DataLife Engine / Pulunu verib vətəndaşı ola biləcəyiniz ölkələr - SİYAHI

Pulunu verib vətəndaşı ola biləcəyiniz ölkələr - SİYAHI

Pulunu verib vətəndaşı ola biləcəyiniz ölkələr - SİYAHI


















Avstriyada fondlara 2 milyon avroluq ianələr qarşılığında da vətəndaşlıq hüququ verilir.

Hansı dünya ölkəsində və nə qədər məbləğ qarşılığında vətəndaşlıq hüququna yiyələnə bilərsiniz?

Bu sualın cavabını aşağıdakı təqdim etdiyimiz siyahıda baxa bilərsiniz.

Azerinfo.az Axar.az-a istinadən dünyanın 14 ölkəsində vətəndaşlıq hüququna yiyələnməklə bağlı tələb edilən şərtləri təqdim edir:

1. Dominikan Respublikası: 100 min dollar qarşılığında bu hüquqa yiyələnə bilərsiniz. Ailə varsa, bu məbləğ 200 min dollara qalxır.

2. Kanada: 400 min dollarlıq kapital qoyuluşu ilə yanaşı, 800 min dollarlıq mal varlığı tələb edilir.

3. Avstriya: 6-10 milyon avroluq investisiya yatırtmaq lazımdır. Fondlara 2 milyon avroluq ianələr qarşılığında da vətəndaşlıq hüququ verilir.

4. Qvatemala: 50 min dollarlıq sərmayə vətəndaşlıq üçün yetərlidir.

5. Honq-Konq: Təxminən 1 milyon 260 min dollar qarşılığında ölkə vətəndaşlığına sahib olmaq mümkündür.

6. Makedoniya: 40 min avroluq daşınmaz əmlak alan xarici vətəndaşlara bir illik oturma icazəsi, 400 min avro dəyərində investisiya yatırana və ən azı 10 işçini işlə təmin edənə vətəndaşlıq verilir.

7. Sent-Kids: Hökumət tərəfindən təsdiqlənən layihələrə 400 min 1 milyon dollar arası investisiya yatırtmaq lazımdır.

8. Uruqvayda vətəndaşlıq almaq üçün investisiya lazım deyil, ancaq bir nəfər üçün aylıq 1200 dollar tələb edilir. Öncə müvəqqəti yaşamaq, üç il sonra vətəndaşlıq verilir.

9. Albaniya: Ölkəyə 200 min dollar investisiya yatırdan iş adamları vətəndaşlıq hüququna yiyələnir.

10. Avstraliya: 4,7 milyon dollarlıq kapitalla investor vizası alan bölgəyə yerləşə bilər.

11. Bolqarıstan: Ən azı bir il daimi oturma icazəsi olan və 1 milyon leva (1,2 milyon dollar) qarşılığında və investisiya yatırdan əcnəbilərə vətəndaşlıq verilir.

12. İngiltərə: Beş il ərzində Böyük Britaniya ərazisində 1 milyon funt-sterlinq məbləğində sərmayə qoyanlar vətəndaşlıq hüququ qazanır.

13. İspaniya: 160 min avro qarşılığında oturma icazəsi və AB daxilində sərbəst səyahət və iş imkanı tanıyır.

14. Latviya: Vətəndaşlıq almaq üçün kəndyanı sahələrdən 71500 avro məbləğində, ya da böyük şəhərlərdən 143 min avro məbləğində daşınmaz əmlak almaq kifayətdir.
28-11-2014, 11:35
Geri dön