Yehovanın Şahidləri kimlərdir?
Maraqli
Oxunub: 1 717
9 fev 2016 | 20:55
Yehovanın Şahidləri yüzlərlə müxtəlif xalq və dillərdən olan insanlardan təşkil olunub. Bu cür müxtəlifliyə baxmayaraq, hamısını bir amal birləşdirir. İnamlarına görə onlar canlı-cansız hər şeyi yaradan, tək olan Allaha ibadət edirlər. Müqəddəs Kitabda Onun adının Yehova olduğu deyilir. İsa peyğəmbərin yolu ilə getdiklərini düşünərək özlərini məsihi adlandırırlar. Onların dediyinə görə onların hər biri mütəmadi olaraq vaxt ayırıb insanlara Müqəddəs Kitab və Allahın Padşahlığı, yəni səmavi hökuməti barədə biliklər əldə etməyə kömək edirlər. Yehova Allah və Onun Padşahlığı haqqında şahidlik etdikləri, yəni danışdıqları üçün onlar «Yehovanın Şahidləri» adlanırlar.
Yehovanın Şahidləri kimlərdir?
Yehovanın Şahidlərinin tarixi XIX əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatlarında Çarlz Teyz Rassel tərəfindən əsası qoyulduǧu "Müqəddəs Kitab tədqiqatçıları" (Bible Students) hərəkatından başlayır. Rasselin dövründəki Müqəddəs Kitab tədqiqatçılarının inanclarının səciyyəvi xüsusiyyətləri — xristian dünyasında qəbul olunmuş tanrının üç simada (üç üqnum, "troitsa") olduǧunu inkar etməsi, xiliazm və insanın ölümündən sonra həyatın olmaması idi. O zamanlar Müqəddəs Kitab tədqiqatçıları, sonralar Yehovanın Şahidləri tərəfindən inkar olunan çox şeyləri qəbul edirdilər, məsələn, onlar xaçı xristianlıǧın simvolu sayır, Milad bayramını və ad günlərini qeyd edirdilər. Təşkilati baxımından Müqəddəs Kitab tədqiqatçılarının icmaları "demokratik" əsaslarda qurulurdu və yıǧıncaq aǧsaqqalları səsvermə yolu ilə seçilirdilər.
1879-cu ildə Çarlz Teyz Rassel, indi "Gözətçi Qülləsi" kimi tanınan "Sionun Gözətçi Qülləsi və Məsihin iştirakının carçısı" (Zion’s Watch Tower and Herald of Christ’s Presence) jurnalını dərc etməyə başlayır. Müqəddəs Kitab tədqiqatçılarının fəaliyyətinin təmin olunması üçün "Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti" (Pensilvaniya) (Watch Tower Bible and Tract Society of Pennsylvania) hüquqi şəxsini yaradılır. Rassel bu Cəmiyyətin ilk prezidenti olur. Həmin dövrdə Müqəddəs Kitab tədqiqatçıları hesab edirdilər ki, son günlər 1799-cu ildə başlayıb (Napoleonun Roma Papasını siyasi hakimiyyətindən saldıǧı il), Məsih isə 1878-ci ildən Padşah kimi göylərdə padşahlıq edir və buna görə də onlar gözləyirdilər ki, Har-Megidon (ing. Armageddon) 1914-cü ildə başlayacaq. Bu hesablamalar Rasselin altı cildli "Yazıların araşdılması" (Studies in the Scruptures) kitablarında nəşr olunmuşdu.
1916-cı ildə Rasselin ölümündən sonra Gözətçi Qülləsi Cəmiyyətinin prezidenti Cozef Franklin Rezerford (Joseph Franklin Rutherford) olur. 1920-ci ildə nəşr olunan özünün "Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək" (Millions Now Living Will Never Die) kitabında Rezerford 1914-cü il haqqında yazıb ki, bu ildə Məsih göylərdə gözəgörünməz hökmranlıǧa başlamış və söyləyirdi ki, Har-Megidon 1925-ci ildə gələcək və İsadan öncə yaşamış saleh insanların dirilməsi olacaqdır. Müqəddəs Kitab tədqiqatçılarının çoxları bu ilə ümid bəsləyirdilər. Gözlənilən hadisələrin baş vermədiyini görəndə, Müqəddəs Kitab tədqiqatçıları hesab etməyə başladılar ki, Har-Megidon 1914-cü ilin hadisələrini görən insanların həyatı zamanı baş verəcək.

İnanclarının daha da geniş yayılması üçün Müqəddəs Kitab tədqiqatçıları "Qızıl əsr" (The Golden Age) jurnalını buraxmaǧa başladılar. İndi bu jurnal "Oyanın!" (Awake!) adlanır (Azərbaycan dilində çıxmır). Rezerfordun dövründə icmaların demokratik idarəetmə prinsipi teokratik idarə etmə ilə əvəz olundu. O, Gözətçi Qülləsi Cəmiyyətinin fəaliyyətinin üzərində nəzarət etməli olan direktorlar şurasını ləǧv edir (pastor Rasselin vəsiyyətinə əsasən). Rezerfordun islahatlarından sonra Gözətçi Qülləsi Cəmiyyəti, sonradan Yehovanın Şahidləri adlanan dini təşkilatına rəhbərlik edən statusunu qəbul edir. Yıǧıncaqlarda aǧsaqqallar üzvləri tərəfindən seçilməsi qaydası ləǧv olunaraq, Cəmiyyətə tərəfindən təyin olunmaǧa başlanıldı.
1931-ci ildə Müqəddəs Kitab tədqiqatçıları müasir — "Yehovanın Şahidləri" adını qəbul ediblər.
1935-ci ildə məsihçilərin iki sinfi haqqında təlim qəbul olunmuşdur. Bu təlimə əsasən, məsihçilərin bir hissəsi — 144 000 nəfər — ölümündən sonra "ruhani bədəndə" göylər həyatına dirildiləcəklər və Məsihlə birgə, əvvəlcə göylərdə, böyük məşəqqətdən və Har-Megidondan sonra isə Yer üzünü idarə edəcəklər. Başqa məsihçilər — "böyük izdihama" (sayı məhdud deyil) yenilənmiş Yer üzündə həyat sürəcəklər. Demək olar ki, Yehovanın Şahidlərinin inancları əsasən bu ildə formalaşmışdı.
Yehovanın Şahidləri kimlərdir?
1942-ci ildə Rezerfordun ölümündən sonra cəmiyyətin Prezidenti Neytan Homer Norr (ing. Nathan Homer Knorr) olur. Onun prezidentliyi dövründə Cəmiyyətin bütün nəşrləri anonim oldu. Əgər Rasselin və Rezerfordun dövründə jurnallarda və kitablarda müəlliflər göstərilirdisə, XX əsrin 40-cı illərindən başlayaraq müəlliflərin adları göstərilmirdi. Bununla yanaşı Yehovanın Şahidləri öz missioner fəaliyyətlərini genişləndirdilər. Nyu-York şəhərində "Müqəddəs Kitab Gilead Məktəbi" yaradılır. Bu məktəbdə tədris proqramı 6-9 ay təşkil edir və o, dünyanın müxtəlif yerlərində xidmət etmək üçün missionerlər hazırlayır. Hər yıǧıncaqda onların üzvlərinə cəmiyyətin təlimlərinin təbliǧ olunmasının əsaslarını öyrədən "Teokratiya Xidməti Məktəbi" keçirilir.
1966-cı ildə "Tanrının oǧulları azadlıǧının əbədi həyatı" (ing. Life Everlasting — in Freedom of the Sons of God). Bu kitabda iddia olunur ki, 6000 illik insan tarixini 1975-ci ildə tamamlanacaq. Buna görə də Yehovanın Şahidləri gözləyirdilər ki, Har-Megidon məhz bu ildə gələcək. Gözlədikləri hadisə baş vermədiyinin nəticəsində 1975-1980-ci illər ərzində Cəmiyyətin üzvlərinin sayı və təbliǧatı azaldı.
1977-ci ildə Norrun ölümündən sonra Cəmiyyətin dördüncü Prezidenti Frederik Uillyam Frans (Fredederick William Franz) olur. Bu zamanlar Cəmiyyətdə bəzi təşkilati dəyişikliklər edilir. Əgər 1976-cı ilə qədər bütün hüquqi səlahiyyətlər Gözətçi Qülləsi Cəmiyyətinin Prezidentinin əlində idisə, həmin ildən etibarən Cəmiyyətin hüquqi idarəsini onun Rəhbərlik Şurası həyata keçirir (ing. Governing Body). Bütün təşkilati və təlim dəyişiklikləri Rəhbərlik Şurası tərəfindən həyata keçirilir. Şahidlərin bütün nəşrləri onun nəzarəti altında buraxılır. XX əsrdə siyasi vəziyyətin dəyişilməsi sayəsində Cəmiyyətin Şərqi Avropada və Sovet İttifaqında fəaliyyəti mümkün oldu. Bu Yehovanın Şahidlərinin sayı nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur.
Frans 1992-ci ildə ölür. Onun yerini Milton Corc Henşel (ing. Milton George Henschel) keçir.
1995-2000-ci illər ərzində Yehovanın Şahidlərinin Qərbi Avropadakı sayı dəyişilməz olaraq qalırdı və ya cüzi olaraq aşaǧı düşürdü. Lakin onların dünyada sayları, əsasən, Latın Amerikası, Afrika və Şərqi Avropanın hesabına artırdı.
1999-cu ildə Henşel Gözətçi Qülləsi Cəmiyyətinin Prezidenti postundan istefaya getdi. Bu, prezidentin istefası təşkilatın bütün tarixi ərzində ilk və yeganə hadisə idi. Onun yerini, hal-hazırda Cəmiyyətin prezidenti olan Don Adams (ing. Don Adams) keçir.
Yehova şahidlərinin fəaliyyəti bilavasitə Yehovanın Şahidlərinin könüllü ianələrinin hesabına maliyyələşdirilir. İbadət görüşlərimizdə pul yığımı keçirilmir və yığıncağın heç bir üzvündən qazancının onda bir hissəsi (ondalıq) alınmır (İncil, Matta 10:7, 8). Əgər kimsə ianə etmək istəsə, bunun üçün görüşlərin keçirildiyi yerlərdə qoyulan ianə qutularından istifadə edə bilər. İanələr anonim şəkildə edilir.
Bəs ianə edilən vəsaitlərə necə qənaət edilir? Bizdə pulla işləyən ruhanilər sinfi yoxdur. Bundan əlavə, Yehovanın Şahidlərinə ev-ev təbliğ etmələrinə görə pul verilmir və bizim ibadət yerlərimiz öz sadəliyi ilə seçilir.
Yehovanın Şahidlərinin filiallarına göndərilən vəsaitlərdən təbii fəlakətdən zərər çəkənlərə kömək edilməsində, xüsusi təyinatlı müjdəçi və səyyar xidmətçiləri zəruri şeylərlə təmin edilməsində, inkişaf etməkdə olan ölkələrdə ibadət evlərinin tikintisində, eləcə də Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatların çap olunmasında və daşınmasında istifadə olunur.
Hər kəs, əgər istəsə, ya yerli yığıncağın məsrəflərinin ödənilməsinə, ya ümumdünya işimizə, ya da ki hər ikisinə ianə edə bilər. Hər yığıncaq müntəzəm surətdə üzvlərinə maliyyə hesabatını verir.

Yehovanın Şahidləri hesab edirlər ki, İsanın ikinci, lakin gözəgörünməz gəlişi (yun. παρουσια "parusiya" ("iştirakı" kimi tərcümə olunur)) artıq baş verib. Yehovanın Şahidlərinin hal-hazırda qəbul etdikləri Müqəddəs Kitab xronologiyasına əsasən, İsa Məsihin iştirakı 1914-cü ilin payızında baş verib.
Yehovanın Şahidlərinin nöqteyi-nəzərincə sayı 144 min nəfərlə məhdud olmuş insan ölümdən sonra göylər həyatına dirilir; sayı məhdud olmayan "böyük izdiham" isə Har-Megidondan sonra Yer üzündə yaşayacaqlar (Vəhy 14:1, Məzmur 36:29).
Yehovanın Şahidləri indiki "sisteminin", məhv edilib, aradan qaldırılacaǧına və əbədiyyən mövcud olacaq Yer üzündə Cənnətin bərpa olunmasına inanırlar (Məzmur 36:9-11).
Yer üzündə yaşayan Yehovanın Şahidləri pis insanların Har-Megidonda məhv edilməsində iştirak etməyəcəklər, lakin tanrı bunu necə edəcəyini görəcəklər.
Har-Megidondan sonra 1000 il ərzində insanların dirilməsi olacaq. Bu zaman yer üzündə yaşamış əksər insanlar həyata qaytarılacaqlar.
İsanın iştirakının başlanǧıcından bu günə qədər ki dövr "axır günlər adlanır" (Yeşaya 2:2-4; 2 Timoteyə 3:1-5, 13).

Yehovanın Şahidlərinin fəaliyyət göstərdikləri ölkə və ərazilər: 240
Yehovanın Şahidləri: 8 220 105
Müqəddəs Kitabı öyrənənlərin sayı: 9 708 968
Məsihin ölümünün Xatirə gecəsinə gələnlər: 19 862 783
Yığıncaqlar: 118 016

Hazırladı: Günel Məmmədova
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO