DataLife Engine / Bu gün Azərbaycana qış fəsli daxil olur

Bu gün Azərbaycana qış fəsli daxil olur

Bu gün Azərbaycana qış fəsli daxil olur







Bu gün Bakı vaxtilə saat 14:44-də Azərbaycanda qış fəsli başlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, həmin vaxt Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək.

Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq.
21-12-2016, 09:41
Geri dön