DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"
Hadise
Oxunub: 669
25 fev 2018 | 13:20
DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"













Daxili İşlər Nazirliyi (DİN) Naftalanda baş verən səs-küylü hadisəyə münasibət bildirib.

AZTB.info-nun milli.az-a istinadən məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, fevralın 23-də "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" proqramında və sonra bəzi xəbər saytlarında Naftalan şəhərində Çiçək adlı bir nəfərin oğurlanaraq guya asıldığı, bu səbəbdən iki gün komada qaldığı, qızın ailəsinin isə naməlum şəxslər tərəfindən hədələndiyi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır.

Bu cür məlumatlar sonuncu şəxsin özünün və ailə üzvlərinin məlum bir cinayət işinin ətrafında ictimaiyyəti bilərəkdən aldatmaq məqsədilə yaratdıqları boş hay-küydən, ucuz şoudan başqa bir şey deyildir.

O.Mansurzadə əslində məsələnin mahiyyətinin fərqli olduğunu qeyd edib: "Asıldığı iddia edilən qızın da aid olduğu Seyidovlar ailəsinin bəzi üzvlərinin, xüsusən babası Mirdavud Seyidovuntörətdiyi, sənədlərin saxtalaşdırılmaqla özgənin əmlakının mənimsənilməsi ilə müşayiət olunan bir cinayət işinin zorla xətm olunmasına, hazırda cərimə meydançasında saxlanılan, başqasının halal haqqı olan bir avtomobilin sonuncu şəxsə qaytarılmasına hesablanmış uğursuz bir "piar", istintaqın gedişatına əsassız, yolverilməz şəkildə qanunsuz bir müdaxilə cəhdidir.

Yayılan məlumatlarda qızın əmisi olduğu deyilən şəxsin intihar etməsinin də guya eyni şəxslər tərəfindən öyrədilməsi ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Əslində, Mirdavud Seyidovun oğlu Paşa həmyerlisi Niyaməddin Məmmədova və qeyrilərinə külli miqdarda borclu olub. Sahiblərin tələb etdiyi pulu qaytara bilməməsi səbəbindən P.Seyidi 2015-ci il tarixdə şəhərin istifadəsiz qalmış "Köhnə bazar" adlı tikilisində özünü asaraq intihar edib.

Məlumat üçün deyək ki, bu faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılmış, nəticəsi üzrə xitam qərarı verilmiş cinayət işinin sonrakı gedişatına şəxsi maraqlarından irəli gələn səbəbdən təzyiq göstərmək məqsədilə M.Seyidov bir neçə ailə üzvü ilə birlikdə 2016-cı ilin dekabr ayında, ikinci dəfə isə 04.05.2017-ci il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən təmas xəttindən düşmən tərəfə keçməyə cəhd göstərib, lakin hər ikisində bu cəhdlərin qarşısı hərbçilər və polis əməkdaşları tərəfindən alınıb.

Oğlunun ölümündə günahkar saydığı N.Məmmədova məxsus "Volksvagen" markalı avtomaşını şantaj və təhdid yolu ilə mənimsəyərək öz adına keçirən M.Seyidov törətdiyi qanunsuzluğa görə cavab verəcəyini bildiyi, lakin bütün vasitələrlə bundan yayınmağa çalışdığı üçün Gəncə ŞBPİ-nin İstintaq Şöbəsində başlanılmış cinayət işinə xitam verilməsi tələbilə müxtəlif instansiyalara əsassız şikayətlər göndərib. Lakin sonuncu dəfə istəyinə nail olmayan bu şəxs yenidən ailə üzvlərini, o cümlədən üç azyaşlı nəvəsini öz avantürasına cəlb edərək təmas xəttini qanunsuz olaraq keçməyə çalışıb.

O ki qaldı asıldığı, təzyiqə məruz qaldığı bildirilən Çiçək Seyidiyə, onunla bağlı yalnız bir fakta toxunmaq istərdik. Cari il fevralın 19-da Naftalanda istirahət edən qonaqların müraciəti əsasında şəhərin mərkəzində cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə qeyri-etik hərəkətlər etdiklərinə, ictimai qaydanı pozduqlarına görə bu qız bir tanışı ilə ŞPŞ-yə gətirilib. Burada hər iki şəxs barəsində İXM-nin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə edildikdən və profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Məhz bu olaydan iki gün sonra Ç.Seyidi DİN-nin "102"-Zəng Mərkəzi" Xidmətinə zəng edərək polis əməkdaşları barədə indi bəzi KİV-lərin tirajladığı şantaj xarakterli, biri-biri ilə məntiqi bağlılığı olmayan məlumatlar verib. Çiçəyin babası M.Seyidov, sonuncunun iki gəlini son bir ay ərzində təhdid olunmalarına dair "102" Xidmətinə müxtəlif xarakterli müraciətlər ediblər. M.Seyidovun, ailə üzvlərinin, o cümlədən asıldığı iddia olunan nəvəsinin də həyatlarının təhlükədə olması ilə əlaqədar DİN-də, Naftalan ŞPŞ-də və prokurorluq orqanlarında dəfələrlə araşdırmalar aparılıb, lakin göstərilən xüsusatlar heç bir halda öz təsdiqini tapmayıb".

O.Mansurzadənin sözlərinə görə, təəssüf doğuran digər vacib məqam da ondan ibarətdir ki, ucuz sensasiya və reytinq dalınca qaçan, bundan ötrü bütün vasitələrə əl atan bəzi proqramlar, xəbər saytları doğru-dürüstlüyü elə ilk andaca böyük şübhə doğuran belə məlumatlar ətrafında yersiz şou düzənləyir, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq heç bir dövlət orqanı ilə zəruri dəqiqləşdirmə, yoxlama aparmadan belə dezinformasiyaları yayımlayır, bununla da cəmiyyətdə narahatlıq, vətəndaşlarda çaşqınlıq yaradırlar ki, bu da qətiyyən yolverilməzdir.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ