Ölümsüzlər - Lalə Mehralı
Maraqli
Oxunub: 1 799
16 apr 2015 | 19:15
Ölümsüzlər - Lalə MehralıQocaldığını qəbul etmək və dövrünə uyğun davranmaq, vaxtında səhnədən getmək sənətkarı sevənlərinə daha çox sevdirir. Müslüm Moqamayevin böyüklüyünün bir səbəbi də qocaldığını etiraf etməsi oldu, son konsertində səhnədə etiraf edib getdi: "Mən tamaşaçımın gözündə həmişə gümrah qalmaq istəyirəm".
Mirzə Babayev ölənə qədər səhnədə səsi də, özü də titrəyə-titrəyə oxudu, baxmayaraq ki, aktyor idi. Heç Nəsibə Zeynalovanın son filmi olan "Məhəllə"dəki rolu da uğurlu olmamışdı, biz onu elə "Cənnət xala" kimi xatırlamaq istəyərdik.
Qadın müğənnilər bir qədər səhnə ömrünü uzadırlar - tibbin hünərləri sayəsində. Amma qocalmağı yenə də etiraf etmək və onu təbii qarşılamaq lazımdır. Elə xalq artisti Amaliya Pənahovanı üzünü botoks etdirib dərisini gərdirəndən sonra telekanalların birinin efirində görəndə də təəccübləndim.
Verilişdə aktrisanın keçmişdəki rollarından parçalar verirdilər, etiraf edərək deyim ki, Amaliya xanım 20 il bundan öncə daha qoca görünürdü. Çünki indi üzündə plastik əməliyyat aparılıb, bunu etiraf etməsə də hiss olunur ki, botoks etdirib, üz dərisini gərdirib. Üzündəki qırışlardan əsər-əlamət qalmayıb. Amma bununla bərabər üzündən mimik hərəkətlər- səmimiyət ifadəsi, gülümsəmə, kədərlənmə ifadəsi də yoxa çıxıb.
Qadının həmişə özünə baxması, diqqət etməsi, gözəlliyinin və xarici görünüşünün qeydinə qalması müsbət haldır. Baxmayaraq ki, bizim qadınlar bircə dəfə uşaq doğandan sonra iki qarış piy bağlayır, 100 kilonu keçir, boğazının altından bir qarış buxaq sallanır.
Amma saysız-hesabsız plastik əməliyyatlarla sənətçi sadəcə özünü aldadır, çünki tamaşaçısı onu onsuz da tanıyır, neçə yaşı olmasını, neçənci illərin favorit aktrisası, müğənnisi olduğunu yaxşı xatırlayır. Tamaşaçı onu elə belə sevir, belə xatırlayır.
"Şöhrət" ordenli Yaşar Nurini necə xatırlayırsınız? "Səni Axtarıram" tamaşasının "Elçin"i kimi deyilmi? Ya da "Bəyin oğurlanması" filminin məşhur İsrafili kimi. Halbuki onun saysız-hesabsız rolları var. Biz onu səhnədə gümrah xatırlayırıq. Xəstə ikən telekanalların birinə verdiyi müsahibəni hesaba qatmasaq.
Bu gün sənətçilər - müğənnilər, aktyor və aktrisalar saysız-hesabsız plastik əməliyyatlar keçirərək səhnədəki ömürlərini bir qədər də uzatmaq istəyirlər. Ölümsüz olmaq istəyirlər. Ölümsüz olmaq üçün uzun ömrə ehtiyac yoxdur ki.
Baxın, Xeyransa Məmmədova adlı bir qadın müğənni vardı, lap cavan vəfat edib. Onun nə qədər dinləndiyini bilirsinizmi? Səxavət Məmmədov da erkən vəfat etdi, unuduldumu?
Bəs səsi tutulan Akif İslamzadə unuduldumu? Əlbəttə ki, yox. "Müasir müğənnilər"dən olsaydı o oxumağın bir yolunu tapardı, ya səsinin montajda "gözəlləşdirilməsinə" nail olardı, ya səs tellərini əməliyyat etdirər, birtəhər oxuyardı. Amma o böyüklüyünü nümayiş etdirərək səhnədən kişi kimi getməyi bacardı.
Ölümsüz olmaq üçün daha nəyə ehtiyac var? Dünyanı tutub durmaq həvəsi heç kimə xeyir gətirməyib. Süleymana qaldımı bu dünya? Bizə də qalmayacaq. Qocalmağı da gözə almaq lazımdır, onu təbii, təmkinlə qarşılamaq gərəkdir. Bir kilo makitajla efirə çıxan 70 yaşlı müğənnilər bilirmi görəsən əlləri xınalı, saçları ağaran sadə nənənin onlardan daha cavan göründüyünü?

Lalə Mehralı

http://news.tvpress.az
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb