Kamran Həsənli: Ona 20 min dollar əvəzinə, öz maşınımı verdim
Medeniyyet
Oxunub: 1 023
11 mar 2016 | 10:05
Kamran Həsənli: Ona 20 min dollar əvəzinə, öz maşınımı verdim









“Bu məsələ hələ də qaranlıq qalır”

Adı müğənni Samir Piriyevə qarşı dələduzluqda hallanan şoumen Kamran Həsənli məsələnin mahiyyəti ilə bağlı açıqlama verib.

O, ANS PRESS-ə bildirib ki, 2008-ci ildə Türkiyədə tikinti və yanacaqdoldurma fəaliyyəti ilə məşğul olan “Beypet” adlı şirkətin rəhbəri Ərhan Yılmaza 300 min avro ödəyərək şirkətin səhmdarı olub.

“Mənim səhmdar olmağım bütün şou-biznesə yayıldı. Bir müddətdən sonra müğənni Samir Piriyev mənə bildirdi ki, o da həmin şirkətdən səhm almaq istəyir. Mən də ona məsələ barədə məlumat verdim və Samir dəfələrlə Türkiyəyə gedərək şirkətin rəhbəri ilə görüşüb, onların fəaliyyəti barədə ətraflı tanış olub. Daha sonra isə onlar Samirin 250 min dollar ödəməsi şərti ilə şirkətin 10% səhmdarı olacağı barədə Ərhanla razılığa gəliblər. Ancaq Samirin 250 min dolları ödəməyə imkanı olmadığı üçün 2009-cu ildə 115 min dollar ödədi və səhmdar oldu. Ancaq o pul ödədikdən bir müddət sonra şirkət iflas etdi”, - Kamran Həsənli bildirib.

Şoumen deyir ki, müğənninin Ərhan Yılmazla razılığa gəlməsində onun heç bir rolu olmayıb və Samirdən də pulu o almayıb:

“Şirkətin rəhbəri mənim məhkəməyə verildiyimi öyrəndikdən sonra mənim heç bir pul almadığımla bağlı rəsmi sənəd göndərib. Həmin sənəddən də mənim Samirdən bir qəpik də almadığım görünür. Şirkət bağlandıqdan sonra Samirə Ə.Yılmaz tərəfindən 15 min dollar ödəndi. Daha sonra Ərhanın xahişi ilə Piriyevə 20 min dollar qarşılığında şəxsi maşınımı verdim. Bunu sadəcə Ərhan pis vəziyyətdə qalmasın deyə eləmişəm. Yəni alanda da, verəndə də orada olmamışam. Şirkətin rəsmi sənədində də müğənniyə 80 min dollar borclu olduğu qeyd edilib”.

Kamran Həsənli onu da əlavə edib ki, Samirin onu hadisədən 7 il ötəndən sonra polisə verməsini başa düşmür:

“Mənə hələ də qaranlıqdır ki, bu qədər vaxt gözləyib. Deyirlər ki, şahidlərimiz var. Şahidlərdən biri sürücüsüdür. O deyib ki, Kamrana pulu çayxanada vermişik. Ay qardaş, işlə tanış olmadan çayxanada kiməsə 115 min dollar pul ödəyərlər. Bu məsələ hələ də qaranlıq qalır. Cinayət işi açılıb, ancaq mənə qarşı deyil, fakta görə açılıb. Hazırda da araşdırma davam etdirilir. Düşünürəm ki, əlimdə olan sənədlər mənim haqlı olduğumu ortaya çıxaracaq”.

Bır sıra KİV-də Kamran Həsənlinin müğənni Samir Piriyev tərəfindən məhkəməyə verilməsi barədə məlumat yayılıb. Buna səbəbin isə Kamran Həsənlinin müğənniyə qarşı dələduzluq etməsi göstərilirdi.

ANS PRESS-ə açıqlama verən müğənninin vəkili Ruslan Əhmədoğlu bildirdi ki, müvəkkilinin Nərimanov Rayon Polis İdarəsinə müraciət etməsinə səbəb dələduzluq faktı ilə əlaqədardır:

”Samir Piriyev bir müddət əvvəl Kamran Həsənliyə birgə biznes qurmaq üçün 125 min dollar pul verib. Daha sonra şəriklərin ortaq biznesi baş tutmadığı üçün S.Piriyev şoumendən həmin pulu geri qaytarmasını istəyib. Kamrah Həsənli isə 45 min dolları geri qaytarsa da, 80 min dolları sonra geri qaytaracağını deyib. Lakin üstündən vaxt keçməsinə baxmayaraq, K.Həsənli həmin pulu geri qaytarmayıb. Müğənni də məcbur olub, polisə müraciət edib”.

Hüquqşünas bildirdi ki, polis bölməsinə keçən ay müraciə edilib və idarədə mümkün dəlillər toplanıb və Nərimanov Rayon Prokurorluğuna göndərilib. Prokurorluqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO