Gəncə məbədlərinin bilinməyən sirləri...
Maraqli
Oxunub: 1 203
27 may 2015 | 12:06
Gəncə tarix boyu dilindən və dinindən asılı olmayaraq, müxtəlif xalqların nümayəndələrinə ev sahibliyi edib. Buna şəhərin ərazisində qorunub saxlanılan tarixi abidələr də dəlalət edir. Qarşıdakı videomaterialda vaxtı ilə Gəncədə inşa edilən bəzi alman məbədləri və kilsələr, onların tarixi və bu günü haqda məlumat alacaqsınız.

4000 illik tarixə malik olan Gəncə ərazisi tarixi abidələrlə zəngindir. Şəhərdə olan abidələr Mədəniyyət və Turizm İdarəsinin mühafizəçiləri tərəfindən qorunur.

Tamella Əliyeva -Mədəniyyət və Turizm İdarəsinin tarixi abidələr mühafizəçisi: "Gəncə şəhərinin ərazisində 258 tarixi abidə var. Onlardan 2-si kilsə, 2-si Alban Məbədidir. Hazırki Kamera Orkestrinin yerləşdiyi məbəd ölkə əhəmiyyətli, digər üçü isə yerli əhəmiyyətli tarixi abidə hesab olunur".

Gəncə Dövlət Kamera Orkestrinin fəaliyyət göstərdiyi bina V-VII əsrlərdə inşa edilən Alban məbədlərindən biridir. Müqəddəs İohann Kilsəsi kimi tanınıb. XVII əsrdə bərpa edilən binanın inşasında qırmızı tuf daşından istifadə olunub.

Gəncə Dövlət Kukla Teatrının istifadəsində olan bina. XIX əsrə aid tarixi-memarlıq abidəsi olan tikili 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilib.

1818-ci ildə Gəncəyə gətirilən almanlar tərəfindən inşa edilən bu tikili də əsasən tuf daşından inşa edilib. Ümumi sahəsi 650 kvadrat mert olan bina 1 zal, 1 foye və 15 otaqdan ibarətdir.

Aleksadr Nevski kilsəsi... Bu tarixi bina 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına inşa edilib.

Kilsənin inşasında Gəncə memarlığına xas olan qırmızı kərpicdən istifadə edilsə də, bina Bizans memarlıq üslubunda tikilib. Bolşevik inqilabına qədər bu məbəd Baş kilsə statusuna malik olub. XX əsrin əvvəllərində kilsə Sovet hakimiyyəti tərəfindən bağlanılıb və başqa məqsədlər üçün istifadə olunub.

Məbəd Rus Pravoslav kilsəsinə yalnız 1946-cı ildə qaytarılıb. Bina günümüzdə də Qərb bölgəsində yaşayan pravoslavların ibadət məkanıdır. Burada həm dini ayinlər, həm də pravoslav bayramları qeyd edilir. Bu binalar keçmişin tozlu səhifələrində gizli qalan tarixin görünən hissəsidir. Şəhərin dolanbaclı küçələrində gizlənən yüzlərlə qədim bina kim bilir özündə hansı tarixi faktları, hansı gizli məqamları saxlayır. Daş məbədlər susur, oxunmağı, tarixin qaranlıq səhifələrini aydınlatmağı gözləyirmiş kimi...

http://www.kepeztv.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...