İtburnunun faydaları
Maraqli
Oxunub: 2 713
15 apr 2015 | 10:00
İtburnunun faydalarıTəbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilərdən biri də itburnudur. İtburnu hələ qədimdən qürur, məhəbbət, gözəllik və cavanlıq simvolu olub. Onun çiçəkləri ilə gəlinləri, qəhrəmanları və hökmdarları bəzəyirdilər. İtburnu meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edirlər.
İtburnu (lat. Rosa) - gülçiçəklilər fəsiləsindən bitki cinsidir.
Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə verir. C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yeri tutur. Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. İtburnu may-iyunda çiçəkləyir.
Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır.
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.
İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qanaxmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. Onun tərkibində C vitamini ilə yanaşı, 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağızlı örtük qabda 10 dəqiqə qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar. İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan yuyucu tozu, tabletka və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən "Xolosas", əsasən itburnu meyvəsindən hazırlanır. İtburnu xalq təbabətində qədimdən istifadə edilir. İtburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir. İtburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə fikir verilməlidir.
İtburnu çiçəyi
Bədən müqavimətini artırır. Bədənə və gözlərə qüvvət verir. Qan dövranını sürətləndirir və qanı təmizləyir. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu yaxşı bir sidik sökdürücü olaraq qəbizlikdə faydalıdır. İshalı kəsir. Bədəndəki tullantı maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olur. Bağırsaq qurdlarını salır. Xərçəngə qarşı qoruyucudur. Revmatizm şikayətlərini və ağrılarını yüngülləşdirir. Qandakı insulinin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələri üçün çox yaxşıdır . Sellüloidin meydana gəlməsinə mane olur. Basil narahatlığı olanlara da faydalıdır.
İstifadəsi
Daha çox itburnu çayı hazırlanaraq istifadə edilir. İtburnudan ayrıca cem, meyvə şirəsi, körpələr üçün sıyıq və yağ da əldə edilməkdədir. İtburnunun qurudulan yarpaqları qaynadılıb soyuduqdan sonra suyunu süzüb, qırışmış cildlərə qoyulsa faydası olar. İtburnu tumundan əldə edilən itburnu yağı dəri hüceyrələrini yeniləyici, dərini qoruyucu, qırışları aradan qaldırıcı və qocalmağı gecikdirici xüsusiyyətləri ilə kosmetik sahəsində çox geniş istifadə edilməkdədir.

Müalicəvi xüsusiyyətlərinə görə, itburnu hələ qədimdən təbabətdə özünə layiqli yer tutub. Tərkibi bioloji fəal maddələr, C, A, K, P vitaminləri, pektin maddəsi, mikroelementlərlə zəngin olduğundan, itburnu orqanizmdəki müxtəlif xəstəliklərlə mübarizə aparmağa qadirdir.
"İtburnu qaraciyər və öd, böyrək, sidik yolları xəstəliklərində, orqanizmin immuniteti zəifləyən vaxt, ürək damar sistemi, infeksion xəstəliklər zamanı istifadə olunur. Qrip olanda itburnu meyvəsindən istifadə çox vacibdir. Həmçinin qan təzyiqinin aşağı salınmasında, ateresklerozun müalicəsində tətbiqi çox gözəl nəticələr verir", - deyə əczaçı texnoloq Sərxan Tağıyev bildirib.
Bununla yanaşı, itburnu qanda xolesterinin miqdarını azaltdığına görə, damar kirəcləşməsinin, qanaxmaların qarşısını alır. Maddələr mübadiləsini normallaşdırır. O, ağız və diş əti xəstəliklərində də faydalıdır. Maraqlıdır ki, bədənin müqavimətini gücləndirən itburnu, həm də intellektual qabiliyyəti artıra, yaddaşı möhkəmləndirə bilir.
İtburnu sinir sistemini sakitləşdirir, yorğunluğu götürür. Tərkibindəki dəmir elementlərinə görə, qan azlığı olanlara çox müsbət təsir edir. Həkimlər xüsusilə uşaqlar üçün onun dəmləməsindən, şərbətindən istifadəni zəruri sayılır. Şəkərli diabet zamanı da bu bitkinin olduqca böyük faydasi var.

Ev şəraitində itburnu dəmləmək üçün onun uc hissəsini kəsib, azacıq əzmək lazımdır. Daha sonra üzərinə qaynar su töküb, 10-15 dəqiqə qaynatdıqdan sonra dəsmalla büküb, bir saat saxlayın. Tənzifdən süzdükdən sonra içmək olar. Yaxud ucu kəsildikdən sonra onu bağlı bir qaba, məsələn termosa töküb üzərinə qaynar əlavə edin. 10-12 saat ağzı bağlı saxladıqdan sonra istifadə etmək olar.
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib