Ev telefonlarından smartfonlara sms göndəriləcək – Azərbaycanda ilk
Maraqli
Oxunub: 1 422
19 may 2015 | 13:56
Ev telefonlarından smartfonlara sms göndəriləcək – Azərbaycanda ilk

















Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" İstehsalat Birliyi analoqu olmayan yeni bir xidmət – "171" səsli mesaj xidmətinin tətbiqinə başlayıb

Azerinfo.az ictnews-a istinadən xəbər verir ki, bu barədə birliyin informasiya texnologiyaları şöbəsinin rəisi Ədalət Abbasov məlumat verib.

Yeniliyin tətbiqi ilə ev telefonlarından mobil telefonlara və əksinə olaraq mobil operatorlardan da ev telefonlarına mesaj göndərmək mümkündür.

"Sadəcə, abunəçi 171 qısa nömrəsinə zəng etməlidir. 171-ə zəng etdikdən sonra abunəçilər operatorun "Siz zəngli mesaj xidmətinə xoş gəldiniz" salamlaması ilə qarşılaşır. Operatorun təlimatına əsasən, səsli mesaj göndərmək üçün 1, sizə ünvanlanan səsli mesajı dinləmək üçün 2 düyməsindən istifadə etmək lazımdır. Mesaj göndərmək üçün qayda belədir. 1 düyməsini seçdikdən sonra mesaj göndərəcəyiniz nömrə və dyez düyməsini yığın, siqnal səsindən sonra sözünüzü deyib və yenidən dyez düyməsini aktivləşdirirsiniz. Qarşı tərəf telefonda 171 nömrəsinin yığıb 2 düyməsini seçməklə mesajı dinləyir.

Ə.Abbasov daha sonra bildirib ki, yeni xidmətdən bütün mobil operatorlar, CDMA və stasionar telefon abunəçiləri istifadə edə bilər. Xidmətin ən böyük özəlliklərindən biri mobil operatorlarda da zəng etməklə bu xidmətə qoşulmaqdır. Yəni mobil operatorlardan ev telefonlarına və ev telefonlarından mobil operatorlara zəng etməklə xidmətdən istifadə etmək olar. Eyni zamanda mobil nömrə abunəçiləri də 171 yığmaqla bu xidmətdən istifadə edə bilər.

Elektron sistem sayəsində göndərilən səsli mesajları sonradan dinləmək mümkündür. "Abunəçi evdə olmadıqda sonradan telefonuna gələn mesajları ardıcıl dinləyərək onu kimin axtardığını öyrənə bilər".

Qeyd edək ki, bir səsli mesajın qiyməti 5 qəpikdir.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO