Narkozla bağlı bilməli olduğumuz şeylər - Diqqət
Maraqli
Oxunub: 1 376
2 avq 2015 | 11:10
Narkozla bağlı bilməli olduğumuz şeylər - Diqqət
















Baş anestezioloq Azərbaycanda narkozun qəbulu ilə əlaqədar bəzi səhv yanaşmalara aydınlıq gətirib

Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov Trend-ə açıqlamasında bildirib ki, bəzən əməliyyat olunmuş xəstə əməliyyatdan sonra yaranan narahatlıqlarını, əsəbiliyini "narkozu qusmaması" ilə əlaqələndirir: “Bəzən xəstə "narkozu qusmadığını" deyir. Bunu bəzən hətta cərrahların özləri deyir. Amma bu, tamamilə yanlış fikridir. Narkoz qusulmur, çünki o, dərmanlar verilməklə orqanizmdə neytrallaşdırılır”.

A.Qədirli əlavə edib ki, bəzi hallarda insanlar hansısa xəstənin narkozdan ayılmadığını söyləyirlər: "Lakin bu, mümkün deyil. Çünki hazırkı dövrdə istifadə edilən narkoz çoxkomponentlidir. Narkoz vurularkən dərmanların farmakoloji effektləri nəzərə alınmaqla kombinasiyalar yaradılır: “Əgər narkoz çoxkomponentlidirsə, onun birinin dozasını artıq edə bilərsən. Bu isə xəstəni öldürmür. Xəstənin ölümü bu kombinasiyaların düzgün qurulmamasından mümkün ola bilər. Yaxud xəstənin sağlamlıq durumu nəzərə alınmaya bilər. Məsələn, xəstədə hər hansı patologiya - infarkt, qan azlığı, aşağı, yaxud yüksək təzyiq ola bilər. Belə hallarda narkozun seçimi düzgün edilməyəndə fəsad yarana bilər. Bu isə artıq narkozun dozası ilə əlaqədar deyil. Ola bilər ki, verilən narkoz sağlam adam üçün normal olsun, amma xəstə adamda bu, patologiya törədə, onun ürək-damar sistemində, mərkəzi sinir sistemində olan problemləri ortaya çıxara bilər. Narkozun dozalaşdırılmasına ciddi göstərişlər və yanaşmalar var. Narkozun dərmanlarının dozalarını bizim yanımızda işləyən tibb bacıları da bilir. Ən naşı həkimlər də bilir ki, dərmanı hansı dozada vurmaq lazımdır”.

Baş anestezioloq-reanimotoloq deyib ki, belə halların baş verməməsi üçün xəstələr əməliyyata getməmişdən əvvəl geniş şəkildə tibbi müayinə olunmalıdırlar: "Bu, daha çox narkozun seçiminin düzgün aparılması üçün lazımdır. Lakin bəzi hallarda bu müayinələr də tam aparılmır".

Buna təəssüflənən baş mütəxəssis Azərbaycan əhalisi arasında bununla bağlı maarifləndirmə işlərinin aparılmasına da ehtiyacın duyulduğunu söyləyib.

A.Qədirlinin sözlərinə görə, 40-60 il əvvəl anesteziya üçün istifadə edilən dərman beynin bütün şöbələrinə təsir edirdi. Buna görə də narkozun fəsadları yaranırdı. Lakin hazırda farmakologiya, tibbi texnikanın inkişafı ilə əlaqədar anesteziyanın aparılması üçün xəstəyə seçici təsirə malik dərmanlar vurulur: “Ümumi narkoz olduqda isə mütləq mərkəzi sinir sistemi, yəni beyin yatızdırılır. Beyin çox mürəkkəb orqandır, onun müxtəlif şöbələri var. Narkoz zamanı həmin törəmələrə seçici təsirə malik dərman vurulur, qavrama dayandırılır. Baş-beyində ağrını qəbul edən şöbələrə - baş-beyin qabığına, qabıqaltı törəmələrə, uzunsov beynə və s. seçici təsir göstərilməklə ağrının hiss edilməsi ləngidilir”.

Baş mütəxəssis bəzən xəstələrin narkozdan çox pis şəkildə ayılmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, narkozdan ayılan zaman xəstədə hallusinasiya, sayıqlama, yuxugörmə, psiximotor oyanıqlığı kimi xoşagəlməz halların baş verməməsi üçün ona əlavə dərman vurulmalıdır: “Elə dərmanlar var ki, onun mənfi tərəfləri də olur. Anestezioloq bunları nəzərə almaqla, xoşagəlməz təsirləri aradan qaldırmaq üçün digər preparatlar da daxil etməlidir. Bununla yanaşı, əməliyyata gedən xəstələrdə hansısa xəstəliyin fəsadları da ola bilər. Bunu nəzərə alaraq, anestezioloq narkoz üçün seçim etməlidir. Bu gün çox seçici təsirə malik xeyli dərman var. Bu seçicilik də anestezioloqların imkanlarını artırır”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...