Gözlə görünməyən otel
Maraqli
Oxunub: 1 592
23 mar 2015 | 01:17
Gözlə görünməyən otel İsveçdə Kent Lindvall adlı şəxsin "Mirror Cub" - "Güzgülü kub" oteli qeyri - adi dizaynı ilə hər kəsin böyük marağına səbəb olur. Bu otel əsl sənət əsərini xatırladır. Otel xarici güzgülərlə elə əhatə olunub ki, insan ilk baxışdan onun gözə görünməz olduğunu düşünür. Meşənin ortasında, ağaclarla əhatə olunmuş otelə gələn qonaqların sayı hesabı yoxdur. Bir neçə kabinetdən ibarət oteldə bir gün istirahət etmək istəyənlər isə nə az, nə çox 500 avrolarından keçməlidirlər.
Müştəriləri cəlb etmək üçün ağıla gəlməyən məkanlarda da otel quranlar tapılıb. Məsələn, ingilislər Oksford şəhərində yerləşən keçmiş həbsxananı otelə çeviriblər. Əvvəllər çoxları bu sevdanın baş tutacağına inanmasa da "Malmaison Oxford" oteli indi minlərlə insanın xidmətində durur. Müxtəlif kateqoriyalı 94 nömrəsi olan oteldə qonaqlara yüksək səviyyəli xidmət göstərilir. Burada bir gecənin qiyməti 233 dollardır.
Avstaliyalı iş adamları isə nə qədər qəribə olsa da kanalizasiya borularının içində otel yaradıblar. Açıq havada yerləşən "Das Park Hotel"də otaqların diametri 2, uzunluğu isə 2,5 metrdir. Boruların içində ikinəfərlik döşək, gecə lapması və televizor var. Burada bir gecə qalmaq 40 dollara başa gəlir.
Florida ştatının sualtı Ki-Largo parkında yerləşən otel də qeyri-adi dizaynı ilə diqqət çəkir. Oteli maraqlı edən isə buranın suyun altında yerləşməsidir. Otel torpaq səthindən 6 metr dərinlikdə yerləşir. Qonaqların rahatlığı üçün hər cür şəraiti olan oteldə məşq zalları və spa-mərkəzinə belə rast gəlmək mümkündür. Ən maraqlısı isə təbii ki, pəncərədən müxtəlif növ balıqları izləməkdir.

Atv.az
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi