Onlar aramızdadır Ruhlarla bağlı faktlar
Maraqli
Oxunub: 5 467
14 sen 2014 | 18:37
Onlar aramızdadır  Ruhlarla bağlı faktlarRuhlar haqqında fikilər heç də birmənalı deyil. Belə ki, onların varlığına inananlar olsa da, kifayət qədər bu anlayışa inanmayanlar da var. Bir qrup insanlar bu cür fikirləri absurd adlandırır, ancaq bu haqda müəyyən həqiqətlər öz təsdiqini tapıb. Təbii ki, yanaşmaların müxtəlif olması normaldır.

Bəs ruh nədir?
O harada, nə işlə məşğul olur?
Ondan qorxmaq doğrudurmu?

Belə bir deyim var: Dirilərdən qorxmadıqdan sonra ölülərin heç bir təhlükəsi ola bilməz. Amma bəzi insanlar bu xəyalətlərdən qorxurlar, hətta onlarda bu varlıqlara qarşı müəyyən fobiya formalaşır. Mövzu ilə bağlı araşdırma apardıq. Araşdırmanın nəticəsi olaraq məlum oldu ki, əslində ruhlar heç də qorxulu varlıqlar deyillər. Onlar bir zamanlar insanların içində yaşamış, indi isə xəyal dünyası adlanan bir məkanda yaşamlarına davam edirlər. Düzdür pislik edən ruhlar da var. Amma bunlar ruh deyil, şeytan adlanır. Hər kəsin beynində belə bir sual var. Torpağa tapşırılandan sonrakı həyat necədir? Orada ruhlar bir yerə cəmlənirmi? Öldükdən sonra çoxdan ölmüş qohumlarımızın ruhu ilə qarşılaşmaq ehtimalı varmı?

Yadıma gəlir ki, hələ balaca olanda məhz ölümdən sonrakı həyatı görmək üçün ölməyin tez gəlməsini istəyirdim. Amma o dünya adlandırdığımız aləmin necə olduğunu heç kim müəyyən edə bilməz. Bunlar bizim hər hansı bir dini əsaslara görə səsləndirdiyimiz fikirlərdir.

Təəssüf olsun ki, ruhla bağlı tədqiqatlar məhdud saydadır. Dində ruhlar haqqında məlumat demək olar ki, çox azdır. Dinə görə, ruh Allaha məxsusdur. İnsana məxsus olan isə bədəndir. Tanrı insanı tək candan yaradır və sonra ona ruhundan pay verir. Sırf bu səbəblərdən insan öldükdən sonra Tanrı verdiyi ruhu geri alır. Günah işlətmiş ruhlar çirkaba bürünmüş ruhlar sayıldığından Tanrı onları geri götürmür. Onlar cəhənnəmə düşmüş ruhlar siyahısına əlavə olunurlar. Yalnız paklanmış ruhlar birbaşa cənnətə gedir.

Ruhlarla bağlı suallara cavab tapmaq üçün dinşunas Elşad Mirinin fikirlərini öyrəndik. O AZXEBER.COM-a açıqlamasında bildirdi ki, ruhların insanların gözünə görünməsi, onlarla münasibət qurması, yerə enməsi mümkün deyil: Bu gün Azərbaycanda ruhlara qarşı yalnış bir təsəvvür var. Güya ki, müəyyən vaxtlarda, xüsusən də, cümə axşamları ölmüş insanların ruhları yerə eniş edir. Daha sonra isə ailələrini gizli görmüş olurlar. Əslində isə bu yanlış fikirdir. Çünki bununla bağlı Qurani Kərimdə deyilir ki, : Ruhlar yalnız Tanrıya aid məxluqlardır. Onlar ilə insanlar arasında sərhəd, maneə var. Onlar heç vaxt insanlara yaxın ola bilməzlər

Bəzi insanlar ruhları çağıraraq gələcəklə bağlı proqnozları aldıqlarını iddia edirlər. Bu, tamamən yanlış fikirdir. Çünki gələcəklə bağlı proqnozları yalnız Allah bilir. Əslində, ruh çağırmaq bir oyundan ibarətdir. Bu oyun cəmiyyət arasında gözbağlayıcılıq kimi tanınır.

Ölüm mələyi (əcəl) nə vaxt gəlir?

Dinə görə, ölüm mələyinin insanlardan ruhları təhvil almağı, Allahın icazəsi ilədir. Qeyd edək ki, ölüm mələyi tək olmur. Onun köməkçiləri Rəhmət və Əzab mələkləri də mövcuddur. Bir insan vəfat edəcəyi zaman ölüm mələyi ilə birlikdə rəhmət və əzab mələkləri də gəlir. Günahla dolu insanlarda əzab mələkləri candan çıxan ruha əzab verir, savabla dolu insanlara isə rəhmət mələkləri köməklik edir. Hətta savab çox işlətmiş insanlarda savab mələkləri ölümündən bir neçə dəqiqə əvvəl yaxınları ilə vidalaşmaq üçün izn verir.

Yeni ölmüş adamın ruhu harada olur?

Yeni ölmüş adamın ruhu 40 gün ərzində öz evindən, və ya canını təkr etmiş məkandan uzaqlaşmır və bu ölmüş insanın sonu hesab edilmir. Bəzən insanlar ölümü son adlandırırlar. Amma ölüm son demək deyil. Bu bir haldan başqa hala çevrilmək, yerdəyişməsi deməkdir. İnsan öldükdən sonra yalnız bu dünyadakı həyatına son vermiş olur, lakin bədəndən ayrılan ruh o biri dünyada yaşamına davam edir. Dində bu aləmə Bərzəx deyilir.

Ruhlar arasında qarşılıqlı münasibət necə yaranır?

Biz ətrafımızda olan insanları ağlına, xasiyyətinə görə seçdiyimizi zənn etsək də, əslində bu belə deyil. Ünsiyyətdə olduğumuz insanları ruhlar təyin edir. Bəzən kimdənsə xoşumuz gəlmir və biz ondan uzaqlaşmağı seçirik. Əslində bu iki ruh arasında enerjinin yaranmaması deməkdir. Ruhlar arasında enerji yaranmadıqda münasibət qurmaq mümkün olmur. Bəzi elmi araşdırmalarda bu aura adlanır. Bəli, aura ruhun enerjisi deməkdir və daim insanın ətrafında dövr edir.

Ruh anlayışına inanmayan insanlar üçün maraqlı bir fakt aşkar etdik. Belə ki, yuxu ölümün yarısı hesab edilir və o, xəyal dünyasının təzahürüdür. İnsan yatdıqda onun bütün duyğu orqanları fəaliyyətini dayandırır. Bəs yuxuda deyilən sözü qulaq necə eşidir? Və ya gözlər bağlı olduğu halda baş verən hadisələri yuxuda necə görürük? Yuxuda qaçırıq və bəzən də qışqırırıq. Bunların hamısını ruhlar edir. Bunları görən və eşidən bizim ruhumuzdur.

Müəyyən insanlar var ki, onlar yaxınlarının ruhu ilə söhbət edə bilirlər. Bu cür insanları fenomen adlandırırlar. Onlar müəyyən vasitələr ilə ruhları çağırıb, hətta onlardan gələcəklə bağlı müəyyən sözlər soruşduqlarını iddia edirlər.

Ruhlar nə üçün azyaşlı üşaqların gözünə daha çox görünürlər?

Hər kəs balaca olanda bu cür varlıqları gördüklərini iddia etsələrdə, valideynlər onları ciddiyə almırlar. Əslində balaca uşaqların ruhu böyüklərlə müqayisədə nisbətən güclü olur. Sırf buna görə uşaqların bu cür varlıqları görməsi təəccüblü deyil. Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, evladlarınız bu cür fikir irəli sürdükdə onlara qeyri-ciddi qəbul etməyin. Çünki bu onlarda ruh zəifliyi yarada bilər. Əslində bu cür uşaqları psixoloq yanına aparmaq mütləqdir.
Elşad Miri gözə görünən ruhlar barədə isə maraqlı fikir səsləndirdi. O dedi ki: Gözə görünən ruhlar ruh deyillər. Bunlara xəyalət demək olar. Gözümüzə görünən ruh sandığımız bu varlıqlar əslində, bizim həmin anda olan əhvalımızdan asılıdır. Biz əhvalımızdan asılı olaraq 3 boyutlu görüntülər görmüş oluruq. Bunlar isə ruh deyil.
Göz nəzərdən qorunmaq üçün yandırdığımız üzərliyin qəbiristanlıqda bitdiyini bilirsinizmi?
Üzərlik əsrlər boyu istifadə olunan və gözdəymə üçün effektli sayılan məhsullardan hesab edilir.
Bəs qəbiristanlıqda bitən bitkinin bu cür istifadə olunması doğrudurmu?
Elşad Mirinin sözlərinə görə üzərliyin göz-bəlaya qarşı istifadəsi həm absurd, həm də dində yolverilməzdir. O bu cür əşyalara inancı olan insanları mənəvi olaraq zəif adlandırdı. Üzərliyə gəlincə isə bu cür əşyaların gücünə inanan insanlar mənəvi olaraq zəif olan insanlardır. Çünki biz inanmalıyıq ki, bizi Allah qoruyur. Bunları yandıran insanlar isə düşünürlər ki, üzərlik onları hər hansı pis hadisələrdən qoruyur. Bu absurt fikirdir və dində qəbuledilməzdir. Onların qəbiristanlıqda bitməsi isə bunu birdaha sübut edir.
Yarandığı gündən mübahisəli olan bu mövzular insanların daim maraq dairəsində olub. Bir çox elm adamlarının araşdırmağa çalışıb, amma bir məlumat əldə etməməsi insanlarda bu mövzulara marağın artmasına səbəb olub. Ruhların varlığı haqqında ciddi bir sübut olmasa da, onları gördüyünü, söhbət etdiyini, hətta şəkillərini çəkdiyini iddia edən bir çox insanlar var. Ancaq elmi araşdırmalar bu mövzulara fakt göstərərək açıqlama verə bilmir.

http://www.azxeber.com
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...