Gəncə qalası haqqında
Medeniyyet
Oxunub: 12 661
11 okt 2014 | 22:54
Gəncə qalası haqqındaGəncə şəhərinin tarixi abidələri barədə söz düşəndə ilk növbədə Gəncə qalası və qapiları xüsusi qeyd olunmalıdır. Belə ki, bəhs olunan tikililər şəhərin hələ erkən orta əsrlər dövründən etibarən möhtəşəm, böyük, eyni zamanda, iqtisadi, mədəni inkişafı baxımından fərqləndirir.

Gəncə qalasının inşası IX-X əsrlərə aid edilir. Bu qala sədləri Gəncə çayının sağ sahilində tikilmişdir. Qalanın qalıqları isə Qədim (köhnə) Gəncənin xarabalıqları ərazisindədir. Çoxsaylı tədqiqatlarla yanaşı, Gəncə qalasının ilkin, yaxud qədim hissələrinin inşa edilmə tarixinin IX-X əsrlərlə müəyyən olunmasında ən tutarlı dəlil qismində XI əsrdə hazırlanmış məşhur Gəncə qapıları çıxış edir. Belə ki, məntiqi olaraq əvvəlcə Gəncə şəhərinin ətrafına yadelli işğalçılardan və feodal basqınlarından qorunmaq üçün müdafiə sədləri, qala çəkilmiş, sonra onun böyük, ikiqapılı dəmir darvazaları hazırlanmışdır. Məşhur Gəncə qapıları Şəddadi hökmdarı əl-Fəzlin oğlu Əbül Əsvar Şavurun zamanında (1048-1066) onun tapşırığı ilə dəmirçi İbrahim Osman oğlu tərəfindən 1063-cü ildə hazırlanmış və 1139-cu ildə 9 bal gücündə baş vermiş dəhşətli zəlzələdən sonra gürcü çarı I Demetre tərəfindən aparılmış, bu günədək Kutaisidəki Helati (Gelati) monastrında saxlanılır.
Bəhs edilən dövrdə Gəncənin beş darvazası olmuşdur: Babül-əl Məqbərə, Babül-əl Bərdə, Babül-əl Qarabağ, Babül-əl Gülüstan, Babül-əl Tiflis.

Fərhad Paşa Sultan III Muradın əmri ilə Səfəvilərin əlində qalan Gəncə üzərinə gedir. Gəncə 1 sentyabr 1588/9 şəvval 996 tarixində alınır. Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşasına başlanmasına əmr verir (3 sentyabr 1588/11 şəvval 996). Qırx günə 3800 Zira (1 Zira=1 Arşın, Təqribən 61 cm.) uzunluğunda, 10 Zira yüksəkliyində və 3 Zira qalınlığında qala inşa olunur. Səlatini Səbuktəkindən qalma xarab bir məscid sürətlə təmir edilmiş və ilk cümə namazı 14 oktyabr 1589/23 zilqadə 997 tarixində bu məsciddə qılınaraq Murad bin Səlim adına ilk xutbə oxunmuştur. Qalanın tikintisində gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunub. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qala tikilərkən isə Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb.
1606-cı ildən etibarən isə, I Şah Abbas da bu sahədə müəyyən quruculuq işləri həyata keçirmişdir. Ümumiyyətlə, XVI-XVII əsrlərin hüdudlarında Gəncə şəhəri dörd hissədən ibarət olmuş və şəhər qalası xüsusi əhəmiyyəti ilə seçilmişdir:

1 Bayır şəhər

2 Şəhristan

3 İçqala

4 Narınqala

XVI əsrin sonu, XVII əsrin əvvəllərində Gəncə şəhəri dörd hissədən Bayır şəhər, Şəhristan, İçqala və Narınqaladan ibarət idi. 1868-ci ildə Gəncə Qafqazın quberniya mərkəzinə çevrildikdən sonra şəhərin yeni baş planı tərtib olunur. 1873-cü ildə təsdiq olunmuş baş plana əsasən qala divarları sökülür, yerində Avropa sayağı məhəllələr salınır. Hazırda Gəncə Qalasının çox kiçik hissəsi Şirəlibəy bürcü bugünki nəsillərə yadigar qalmışdır. 2007-ci ilin bu qala divarında bərpa işləri aparılmışdır.

Ümumiyyətlə isə 17-19 əsrlər ərzində Gəncənin 72 məhəlləsi olub: 1)Çölək, 2)Sadıllı, 3)Şəmbiatlı, 4)Sarvanlar, 5)Mollacəlilli, 6)Misgərlər, 7)Seyidli, 8)Ayalmaz, 9)Arazbar, 10)Dəmirçilər, 11)Qacarlar, 12)Qazbinlər, 13)Sofulu, 14)Haxlı, 15)Tatabad, 16)Toyuqçular, 17)Şahsevənlər, 18)Qıllılar, 19)Sutökülən, 20)Qaramanlı, 21)Gorqi, 22)Noraşen, 23)Şərəfxanlı, 24)Tapqışlaq, 25)Şamlı, 26)Qırkilimşi, 27)Xocalı, 28)Şabanlı, 29)Xələni, 30)Qazaxlar, 31)Qızılhacılı, 32)Qırıxlı, 33)Talalı, 34)Carlılar, 35)Toxanlı, 36)Üçtəpə, 37)Qərb qayalı, 38)Mollacəmilli, 39)Caqarlar, 40)Şöylü bəyli, 41)Özümbəyli, 42)Təbrizli, 43)Şayır görən, 44)Səbzəvad, 45)Allahdad, 46)Ərəbli, 47)İyirmidörd, 48)Balabağban, 49)Əttarlar, 50)Dulusçular, 51)Cuhudlar, 52)İmamlı, 53)Kilsəkənd, 54)Hacıməlikli, 55)Qulacadərəsi, 56)Hacıməlikli, 57)Şıx düzü, 58)Quruqobu, 59)Qarməmmədli, 60)Daş körpü, 61)Xarba yeri, 62)Qala, 63)Xanlıqlar, 64)Dördyol, 65)Şərbaflar, 66)Aşıqlar, 67)Böyük bağban, 68)Çaylı, 69)Haçayeri, 70)Boyaqçılar, 71)Sədən, 72)Sabirabad
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?