Kəklikotunun çoxsaylı faydaları
Maraqli
Oxunub: 1 850
22 fev 2015 | 17:31
Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara güvvələr", cinlərlə mübarizə aparır.

Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, ruhi xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir:

- beyində qan dövranını və mübadilə prosesləri yaxşılaşdırır;

- sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır;

- baş ağrıları zamanı yaxşı kömək edir;

- xroniki yorğunluqla mübarizə aparır;

- yuxunu bərpa edir;

- yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər. Kəklikotu çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında belə çay çox yaxşı təsir edir, xəstəliyin inkişafını dayandırır.

Kəklikotu çox təsirli spazmolitik vasitədir. Kəklikotunun köməyi ilə spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür. Kəklikotu çay kimi dəmlənilir (yuxarıda göstərilir) və içilir.

Kəklikotu güclü antiseptik və antibakterial təsirinə malikdir. Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.

Antiseptik xüsusiyyətlərinə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir.

Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihabəleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə olunur.

Kəklikotu həm də "kişi otu" adlandırılır. Sübut olunub ki, bu ot kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.

Kəklikotu və xüsusilə kəklikotu yağı güclü yarasağaldan xüsusiyyətlərinə malikdir. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi ifadə olunmuş müalicəvi təsir edir.

Ekzema, psoriaz kimi dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir. Bunun üçün 100 qr ot 1 l qaynar suda dəmlənilir, 30 dəqiqədən sonra süzülür və ilıq vannaya əlavə olunur.

Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin əmizdirmə zamanı bu otun istifadəsi laktasiyanı gücləndirir.

Nəzərinizə çatdıraq ki, kəklikotunun qəbulu bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən bu otu istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

http://carci.az
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh