Günün qoroskopu: ailə üzvləri ilə bağlı yeni, mühüm xəbərlər ala bilərsiniz
Maraqli
Oxunub: 701
27 dek 2017 | 10:37
Günün qoroskopu: ailə üzvləri ilə bağlı yeni, mühüm xəbərlər ala bilərsiniz














Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - sevdiyiniz insanı sevindirməyə çalışın. Yaxınlarınızın qayğısına qalın, çətin vəziyyətə düşmüş dostunuza yardım edin. Bu gün maraqlarınızın bir qismini başqasına qurban verin. Lakin başqalarının problemləri ilə ifrat dərəcədə məşğul olaraq öz mənafeyinizi unutmayın.

Buğa - evdə sıradan çıxmış nə isə olarsa, əvvəlcə öz bacarığınızı sınayın - dərhal usta çağırmağa tələsməyin. Ailə üzvlərinizlə gərəksiz mübahisə etməyin. Başqalarının fikirlərinə hörmətlə yanaşın. Günorta saatlarında sizi maraqlandıra biləcək təklif ala bilərsiniz. Axşam saatlarında isə istirahət edin.

Əkizlər - bu gün istedad, bacarıq və biliklərinizi tətbiq edə biləcəksiniz. Ambisioz planlarınızı reallaşdıra biləcək, cəsur istəklərinizin həyata keçməsinə yardım edəcək insanlar sizi görəcəklər. Maraqlı tanışlıqlar istisna deyil.

Xərçəng - romantik münasibətinizdə normal inkişaf müşahidə olunacaq. Sevdiyiniz insanla səmimi olun. Axşam saatlarını özünüzə həsr edin. Qonaq getməkdən çəkinin.

Şir - bu gün şəxsi həyatınızda mühüm və xoşagələn dəyişikliklərlə bağlıdır. Baş verənlərin hamısı istədiyiniz məcrada olmasa da, yaşananlarda heç olmasa kiçik uğurları aşkarlamağı bacarın. Qonaq qəbul etmək, dostlarla görüşmək üçün əlverişli gündür. Mühüm məsələləri evdə həll etmək daha münasibdir.

Qız - bilik, bacarıq və təcrübəniz bu gün sizin dadınıza çata bilər. Evdə və ya işdə - problemlər hər yerdə var. İdeal həyat, fasiləsiz rəvan günlər olmur və bunu artıq anlamanız gərəkdir. İstənilən problemin həll yolları mövcuddur. Sadəcə, onları aramaq və tapmaq gərəkdir.
Tərəzi - ailə üzvləri ilə bağlı yeni, mühüm xəbərlər ala bilərsiniz. Çoxdan bəri gerçəkləşdirməyə çalışdığınız planları ailə üzvlərinizin vasitəsilə reallaşdıra bilərsiniz. Amma əfsuslar olsun ki, mübahisələr və anlaşılmazlıqlar günün "bəzəyi" olacaq. Münaqişələri tez həll etməyə çalışın. Bütün mühüm qərarları özünüz qəbul edin. Ətrafınızdakı insanların məsləhət və təklifləri çox yarıtmaz olacaq. Kimsəni dinləməyin.

Əqrəb - tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Bu adamlar enerjinizdən və imkanlarınızdan öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Dünyagörüşünüzü artırın, biliklərinizi çoxaldın. Əyləncələri təxirə salın.

Oxatan - bu gün şəxsi həyatınız üzücü, rutin və darıxdırıcı olmayacaq. Bununla belə, görməli olduğunuz işləri də unutmayın, vədlərinizə laqeyd yanaşmayın. Ailə üzvləri və dostlarınızdan biri sizi unutqanlıqda suçlaya bilər. Milçəkdən fil düzəltməyin və münaqişə yaranmamış anlaşılmazlığı aradan qaldırın.

Oğlaq - günün ilk yarısı sakit keçəcək. Gözlənilməz hadisələrdən çəkinməyərək əvvəlcədən hazırlanmış planlara uyğun olaraq hərəkət edə bilərsiniz. Günün ortalarında sizə dəstəyini təklif edəcək nüfuzlu insanla görüş baş tuta bilər. Razılaşmazdan əvvəl hər şeyi götür-qoy edin. Çox yəqin ki, potensial himayədarın sizə təklif etdiyi şərtlər ilk baxışdan göründüyü qədər yaxşı deyil.

Dolça - bu gün enerjili, amma müdrik olun. Yaranmış şəraitin incəliklərini nəzərə almasanız, cəsarətinizin heç bir mənası olmayacaq. Situasiyanın dəyişən şərtlərini görməyə və onlara uyğunlaşmağa çalışın. Səfərdəsinizsə, vaxtınızı yerli məkanın tədqiqatına sərf etməyin.

Balıqlar - bu gün imkan yaranan kimi lider xüsusiyyətlərinizi nümayiş etdirməyə tələsməyin, diqqət mərkəzində olmağa can atmayın. Ətrafınızdakı insanların heç də hamısı sizin arzularınızın çin olmasını istəmir. Onlar üstün cəhətlərinizi dəyərləndirmir və bunu istəmirlər.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO