Günün qoroskopu: tanımadığınız insanların əməllərinə görə məsuliyyət daşımayın
Maraqli
Oxunub: 706
10 yan 2018 | 11:06
Günün qoroskopu: tanımadığınız insanların əməllərinə görə məsuliyyət daşımayın













AZTB.info Milli.Az-a istinadən dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - səmimi, nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin. Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin. Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.

Buğa - əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Təxəyyülünüzdən bəhrələnin. Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir. Maraq və mövqeyinizi bölüşən insanlarla tanışlıq istisna deyil.

Əkizlər - fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Situasiyanı sonadək araşdırın. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər. Səhhətinizə fikir verin. Günün ikinci yarısında problemlərin öhdəsindən gələ biləcəksiniz. Əhvalınız pis deyil. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, aqressiv olmayın. Güzəşt gərəkdirsə, sərtliyə lüzum yoxdur.

Xərçəng - günün ilk yarısında mühüm məqamlardan birini nəzərdən qaçırmayın. Uzunmüddətli planlar üçün o qədər də əlverişli zaman deyil. Davranşınıza nəzər salın. Fəaliyyət modelini situasiyaya uyğun olaraq dəyişməlisiniz. Günün ikinci yarısında olayları dəqiq qiymətləndirməyi bacarın. Yaxınlarınızla çoxsaylı fikir ayrılıqları və təmas problemləri yaratmayın. Vəziyyətdən çıxış yolu əlinizdədir. Acığınızı çıxmağa adam aramayın.

Şir - qəfil xəbər, mühüm informasiya planlarınızda dəyişikliklərə səbəb olacaq. Qeyri-adi insanla görüş istisna deyil. Səfərə yollanarkən yaxşı hazırlaşın. Fürsətləri dəyərləndirin. Hüquqlarınız tapdanırsa, kimsənin qarşısından geri çəkilməyin. Günün ikinci yarısında sevdiyiniz insanın qəlbini qırmayın. Sakit, rəvan tərzdə danışın. Yeni ünsiyyət stili pis deyil. Axşam saatlarını ən yaxın insanlarla keçirin.

Qız - yeni texnologiyalar və vasitələrin öyrənilməsi, təcrübənin əxz edilməsi xeyirlidir. Mənfəət əldə edərək əlavə gəlir mənbəyinə yiyələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdəki kiçik problemlərdə paradoksal olsa da, xeyir var. Çünki maneələrlə sədləri dəf edərkən strategiyanı dəyişə bilərsiniz. Əhvalınızın yaxşılaşdırılması və qüvvənizin bərpası üçün normal qidalanın. Rasionunuza fikir verin. Yaxınlarınızın qeydinə qalın. Adi günlərdən fərqli olaraq indi bunun üçün daha çox səbəb var. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - təxirəsalınmaz həll tələb edən maliyyə məsələlərini çözün. Problemlərin mənşəyini, səbəblərini anlamadan nə öz vəsaitinizlə, nə də başqasının pulları ilə rasional davrana bilməyəcəksiniz. Nikbin olsanız daha çox iş görə bilərsiniz. Axmaq insanların iradlarına fikir verməyin. Günün ikinci yarısında mənəvi prinsiplərinizi madiyyata qurban verməyin. Şərəfli, amma yoxsul həyat ləyaqətsiz, lakin “normal” yaşamdan qat-qat üstündür. Pulu elə qazanın ki, sizi tanıyanlar tanışlığa peşman olmasınlar. Axşam saatlarında istirahət edin.

Əqrəb - yaxınlarınızdan birinin istəyi və tələbi təəccüb doğurur. Sağlam məntinq və arqumentlər problemin həlli üçün kompromis tapmağa imkan verəcək. Texniki avadanlıqla, məişət əşyaları ilə ehtiyatlı olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin bədxah münasibəti stress vəziyyəti yaranacaq. Yaxşı bələd olmadığınız mövzularda dartışmaya qatılmayın, mübahisələr etməyin. Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Açıq havada gəzintiyə çıxın.

Oxatan - günün ilk yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizi aydınlaşdırmağa çalışmayın. Populyar olmaq üçün naqis addım atmayın. Birmənalı dəyərləndirilə bilməyəcək sözlər söyləməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Günün ikinci yarısında yaxınlarınızın ehtiyac və tələbatlarını unudaraq istəklərinizi yerinə yetirməyə çalışmayın. Hadisələr maliyyə durumunuza, büdcənizə təsir edə bilər. Axşam saatlarında əhvalınız korlana bilər.

Oğlaq - günün ilk yarısında aktivliyinizi bir qədər azaldın. Maraqlandığınız işlərlə məşğul olun. Maliyyə çətinlikləri yaranarsa, planlaşdırılmış alış-verişdən imtina edə bilərsiniz. Hüquqlarınızı qoruyun. Günün ikinci yarısında yaxınlarınız sizdən dəstək istəyəcəklər. Vaxtınızı və maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Axşam saatlarına yaxın həddən artıq ehtiyatlı olun. Travma riski istisna deyil.

Dolça - təxəyyülünüzü işə salın, problemlərin həllinə yaradıcı yanaşın. Vaxtınızı fövtə verməyin. Diqqətli olun. Səhvlərinizin fəsadları çox ağır ola bilər. Sözlərinizə fikir verin. Düşünülməmiş addımlar atmayın. Günün ikinci yarısında kiçik detallara fikir verin. Tələblərinizin irreal təəssürat yaratmasına imkan verməyin. Yaxınlarınızla ünsiyyətdə bəzi problemlər yarana bilər. Aqressiv və sərt davranışınız münaqişəyə səbəb olmasın. Axşam saatlarında enerji potensialınız yüksək olsun. Emosional durum yuxusuzluq yarada bilər.

Balıqlar - aldığınız hər xəbərə, eşitdiyiniz hər məlumata inanmayın. Xəbərlərin əksəriyyəti yanlış ola bilər. Üstəlik, bəzi informasiyalar inandırıcı deyil. Tamamilə yad, tanımadığınız insanların əməllərinə görə məsuliyyət daşımayın. Günün ikinci yarısında işlərdə dönüş yaratmağa çalışın. Planlarda zəruri dəyişikliklər qaçılmazdır. Dəyər verdiyiniz insanların ehtiyaclarını nəzərə alaraq proseslərə müdaxilə edin. Elektrik avadanlığı ilə ehtiyatlı olun.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?