Gecə və gündüz necə əmələ gəlir?
Maraqli
Oxunub: 10 186
23 iy 2014 | 12:56
Müqəddəs kitabımızda bu hadisələrin təsviri
Gecə və gündüz necə əmələ gəlir?
Dünyamız və digər bütün planetlər öz oxu ətrafında fırlanırlar. Dünyamızın öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüzün əmələ gəlməsi ilə yerli saat fərqi ilə yanaşı, bir çox hadisə meydana gəlir.

Dünyanın gündəlik hərəkətinin nəticələri:

Gecə və gündüzün meydana gəlməsi.
Gecə və gündüzlərin bir-birini izləməsi.
Yerin gün ərzində günəş şüalarını qəbul etmə bucağının dəyişməsi.
Gecə və gündüzlərin əmələ gəlməsinin nəticəsində gündəlik temperatur fərqlərinin ortaya çıxması.
Gündəlik temperatur fərqindən asılı olaraq mexaniki təsirin artması
Küləklərin əmələ gəlməsi.
Atmosferdəki hava axınlarının cəbhə əmələ gətirməsi. 300 - 600 şimal və cənub paralellərində dinamik təzyiq mərkəzlərinin ortaya çıxması.
Okean axıntılarının halqalar əmələ gətirməsi və cərəyanlar yaratması.
Eyni paralel üzərində yerləşən şəhərlərdə günəşin çıxması və batması saatlarının fərqli olması.
Yerli saat fərqlərinin meydana gəlməsi.

Dünyanın illik hərəkəti və nəticələri
Orbitin Hərəkəti: Dünyanın günəş ətrafında fırlanarkən izlədiyi yola orbit, meydana gətirdiyi müstəviyə də orbit müstəvisi deyilir. Dünyamızın orbiti şəkildən də göründüyü kimi, ellips formasındadır. Dünyanın bu cür orbit hərəkəti orbit hərəkəti və ya illik hərəkət adlanır.

Yer oxunun əyriliyi və nəticələri:
Ekvator ilə Orbit müstəvisi arasında 23027'-lik bucaq mövcuddur. Dünya Günəş ətrafında orbit hərəkətini edərkən bu bucaq ilə fırlanır.

Günəş şüalarının düşmə bucağı il ərzində dəyişir. Günəş şüaları il ərzində tropiklərə bir dəfə, tropiklər arasına isə iki dəfə dik bucaq altında düşür. Tropiklərdən başqa heç bir yerə günəş şüaları dik olaraq düşmür. Ölkəmiz riyazi mövqeyi baxımından tropiklərdən kənarda yerləşir, buna görə də günəş şüaları dik bucaqla düşmür. 21 iyulda ən böyük bucaqla, 21 dekabrda isə ən kiçik bucaqla düşür.
Fəsillər əmələ gəlir. Dörd fəsilin əmələ gəldiyi qurşaq mülayim qurşaqdır. Səbəbi: günəş şüalarının düşmə bucağında il boyu dəyişikliyin çox olmasıdır. Tropik qurşaqda il boyu yay mövsümü, Qütb qurşağında isə il boyu qış mövsümü hakimdir.

Gecə-gündüz uzunluğu daim dəyişir. Bu dəyişiklik ən az Ekvatordadır. Qütblərə doğru getdikcə gecə gündüz dəyişikliyi artır.

Müqəddəs kitabımız Quranda bu hadisələr belə təsvir edilir:
"O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, Günəşi və Ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.(Zumər surəsi, 5)"

Ayədə gecə və gündüzün yaranması üçün dünyanın hərəkəti, dairəvi bir cismi büküb örtmək mənasını verən təkvir feilindən əmələ gəlib, yukevviru kəliməsi ilə təsvir edilir. Bu kəlmə dünyanın kürə formasında olması ilə birlikdə, Günəşin ətrafındakı hərəkətini də ifadə edir. Dünyanın kürə şəklinə və öz oxu ətrafında fırlanmasına görə, Günəş hər zaman dünyanın bir tərəfini işıqlandırarkən, digər tərəfi isə kölgədə qalır. Kölgədə qalan tərəf gecənin qaranlığı ilə örtülür və sonra dünyanın Günəşə doğru dönməsi ilə gündüz gecənin yerini tutur.

Yasin surəsində isə Günəşin və Ayın mövqeyi ilə bağlı belə bildirilir:
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 38-40)

anspress.com
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək