Rəqqasə Aytən: "300-400 manatla razılaşsam, gündə 6-7....."
Maraqli
Oxunub: 5 740
7 avq 2015 | 10:43
Rəqqasə Aytən: "300-400 manatla razılaşsam, gündə 6-7....."






















Azerinfo.az "oriyental Aytən" kimi tanınan oriyental rəqslərin ifaçısı Aytənin müsahibəsini təqdim edir

- İstirahətiniz necə keçir?

- Əla. Hər il Türkiyədə istirahət edirdim. Bu il isə istirahət proqramımı bir az da genişləndirdim. Belə ki, əvvəlcə Mayamidə oldum. 4 günlük Mayami istirahətindən sonra da Antalyaya gedib düz 2 həftə orada dincəldim. Əslində, Türkiyəyə sırf istirahət üçün getməmişdim. Məni ora Asena xınayaxdı mərasiminə dəvət etmişdi. Əlimə düşən bu fürsətdən də istifadə edib 12 gün Antalyada qaldım. Oradan da ailəm ilə birlikdə Bələkdə istirahətə yollandım. Hazırda isə, gördüyünüz kimi, Bakıdayam. Pul qazanmaq lazımdır (gülür).

- Çətin sənət sahibisiniz. Daim formada qalmalısınız. Bunun üçün də gündəlik məşq etməli, ömür boyu pəhriz saxlamalısınız. Bunlar sizi yormur?

- Haqlısınız. Efirdən kök görünsəm də, həyatda kilolu deyiləm. Efir məni olduğumdan 8 kilo çox göstərir. Hazırda 58 kiloyam. 55 kiloya qədər arıqlamağı planlaşdırıram. Özü də sırf efir üçün. Məncə, rəqqasə bir az kilolu olmalıdır. Arıqlamağı düşünsəm də, nə yalan söyləyim, bunun üçün xüsusi cəhd-filan göstərmirəm. Ancaq ümumiyyətlə "heç nə etmirəm" demək də doğru olmaz. Hər gün məşq etmirəm, ancaq axşamlar evimin qarşısındakı stadionda qaçmağa çalışıram. Gündə ən azı 1 saat yeriyirəm. Bunu da kökəlməmək üçün edirəm. Rəqqasların əzələsi bərk olur. İdman etməyəndə tez kökəlirik. Bu səbəbdən qaçmaq məcburiyyətindəyəm.

- Kifayət qədər qalmaqallı keçmişiniz var. Ancaq maraqlıdır ki, sözünüzün düz gəlmədiyi həmkarlarınız zaman-zaman oriyental rəqsdən uzaqlaşdılar. Amma siz hələ meydandasınız. Həmkarlarınız niyə oriyental rəqsi davam etdirmədilər? Yoxsa, sizinlə rəqabətə tab gətirmədilər?

- Sabah mən də oriyental rəqsi ata bilərəm. Buna heç kəs zəmanət verə bilməz ki... Gedənlərin hər biri də müxtəlif səbəbdən sənətini tərk etdi. Məsələn, sənətini davam etdirməyə ailəsi icazə verməyənlər oldu. Paltarların açıqlığına görə problem yaşayanlar oldu. Vallah, indi müğənnilər məndən açıq geyinirlər. Toyda nəinki gəlin, dəvət olunanlar da məndən açıq-saçıq olurlar. Hətta eləsi olur ki, paltarına baxıb mən utanıram. Qalmaqallara gəlincə, razıyam, çox qalmaqallarım olub. O vaxt uşaq idim. Nə yaşımız vardı? Həm də qalmaqal dəbdə idi. Biri söz atan kimi çıxıb cavab verirdik. Artıq yaş həmin yaş deyil. Daha belə şeylərə ehtiyac hiss etmirik. Hər kəs özünün çörək pulunu qazanır.

- Deyirsiniz ki, daha qalmaqal havanız qalmayıb?

- Niyə qalmayıb? Qalıb. Mənə söz atırdılar, cavab verirdim, qalmaqala səbəb olurdu. Elə indi də kimsə artıq-əskik söz desə, cavabını verəcəm.

- Qalmaqalsız keçinmək olur? Sakit, sadəcə sənətlə məşğul olanda qazanmaq mümkündürmü?

- Əlbəttə, mümkündür. Ayda 4-5 toyum olur. Şükür Allaha... Çünki hər qiymətlə razılaşmıram. Düşünürəm ki, sənətimə qiymət verməyən, mənə də vermir. 300-400 manatla razılaşsam, gündə 6-7 yerdə çıxış edərəm. Qudurğanlıq kimi də səslənməsin. Amma geyindiyim paltarlar, saçım, makiyajım qat-qat çox tutur.

- İndi həmin rəqqasələrlə münasibətiniz necədir?

- Məndən başqa oriyental rəqqasə yoxdur, görmürəm. Bəlkə də var, ancaq mən bəyənmirəm. Diskolarda, barlarda oriyental hərəkətlərlə striptiz göstərənləri demirəm. Yəqin ki, məndən başqa da oriyental oynayanlar var. Amma onlar küçə-bucaqda, diskolarda, barlardadır. Mən isə, dediyim kimi, elə yerlərə getmirəm. Sırf oriyental rəqslə məşğul olmaq istəyənlərə isə istənilən köməyi eləməyə hazıram. Məsələn, paltarda, musiqidə müraciət edən hər kəsə məmnuniyyətlə kömək edərəm. Təki, sırf oriyental rəqs etsin.

- Oriyental rəqqasələrin efirə çıxışı da çətindir. Onları efirdə görə bilmirik. Sizcə, bunun səbəbi nədir?

- Bəli, asanlıqla efirə çıxmaq olmur. Oriyental rəqs, ümumiyyətlə, yerli telekanallarımıza buraxılmır. Yalnız mən bəzi telekanallarda görünürəm. Hətta rəqqasələrdən külli miqdarda pul təklif edib efirə çıxmaq üçün məndən kömək istəyənlər də olub. Amma telekanallar bununla razılaşmayıb. Bir tərəfdən, bu yaxşıdır. Artıq kimi gəldi, efirə buraxmırlar. Elə mən özüm də təklif olunan bütün verilişlərə çıxmıram. Seçim edirəm.

- Bəzi həmkarlarınız Hindistan, Türkiyə, Gürcüstanda festivallara qatılır. Siz niyə belə yarışlardan kənarda qalırsız?

- Mən o festivallara 2001-ci ildən başlayaraq 7 il ərzində qatılmışam. İndi bu, mənə lazım deyil. Belə yarışlara qatılmaq təzə çıxanlara lazımdır. 2009-cu ilə qədər aldığım mükafatlar evdə kif atıb. Oksananı isə çox bəyəndim. Biri var ki, səviyyəli formada nə isə edəsən, bir də var ki, acığa düşəsən. Oksanada bunlar əla alındı. Ötən ay Türkiyədə dünya rəqqaslarının müsabiqəsi keçirildi. Mənim ora qatılmağım ayıb olardı. Çünki Azərbaycanın 1 nömrəli rəqqasəsiyəm. Oriyental rəqsdə tək mən qalmışam. İndi hansısa yarış və müsabiqələrdə münsif kimi iştirak edə bilərəm.

- Xaricdən təklif alırsınız?

- Əlbəttə! Elə ən çox qazancım Türkiyədəndir. Asena Hollandiyada olanda onun çıxdığı səhnələrə mən çıxıram. Türkiyədə oriyentala verilən qonorar da buradakı kimi deyil. Külli miqdarda qonorar ödəyirlər. Azərbaycanda, ümumiyyətlə, rəqqasələrə pul vermirlər. Hələ oriyental bütün rəqslərin şahıdır. Ona belə qiymət verən yoxdur, o ki qaldı, digər rəqslərə. Bu gün heç kəs deyə bilməz ki, milli və ya hind rəqsi ilə nə isə qazanıb. Şərq rəqslərinin içində ən qazanclı rəqs oriyentaldır.

- Niyə Asenanı əvəz edirsiniz?

- Sadəcə, əvəz eləmirəm, birgə işləyirik. Asena mənə çox işdə kömək edir. Türkiyədə işlərim hədsiz çox olur. Get-gəl ilə işlər düzəlmir. İkimiz belə qərara gəldik ki, köçüb orada yaşayım. Hətta Asena mənə təklif etdi ki, Türkiyə bazarına girmək üçün adımı dəyişim. Amma bununla razılaşmadım. Dedim mən harada olsam da, Aytən kimi tanınmalıyam.

- Nə vaxt köçürsünüz?

- 1-2 ilə ailəmlə birgə köçməyi planlaşdırmışam. 2016-cı ilin sonuna kimi evimi mənə təhvil verməlidirlər. Orada məskunlaşandan sonra klip də çəkdirəcəyəm. Klipin Kral TV-də yayımlanmasını da nəzərdə tuturam.

- Burada niyə çəkdirmirsiniz?

- Klipi Azərbaycanda çəkdirə bilərəm. Amma hansı kanalda yayımlanacaq? Klip saatı ayrılan telekanalımız yoxdur. Üstəlik, yerli telekanalların çoxu oriyental rəqs klipini qəbul etmir. Kliplə işim yekunlaşmayacaq. Şou verilişlərdə də qonaq olacağam.

- Bəs birdən qarşınıza biri çıxsa... Bu planları dəyişərsiniz?

- Gözümü qırpmadan... Sənətimə görə şəxsi həyatımı qurban vermərəm. Ancaq hələ ki, belə bir təklif verən olmayıb.

- Sevdiyiniz var?

- Biri ilə artıq bir neçə ildir ki, münasibətim var. Molla kəbini də kəsdirmişik. Amma düşünürəm ki, məni sevdiyini deyən kişi işləməyimə etiraz etməsə də, mən özüm bunu qəbul etmərəm. Heç vaxt. Hansı rəqs olur-olsun. Ailə qurub, uşaq dünyaya gətirib, sonra da gedib rəqs edəcəyəm? Belə bir şey ola bilməz. Nə qədər sənətimi sevsəm də, bunu qəbul edə bilmərəm. Müəllimlik edərəm, rəqs dərsləri keçərəm amma rəqqasəlik etməyi qəbul etmərəm.

- Dediniz ki, molla kəbini kəsdirmisiniz. Münasibətlərinizdə bunun bir əhəmiyyəti var?

- Əslində, yox. Çevrəmdəkiləri görürəm də... Evlənəndən 3 ay sonra boşanırlar. O kağız boş şeydir. Heç bir kağız ayrılıqdan, uğursuz nikahdan sığortalamır. Digər tərəfdən isə, övladımı fikirləşirəm. Uşaq olarsa, rəsmiyyət çox vacibdir.

- Müəllimlik edə biləcəyinizi dediniz... Nə əcəb indiyədək rəqs dərsləri keçmirsiniz?

- Bu sualı mənə çox adam verib. Nəhayət, bunu da reallaşdıracağam. Ancaq Türkiyədə. Köçən kimi biznesimi işə salacam. Hər şey orada hazırdır. Hələ gəncəm. Bədənim bu rəqsi qəbul edir və mənə yaraşır. Əgər taqətim qalmasa, gücdən düşsəm, o zaman indiyədək yığdıqlarımı sataram və bir iş quraram. Çox tənbəl adamam. İki-üç işi birdən həyata keçirə bilmirəm.

- Aytən xanım, oriyental rəqs həyatınızdan nəyi alıb, sizə nə verib?

- Əvvəllər ailəm də sənətimi qəbul etmirdi. Amma sonra sənətimə olan sevgimi görüb, məni başa düşdülər. Hər kəsin məni sevməsi vacib deyil. Sevməyən də ola bilər. Amma sənətim məndən heç nəyi almayıb.

- Özünüzü 10 il sonra harada görürsünüz?

- (Fikirləşir) Qəliz sualdır. Bu haqda heç düşünməmişəm. Bilmirəm. Yəqin ki, ciddi ailəm olar. Bəlkə də, rəqsə də davam edə bilərəm. Düşünürəm qarşıdakı 10 ili hələ rəqs edə bilərəm. Nə bilim... (publika)

Rəqqasə Aytən: "300-400 manatla razılaşsam, gündə 6-7....."
Rəqqasə Aytən: "300-400 manatla razılaşsam, gündə 6-7....."
Rəqqasə Aytən: "300-400 manatla razılaşsam, gündə 6-7....."
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!