Sirlərinizdən söhbət açmayın
Maraqli
Oxunub: 26 356
11 fev 2018 | 12:36
Sirlərinizdən söhbət açmayın














AZTB.info Milli.Az-a istinadən günün ulduz falını təqdim edir:
Qoç - çoxdan hazırladığınız planları reallaşdırmaq üçün münasib zamandır. Gərəkli insanlarla əlaqələr yaradın. Potensial tərəfdaşların niyyət və istəklərindən hali olun. Cəsarətli, amma nəzakətli davranın.

Günün ikinci yarısında yeni layihəyə, işə başlamaq olar. Ən ağır problemin həllinə başlamaqdan çəkinməyin.

Şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Həmfikirlərlə birlikdə vaxt keçirin. Enerji potensialınızın səviyyəsi yüksəkdir.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən mteodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.

Normal istirahət edin.

Əkizlər - günün ilk yarısından etibarən əlavə işlər və həlli təcili tapşırıqların sayı artacaq. İşdə həmkarlarınızdan birini əvəzləməli olacaqsınız. Hesablama və yazışmalarda diqqətli olun.

Hüquqi məsələlərin həllini əsla ertələməyin.

Günün ikinci yarısında gündəlik qayğılarınız ağır, maraqsız və rutin iş təsiri bağışlamasın. İşləri bir kənara ataraq yalnız istirahət, yaxud da əyləncə barədə düşünməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Xərçəng - günün ilk yarısı əlverişli zamandır. Problemlərin öhdəsindən qeyri-ənənəvi yollarla gələ bilərsiniz. Planlarda köklü dəyişikliklər, təcili səfər və ya ezamiyyət istisna deyil. İşgüzar yazışma ilə məşğul olun, sənədləri qaydaya salın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə qətiyyətli olun. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Onlar məişət məsələləri ilə yanaşı, təhsil və peşəkar fəaliyyət sahələrində də yardımlarını əsirgəməyəcəklər.

Sevdiyiniz insan üçün qısqanclığa səbəb yaratmayın.

Şir - qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər.

Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.

Qız - peşəkar fəaliyyətinizdəki bəzi problemlərin həll yollarını dostlarla ünsiyyətdə aşkarlaya bilərsiniz. Qətiyyətli olun. Ən kiçik problemlə qarşılaşanda geri çəkilməyin. Yaxşı nəticələrə nail olmaq üçün əzmkar olmalısınız.

Günün ikinci yarısında hisslərə qapılaraq düşünülməmiş addım atmayın. Yaxınlarınızın sizə yardım etmələrini, arxa durmalarını istəyirsinizsə, susmayın. Onları dinləyin. Adamlar hisslərinizi və istəklərinizi telepatik duya bilməyəcəklər. Yalnız açıq söhbət, birbaşa ünsiyyət təmaslardakı sərinliyi aradan qaldıra bilər.

Səmimi, qayğıkeş olun.

Tərəzi - günün ilk yarısındakı situasiya gərgindir. Həddən artıq tələbkar insanla qarşılaşa bilərsiniz. İfrat dərəcədə inadkar olmayın. "Müstəqillik savaşı" üçün əlverişli zaman deyil. Davranışınızdakı qüsurlar ünsiyyətdə problemlər yaratmasın.
Günün ikinci yarısında vədləri yerinə yetirin. Yaxınlarınızdan birinin yardıma ehtiyacı var. Onun müraciətini unutmayın. Yeni tanışlıqlar uzun müddət davam etməyəcək. Etibar etdiyiniz insanlarla çalışmağa üstünlük verin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb - adi gündərdən fərqli olaraq bu gün çox danışmayın. Diqqəti sözə yox, işə yönəldin. Yalnız öz maraqlarınızın təminatına can ataraq təkəbbürlü insan təsiri bağışlamayın.

Mövqelərinizi, fikrinizi qarşı tərəfin diqqətinə çatdıranda emosiyalara qapılmayın.

Günün ikinci yarısında tənbəllik etməyin, sirlərinizdən söhbət açmayın.

Yeni biliklər və informasiya əldə etmək üçün münasib zamandır. Axşam saatlarına yaxın yeni tanışlıq olacaq. Həmin tanış sonradan dosta çevrilə bilər. Hər şey sizdən asılıdır.

Oxatan - günün ilk yarısından etibarən diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanların maraqlarını qulaqardına vurmayın. Peşəkar məziyyətlərinizi, bacarıqlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında marketinqlə və ya satışla bağlı əməliyyatlar gəlir vəd edir. Gizli əlaqələr, məxfi ünsiyyət, dedi-qodudan uzaq durun. Əməllərinizin xoşagəlməz fəsadlarla sonuclanmasını istəmirsinizsə, sərvaxt olun, ehtiyatı əldən verməyin.

Axşam saatlarına yaxın uzaq yola çıxmayın.

Oğlaq - həddən ziyadə təcrübəli olduğunuzu düşünməyin. Belədə yanlışlıqlara yol verərək peşəkar fəaliyyətinizdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Hadisələrin axarı ciddi problemi istisna etmir. Rəqiblərinizdən birinin müqaviməti ilə qarşılaşacaqsınız.

Günün ikinci yarısında şəxsi münasibətlərdə kiçik dəyişikliklər olacaq. Narahat olmayın, pis heç nə baş verməyəcək. Ailə üzvləriniz və yaxınlarınızın yardımlarına bel bağlaya bilərsiniz.

Axşam saatları əyləncə üçün əlverişlidir.

Dolça - boş söhbətlər və mənasız dartışmalar işlərin gedişatında problemlər yarada bilər. Çalışdığınız qurumda vaxtınızı fövtə verməyin, yaranan imkanlardan istifadə edin. Danışıqlar üçün yaxşı zamandır. Sizi çoxdan bəri narahat edən problemin həll yollarını arayın.

Günün ikinci yarısında işlərinizə diqqətlə yanaşsanız, rəqibləri geridə qoya bilərsiniz.

Axşam saatlarına yaxın yaşam arealınızda qayda, nizam yaradın. Zərərli vərdişlərdən birini unutmaq üçün sərfəli zamandır.

Ünsiyyətdə sayıq olun.

Balıqlar - mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.

Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun.

Ötənləri xatırlayıb köks ötürməyin.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO