28-09-2018, 17:37 Oxunub: 7 147

Azərbaycanlı müğənnilərin məşhur ərləri – Məmur, biznesmen, siyasətçi

Şou-biznes əhlinin şəxsi həyatı cəmiyyətdə mütəmadi olaraq müzakirə olunan mövzulardan biridir. Düzdür, onlar şəxsi həyatları barədə mətbuata danışmağa bir o qədər maraqlı olmasalar da, vaxtaşırı olaraq bu məsələ ilə gündəmə gəlirlər.

Sfera.az vaxtilə və hazırda məmur, biznesmenlərlə birgə nikahda olmuş müğənnilərlə bağlı kiçik araşdırma aparıb.

Azərbaycanlı müğənnilərin məşhur ərləri – Məmur, biznesmen, siyasətçi







Xalq artisti Aygün Kazımova indiyə qədər 2 dəfə rəsmi olaraq ərdə olub. Onlardan biri – İlqar Quliyev Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da müxalifətçilik fəaliyyəti ilə məşğul olan Rəsul Quliyevin bacısı oğludur. Dayısının güclü olduğu vaxtlarda İlqar Quliyevlə münasibət quran xalq artisti Aygün Kazımova Rəsul Quliyev mühacirətə getdikdən sonra da bu münasibətləri qoruyub saxlayıb. Bakını birgə tərk edərkən Rza Quliyev Bakı Hava Limanında həbs olunur və bundan sonra Aygünlə Rzanın yolları ayrılır. İddialara görə, hazırda Rəsul Quliyevlə Rza Quliyev arasında münasibətlər gərgindir və eks-spiker bir neçə dəfə bacısı oğlunu məhkəməyə də verib.

Azərbaycanlı müğənnilərin məşhur ərləri – Məmur, biznesmen, siyasətçi






Müğənni Röya 2008-2014-cü illərdə biznesmen Anar Cəlilovla rəsmi nikahda olub. Paytaxtın əsas iaşə obyektlərindən biri – "Çudo Peçka” dükanlar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu və varisi olan Anarla Röya arasında münasibətlər sonradan bitib. Buna baxmayaraq, istər Anar, istərsə də Röya mətbuatda bir-birinin əleyhinə hər hansı mənfi fikir səsləndirməyiblər. Röya ilə ayrılandan sonra Anarın rəhbəri olduğu "Çudo Peçka” kredit borcu səbəbindən əvvəlcə "Bank Standart”ın nəzarətinə keçib, sonradan isə fəaliyyəti tamamilə dayanıb.

Azərbaycanlı müğənnilərin məşhur ərləri – Məmur, biznesmen, siyasətçi









Müğənni Ayan Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik, tanınmış idmançı Füzuli Musayevlə rəsmi nikahda olub. Bu nikahdan bir qız övladları dünyaya gələn cütlük sonradan yollarını ayırıblar. Mətbuata açıqlamasında Ayanla evli olmasını "həyatının ən böyük səhvi” adlandıran Fizuli Musayevin açıqlamasında Ayanın münasibəti özünü gecikdirməyib. "Qızımın anası də mənəm, atası da” deyən müğənni Fizulini ümumiyyətlə həyatından çıxardığını söyləyib.

Azərbaycanlı müğənnilərin məşhur ərləri – Məmur, biznesmen, siyasətçi





Tanınmış biznesledi Ruhi iki yəhudi şəriki ilə Rusiyanın "əmlak kralı” titulunu qazanan, adı "Forbes” jurnalının siyahısında yer alan milyarder İlham Rəhimovla rəsmi nikahda olub. Düzdür, cəmiyyətdə "Putin İlham” imici ilə məşhurlaşan professor İlham Rəhimov özü Ruhi ilə rəsmi münasibətlərdə olmadığını desə də, onların arasında sevgi münasibətlərinin olması heç kimə sirr deyil. Özündən yaşca xeyli böyük olan İlham Rəhimovla münasibət qurandan sonra "biznes-ledi” statusunu qazanan Ruhi hazırda bu fəaliyyətini genişləndirib və hazırda bir neçə böyük obyekti var.

Yuxarıda sadaladıqlarımızdan fərqli olaraq ailə həyatı uğurlu alınan məşhurlarımız da az deyil.

Azərbaycanlı müğənnilərin məşhur ərləri – Məmur, biznesmen, siyasətçi





Müğənni Aysel Teymurzadə pianoçu Murad Adıgözəlovla ailə qurub. Hazırda bu nikahdan iki oğlu, bir qızı olan cütlük mehriban şəraitində yaşayırlar. Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlov 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Qızıl Xaç" ordeni ilə təltif olunub. Azərbaycanın görkəmli pianoçusu, professor Zöhrab Adıgözəlzadənin oğlu, görkəmli Azərbaycan yazıçısı İmran Qasımovun isə nəvəsidir.

Azərbaycanlı müğənnilərin məşhur ərləri – Məmur, biznesmen, siyasətçi





Azərbaycanı 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edən müğənni Səfurə Əlizadə sabiq Energetika naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sabiq prezidenti Natiq Əliyevin biznesmen oğlu Fərhad Əliyevlə rəsmi nikahdadır. Cütlüyün İsgəndər adlı oğlu var. Bir müddət həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayan Səfurə qayınatasının vəfatından sonra birdəfəlik Bakıya dönüb. Deyilənə görə, Fərhad uzun müddətdir biznes fəaliyyəti ilə məşğul olur və bu sahədə böyük uğurlar qazanıb.


AZXEBER.COM
“Aygün Kazımova paltarını Kənan M.M-in başına keçirdi -  VİDEO “Aygün Kazımova paltarını Kənan M.M-in başına keçirdi - VİDEO Maraqli Aygün Kazımovaya DTX-da iş verildi - FOTO Aygün Kazımovaya DTX-da iş verildi - FOTO Medeniyyet “Səhərə qədər onunla “Səhərə qədər onunla" - Aygün Kazımova Medeniyyet Aygün Kazımova gecəni görün kiminlə keçirəcək (Foto) Aygün Kazımova gecəni görün kiminlə keçirəcək (Foto) Medeniyyet Aygün Kazımova görün özünü nə günə qoydu – VİDEO Aygün Kazımova görün özünü nə günə qoydu – VİDEO Maraqli