DataLife Engine / İki fərqli xüsusiyyəti indidən istifadə edin! - “WhatsApp”da yenilik

İki fərqli xüsusiyyəti indidən istifadə edin! - “WhatsApp”da yenilik

İki fərqli xüsusiyyəti indidən istifadə edin! - “WhatsApp”da yenilik













WhatsApp-a gələn Giphy dəstəyi sayəsində artıq çox daha rahat formada GIF axtarış edilə biləcək və göndərilə biləcək.

WhatsApp, daha əvvəldə istifadəçilərin bir birinə GIF göndərə bilməsi üçün fərqli imkanlar istifadəyə vermişdi. Bunlardan birincisi, videoları GIF olaraq dəyişdirib göndərmə xususiyyəti idi. Sonra telefonlarda olan GIF-lər göndərilməyə başlanıldı. Daha sonra isə GIF tətbiqinə axtarış dəstəyi gəlmişdi.

Ancaq artıq WhatsApp-ın Android versiyasını istifadə edənlər, çox daha rahat bir formada GIF axtara biləcək və göndərə biləcəklər. Bu xüsusiyyəti ilə birlikdə WhatApp-ın mətin qutusunda ki emosiya işarəsinə toxunduğumuz da, alt tərəfdə emosiya və GIF arasında keçid etməyinizə şərait yaranır . GIF ekranına gəldiyimizdə isə ekranda görünən GIF-lər arasından seçim edə bilər və ya bir açar söz ilə GIF axtarışı edə bilərsiz. Whatsapp-dakı bu yeni GIF xüsusiyyətinin Giphy tərəfindən dəstəkləndiyini söyləyək.

WhatsApp-dakı digər dəyişiklik də, eyni vaxtda şəkil göndərilmə sayını artırması oldu. Daha əvvəl bir şəxsə WhatsApp üzərindən bir səfərdə 10-dan daha çox şəkil və video göndərmək olmurdu . Yeni xüsusiyyətlə birlikdə bu say 30-a yüksəldi. Bu yeni iki xüsusiyyəti istifadə edə bilmək üçün, WhatsApp-ın 2.17.6 beta versiyasını istifadə etməyiniz lazımdır. APKMirror sayt-ı üzərindən WhatsApp-ın bu versiyasını yükləyərək bu iki yeni xususiyyəti istifadə edə bilərsiz. Ancaq biz yenə də Google Play Store–un beta proqramına qoşularaq WhatsApp-ın bu versiyasını yükləməyinizi ya da paylaşılacaq olan yenilənməni gözləməyinizi tövsiyyə edirik.(Technote.az)


İki fərqli xüsusiyyəti indidən istifadə edin! - “WhatsApp”da yenilik
İki fərqli xüsusiyyəti indidən istifadə edin! - “WhatsApp”da yenilik
12-01-2017, 10:26
Geri dön