yatma, çatıram, səni görüm.

- Bəs bu iş qrafiki ana-oğul münasibətlərində qopuqluq yaratmır?

- Qətiyyən, çünki oğlum mənimlə nəfəs alır, onun hər şeyi ilə mən məşğul oluram.

- Oğlunuzun dərsləri necədir? İncəsənətə meyillidir?

- Futbola meyillidir, dünya şöhrətli, məşhur futbolçu olmaq istəyir.

- Tez-tez yeni mahnılar təqdim edirsiniz. Fikir vermişəm hamısı sevgidən yanadır. Bəs elə bir klipiniz varmı ki, o sizin həyatınızdan bəhs etsin?

- "Xoşbəxt ol" mahnısını yaşamışam. O mənim həyatımı əks etdirir.

- Belə görünür ki, sevgidə qürur etmirsiniz, ümumiyyətlə qürurlu xanımsız?

- Sevgidə qürur varsa ona sevgi demək olmaz. Mən qürurlu insanam. Qürur bilirsiz nə deməkdir? Qürur sərhəd deməkdir, yəni mən bunu edə bilmərəm. Əgər sən sevgidən deyirsənsə mən bunu edə bilmərəm, deməli sevmirsən. Ailənə qarşı bunu qürur edirsənsə bu o deməkdi ki, sən ailən üçün fədakar deyilsən.

- Damlanın sevgisini nə bitirə bilər?

- Diqqətsizlik. Ola bilər ki, həmin bəy mənə 10 dənə buket, ətir alsın amma mənə yalan danışsın və dünyanın ən bahalı zinət əşyasın gətirsə də o yara sağalmaz. Bu sadaladıqlarımla birgə bahalı heç nə istəmirəm. Sevdiyim mənə aid olsun. Mənə ağrı yaşadıb, sonra bahalı hədiyyə alacaqsa, lazım deyil. O bahalı hədiyyə olsa da, hər zaman istifadə edəndə xatırlayacam ki, bunu mənə qarşı yalan danışan adam alıb. Kişilər bəzən xanımlarına yalan danışır, sonra səhəri gün deyir, gedək sənə bahalı hədiyyələr alım. Mənə ele şeylər lazım deyil.

- Bu gün sizə üzük hədiyyə ediblər. Bu nə münasibətlədir?

- O sadəcə xoş anların üzüyüdür. Dava-qırğından sonra gələn üzükdür. Bu üzük Günahları yumaz. (gülür)

- Müğənni kimi yetərincə sevilirsiz, bəs bir xanım kimi özünüzü xoşbəxt hiss edirsiz?

- Ana kimi çox xoşbəxtəm. Övlad kimi həddən artıq xoşbəxtəm, çünki valideynlərim məni çox sevir. İşim barəsində də çox xoşbəxtəm, təəssüf ki, şəxsi həyatım haqqında bunu deyə bilməyəcəm.

- Məşhur olandan sonra qohumların sizə mövqeyi dəyişdi?

- Vallah qohumlarımı uzun zamandır ki, görmürəm. İllərdi görmürəm amma yaxşı şeylər də eşitmirəm. Fikirləşirlər ki, Allah bilir bunun arxasında kim dayanırsa, bir anda getdi qabağa, bax belə şeylər məni incidir. Bu dediklərimi uzaq qohumlar deyir, təbiii ki, xalam bibim elə demir.

- Bu sənətdə həmkarlarınızdan kim sizə dəstək olub?

- Rahat şəkildə birini deyə bilərəm o da, müğənni Könül Kərimovadır.

- İkinci dəfə ailə qurmağı düşünürsüz?

- Hələ planda elə bir şey yoxdur. Həyatımın vazgeçilməz bir kişisi var. O da mənim oğlumdur. Milyonlar da gəlsə ondan vazgeçmərəm.

- Yenidən birisi çıxsa ailə həyatı qurarsız?

- Bundan sonra yox. Bu vaxta kimi harada idi?Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim. Çünki bu pilləyə gəlib çatana kimi çox əziyyətlərlə qarşılaşmışam.

- Hər zaman qapalı geyimlərdən istifadə edirsiz. Səhnə bir az riskli geyimləri sevir. Misal üçün xalq artisti Aygün Kazımovanın performansı kimi...

- Aygün xanımı da dinləyirəm. "SUS" klipini də çox bəyəndim. O xanım əvəldən sənətdə cəsarətli geyimlərdən istifadə edib və bu da ona yaraşır. Amma mən heç bir zaman açıq-saçıq geyinmərəm və yataq səhnələrinə çəkilmərəm. Milyonlar da verilsə mən soyunmaram. Hər zaman əsl azərbaycanlı xanımlar kimi uzun və qapalı geyimlərdən istifadə edəcəm.

- Yaradıcılığınızda şedevr mahnısı hansıdır?
- Övladlar valideyn üçün necə əzizdisə, müğənni üçün də bütün mahnılar elədir. Yaradıcılığımda olan "O mənəm” mahnısı mənim üçün hər zaman şedevrdi. O mahnının adı gəldikdə yaranma tarixi gözümün önündən lent kimi keçir.



Nazim Qasımzadə,
Leyla RəhimliMüğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏMüğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏMüğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏMüğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏMüğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏMüğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏMüğənni Damla: "Vaxtında normal ailəm olsaydı, bu sənətin qapısından belə keçməzdim" - MÜSAHİBƏ
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO