Məleykə Əsədova geri addım atmadı — "Ramiz Məliki bağışlasam..."
Maraqli
Oxunub: 717
4 dek 2017 | 14:21
Məleykə Əsədova geri addım atmadı — "Ramiz Məliki bağışlasam..."













“Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur”.
"Ölkə.Az" xəbər verir ki, bunu APA-ya xalq artisti Məleykə Əsədova deyib. O qeyd edib ki, Ramiz Məlik cəmiyyətə yanlış informasiya ötürməklə məşğuldur: “Ramiz Məlikin saytlara verdiyi açıqlamaları oxuyanda dəhşətə gəldim. Deyir ki, Məleykə Əsədova xalq artistidir, bu olanlar ona yaraşmaz, mən onu təhqir etməmişəm, öyüd-nəsihət vermişəm. Sual verirəm: Ramiz, sənin dünyanda ailəni əxlaqsız sözlərlə ictimaiyyət qarşısında söymək təhqir deyil? Deyirsən, əlli illik təcrübən, 74 yaşın, ağ saçların var. Sən nəyə görə 74 yaşından, ağ saçlarından, işlədiyin kollektivdən, bizi alqışlayan tamaşaçılardan utanmadan, hörmət etmədən, səninlə illərdir, səhnəni bölüşən, bir neçə tamaşada tərəf müqabili olan iş yoldaşını və onun ailəsini ictimaiyyət qarşısında təhqir etdin? Bu, sənin dediyin kimi, 50 illik iş təcrübənə, 74 yaşına, ağ saçlarına yaraşar? Sən yenə də səhv informasiya yaymaqla, şantaj etmək, böhtan atmaqla özünü cəmiyyət qarşısında təmizə çıxarmaq, haqsız ola-ola haqlı kimi təqdim etməyə çalışmaq, özünü günahsız tərəf kimi göstərməyə cəhd etmək, əməllərinə görə səni gözləyən məsuliyyətdən yaxa qurtarmağa çalışırsan. Amma bu, boş cəhddir. Çünki mən ölkəmizin ədalət məhkəməsinə güvənirəm”.

M. Əsədova əlavə edib ki, illərdir, teatrda bu kimi qalmaqallar ancaq Ramiz Məlikin adı ilə bağlıdır: “Keçən il olan qalmaqal unudulmamış, yenə heç kimlə işi olmayan, öz balaca dünyasında hər kəsə xoşbəxtlik arzulayan, Allahına bağlı olan bir qadınla qalmaqal yaratdın. Bununla iç dünyanın “tərbiyə zənginliyi”ni göstərdin. Hamı bilir ki, valideynlərimə nə qədər böyük hörmət, sevgi ilə yanaşmışam. Onlar dünyasını dəyişsə də, ruhları hər zaman mənimlədir. Mən səni bağışlasam, atamın-anamın ruhu məni bağışlamaz. Üzümü Ramiz Məliki məhkəməyə verdiyimə görə məni qınayan bəzi insanlara tuturam: siz dünyasını dəyişmiş valideynlərinizə böhtan atıb, əxlaqsız sözlərlə onları təhqir edəni bağışlayarsınız? Ramiz Məlik gedib atamla anamın məzarı qarşısında onların ruhlarından üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir”.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...