Günün qoroskopu: eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin
Maraqli
Oxunub: 591
30 dek 2017 | 11:25
Günün qoroskopu: eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin














Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq.

Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən qurulmuş planlara riayət etmək məsləhətdir.

Buğa - Tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə, nailiyyət qazanacağınıza ümid etməyin: nəticələr həddən artıq zəif və sönük olacaq.
Həmfikirlərlə ünsiyyət üçün yaxşı gündür. Dostlar və qohumlarla heç də həmişə ortaq məxrəcə gəlmək olmur. Bu gün müştərək bir işə başlayacaqsınızsa, o zaman əvvəlcədən başçının kim olacağını təyin etmək lazımdır.

Əkizlər - Kommersiya fəaliyyəti, işgüzar əlaqələrin qurulması üçün münasib gündür. Ənənəyə riayət etmək və yoxlanılmış metodlarla işləmək vacib deyil - improvizə, eksperiment etmək, yenilikləri sınaqdan keçirmək olar.

Xərçəng - Cazibədarsınız və qarşı cinsin nümayəndələri bunun fərqindədirlər. Onlar tərəfdən diqqətin azlığından şikayət etməyəcəksiniz. Köhnə dostlarınızı sözsüz də başa düşürsünüz, elə yeni tanışlarınızla da pis anlaşmırsınız. Qəfil səfərlər xoş sürprizlər vəd edir.

Şir - Uğurlu gündür. Vaxtınızı hədər yerə sərf etməsəniz, çox şey qazana bilərsiniz. Sərbəstlik göstərmək, əvvəllər heç kimin təqdirini qazanmamış müəyyən planlarınızı gerçəkləşdirmək üçün yaranan yaxşı imkandan istifadə etməyə çalışın. İstənilən problemin həllinə yaradıcı yanaşın.
Gün xoş ünsiyyət vəd edir. Yeni tanışlıqlar mümkündür, amma bunların ciddi münasibətlərə çevriləcəyi ağlabatan deyil. Valideyn Şirləri uşaqlarının uğurları sevindirəcək. Ailə tədbirləri, bayramlar əla keçəcək.
Qız - Enerji və gücünüzün artdığını hiss edirsiniz. Özünüzə inamınız çoxalır. Bir qədər əvvəl mümkünsüz görünən bəzi planlarınızı gerçəkləşdirməyə nail olursunuz. Əvvəllər dil tapa bilmədiyiniz insanlar da sizə yardım edirlər. Rəhbərliklə, nüfuzlu şəxslərlə münasibətləriniz yaxşılaşır.
Sahibkarlıq fəaliyyəti, biznesdə istənilən başlanğıc üçün əla gündür. Əgər özünüzü itirməyib vaxtında təşəbbüs göstərsəniz, sevgidə də bəxtiniz gətirəcək. İri alış-veriş, bədxərclik məsləhət deyil.

Tərəzi - Ehtiyatlı, diqqətli, nəyə gücünün yetdiyini bilənlər daha uğurlu olacaqlar. Həm peşəkar, həm şəxsi işlərlə məşğul olmaq lazım gələcək: gün çox dolu və yorucu olacaq.
Axşam vacib xəbərlər, sizi səfərə çıxmağa, yaxud qəhrəmanlıqlar göstərməyə məcbur edən məlumatlar ala bilərsiniz. Tərəfdaşların və həmfikirlərin dəstəyinə güvənmək olar.

Əqrəb - İşgüzar ünsiyyət üçün əla gündür: görüşlər məhz siz istəyən kimi keçir. Yeni layihələr üzərində işə başlamaq olar, uğuru çox gözləmək lazım gəlməyəcək. İş yerini dəyişmək, yeni vəzifə başına keçmək üçün uğurlu gündür. İşdə məhəbbət macərasının başlanması da mümkündür.
Yaradıcılığa maraq artır. Teatra, konsertə, sərgi salonuna gedin. Yaradıcı potensialınız yüksək olsa da, bunu haraya yönəltməyi bəzən bilmirsiniz. Yaşlı qohumların məsləhəti yerinə düşəcək.

Oxatan - İnsanların çox olduqları tədbirlərə getmək, kütlə qarşısında çıxış etmək olar. Ekstravaqant davranmaqdan çəkinməyin: hamının diqqətini çəkmək ancaq xeyrinizə olacaq. Qiymətli hədiyyə ala bilərsiniz.

Oğlaq - Əməkdaşlığa başlamaq üçün əla gündür. Yeni insanlarla tanış ola bilərsiniz. Başqalarının gücünün yetmədiyi işləri qətiyyət və cəsarətlə öz üzərinizə götürür və əla nəticələr qazanırsınız. Əgər eyni zamanda həm səliqəli, həm də detallara qarşı diqqətli olsanız, nəticə möhtəşəm olacaq.

Dolça - Çətinliklər sizi qorxutmur, istənilən problemi həll etmək gücündəsiniz. Əgər hadisələrin inkişafı gözləmədiyiniz bir məcra ilə axırsa, özünüzü itirmirsiniz. Demək olmaz ki, işdə başgicəlləndirici uğurlar qazanacaqsınız, ancaq şərait elə də pis deyil. Şəxsi həyatınız, dostlarınız və sevgilinizlə ünsiyyət üçün vaxtınız qalır.
Uğurlu alış-veriş mümkündür, pulları ağıllıca xərcləyirsiniz. Köçmək, yaxud daşınmaz əmlakla bağlı digər problemləri həll etmək üçün münasib gündür. Aşiq Dolçaları xoş sürprizlər gözləyir.

Balıqlar - Yaradıcı potensialınız çox yüksəkdir. Onun sayəsində boz bir günü qeyri-adi və unudulmaz edə biləcəksiniz. Planlarınızı gerçəkləşdirə biləcəksiniz. Bunlardan azacıq kənara çıxmağınızın da sizə yalnız xeyri dəyəcək. Elm və ictimai fəaliyyətlə məşğul olanlar üçün gün çox uğurludur.
Pul ala bilərsiniz. Onları düzgün idarə edirsiniz: perspektivli layihələrə yatırır, uğurlu alış-veriş edirsiniz.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO