Heç nə əbəs yerə yaradılmayıb
Maraqli
Oxunub: 1 906
15 sen 2014 | 13:25
Heç nə əbəs yerə yaradılmayıbBəzən insanlar ətrafda gördükləri canlı və cansız varlıqları, baş verən hadisələri izləyəndən sonra bunun lazımsız və faydasız, hətta ziyanlı olduğunu düşünürlər.

Bu qənaətə gəlirlər ki, filan heyvanın heç nəyə xeyri yoxdur, filan admın əlindən ziyandan savayı heç nə gəlməz, filan hadisə haqq-ədalətə, məntiqə ziddir. Amma bununla onlar Allahın sonsuz hikmətini şühbə altına almış olurlar. Allahın hər bir məxluqu böyük hikmətin nəticəsidir. Dünyada heç nə əbəs yerə xəlq olunmayıb və heç bir hadisə əbəs yerə baş verməz. Səbəbini və faydasını anlamadığımız şeylər barədə Allaha irad tutmaqdansa, öz şüur səviyyəmizin, elmimizin və imanımızın naqisliyini etiraf etsək, daha düzgün olar.
Allahın yaratdığı gözlə görünən ən kiçik varlıqlardan və insanla ən çox təmasda olan canlılardan biri də ağcaqanaddır. Qurani kərimdə ağcaqanad Allahın qüdrətinin bir nişanəsi kimi zikr edilib (Bəqərə, 26). Vaxtilə bəziləri ağcaqanadın niyə yaradıldığı barədə düşünərək, bunun əbəs və mənasız olduğu qənaətinə gəlmişdilər. Xacə Abdullah Ənsari adlı məşhur irfan aliminin Qurana yazdığı təfsirdə deyilir ki, övliyaların birindən soruşmuşdular: Ağcaqanadın və hörümçəyin yaradılmasında məqsəd nədir? Övliya cavab verdi: Əgər ağcaqanadın yaradılmasının tək səbəbi Nəmrudu həlak etmək, hörümçəyin xilqətinin tək səbəbi isə Hira mağarasının ağzında tor qurub Peyğəmbəri xilas etmək olsaydı, yenə bu kifayət edərdi.
Abbasi xəlifəsi Məmun bir gün xütbə söyləyəndə üzünə ağcaqanad qondu. Məmun əli ilə ağcaqanadı qovdu, amma o yenə uçub gəldi. Bir neçə dəfə bu iş təkrar oldu. Nəhayət, xəlifə həşəratı qovmaqdan yorulub, məşhur ədib Əbu Hüzeyldən soruşdu: Ağcaqanadın yaradılmasının səbəbi nədir? Bu həşəratın bir xeyri varmı? Alim cəsarətlə xəlifəyə cavab verdi: Allah ağcaqanadı ona görə yaradıb ki, onunla zalımları xar etsin və zalımlar öz güclərinə məğrur olmasınlar.
Deyirlər ki, bir nəfər Allah-təalanın yaratdığı məxluqatın faydaları haqqında düşünməyi xoşlayarmış. Hər canlının təbiətə, başqa canlılara və insana verdiyi xeyirləri öyrənər, buna görə Allaha şükür edərmiş. Bir gün onun gözü torpağın üstündə gəzən bir böcəyə sataşır. Xalq içində peyin böcəyi kimi tanınan bu həşərat adəti üzrə mal peyinindən düzəltdiyi kürəni tövlədən çıxarıb hərlədə-hərlədə yuvasına aparmaqla məşğul etdi. Adam böcəyi xeyli seyr edir, amma onun yaradılış səbəbini anlaya bilmir. Öz-özünə deyir: Axı Allah bunu nəyə görə yaradıb? Nə ətindən istifadə etmək olur, nə yunundan, nə də südündən. Nə insan üçün yük daşıyır, nə gözətçilik edir, nə də başqa heyanların yemi olur. Bütün günü murdarlığın içində eşələnir. Bu həşərat deyəsən, ancaq üfunəti və xəstəlikləri yaymaqla məşğuldur. Allahın hikmətindən nə əcəb ki, bu faydasız məxluqu xəlq edib?
Üstündən bir neçə gün keçir. Adamın əlinə sızanaq çıxır. Sızanaq sürətlə şişib böyüyür, iri bir çibana dönür. Sonra çiban partlayır, amma yaranın yeri sağalmır. Get-gedə yara adamın bütün əlinə yayılır. Qolu fəaliyyətdən düşür. Hansı həkimə müraciət edirsə, nə qədər dava-dərman çəkirsə, yara sağalmır ki sağalmır. Hətta bəzi həkimlər deyirlər ki, əgər bir müddətdən sonra da yara sağalmasa, gərək əl kəsilsin.
Dostlarından biri adama məsləhət görür ki, türkəçara təbibinin yanına getsin. Adam əvvəlcə razılaşmır, türkəçaraçı məni necə sağaldacaq ki? deyə etiraz edir. Axırda əlacı hər yerdən üzüləndən sonra bu məsləhətə razı olur. Türkəçaraçı təbib yaraya baxan kimi deyir: Get mənimçün 2-3 dənə peyin böcəyi tap gətir. Adam heyrət içində qalır: Dərman əvəzinə peyin böcəyi? Bu necə təbibdir? Olmaya məni ələ salır? Amma yenə təbibin sözünü yerinə yetirməyi qərara alır. Gedib öz həyətindəki tövlədən iki dənə peyin böcəyi tapıb təbibin yanına qayıdır.
Təbib böcəkləri öldürür, sonra onları əzir, odun üstündə qovurub məlhəm hazırlayır. Məlhəmi yaranın üstünə çəkib, bir neçə gün gözləməyi tapşırır. Vaxtın tamamında məlhəmi götürəndə adam gözlərinə inanmır. Heç bir həkimin əlac edə bilmədiyi yara sağalmaq üzrə idi. Yaranın çirki təmizlənmişdi, üzəri bitişməyə doğru gedirdi. Adam heyrət içində qalmışdı. Bu ara bir neçə gün əvvəlki fikrini xatırladı, Allaha həmd etdi və bir daha Allah-təalanın hikməti barədə şübhəyə düşmədi.

http://az.islam.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO