“Telekanallar bir ermənilərə, bir də bizə qadağa qoyub” - Tahir İmanov
Medeniyyet
Oxunub: 984
23 sen 2016 | 11:31
“Telekanallar bir ermənilərə, bir də bizə qadağa qoyub” - Tahir İmanov







“2015-ci ilin may ayından bizə bütün telekanallarda qadağa qoyulub”.

Bu sözləri “Primetime”a müsahibəsində əməkdar artist, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanov deyib.

Aktyor telekanalların onlara nə səbəbə qadağa qoyduğunu da açıqlayıb:

“Dövlət qurumlarını tənqid etmək olmaz. Bilirsiniz, qəribə olan odur ki, biz bu işlə 25 ildir məşğuluq. Təsəvvür edirsiniz? Bu, əsrin 1/4 hissəsidir. Bu tənqidləri ümummilli liderimiz Heydər Əliyev görüb, cənab prezidentimiz İlham Əliyev və ailəsi bizə baxıblar. Onlar bizim çıxışlarımızı bəyənib, alqışlayıblar. Həmçinin, dəfələrlə məmurlar görüb. Bir zamanlar bu tənqidləri həmin məmurlar qəbul edirdi, indi qadağa edirlər? Qadağa edirdinizsə, əvvəldən edərdiniz. Amma onda edə bilməzdilər. Çünki Heydər Əliyev imkan verməzdi. Elə sonralar da, nə qədər ki sözümüzü cənab prezident İlham Əliyevə çatıra bilirdik, bizə mane ola bilmirdilər. Amma indi, əfsuslar olsun ki, sözümüzü cənab Prezidentimizə çatdıra bilmirik. Bundan istifadə edənlər bir düyməyə basıb, telekanalların rəhbərlərinə zəng edirlər və bizə qadağa qoydururlar. Görünür, məmurların hər hansı yollasa telekanalara müdaxiləsi mümkündür. KVN-i ilk vaxtlardan ümummilli liderimiz dəstəkləyib, bizə xeyir-dua verib. Əsas məsələ odur ki, 25 ildir, Azərbaycan dövlətinə xidmət edirik. Buna görə heç kimə minnət qoymamışıq, heç kimdən nəsə ummamışıq. Dövlətimizə, onun adına təmənnasız xidmət etmişik. Necə ki, bunu Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev edib. Biz özümüzü bu dahilərlə müqayisə etmirik. Amma bizi onlarla birləşdirən ortaq cəhət - dövlətimizə təmənnasız xidmət etməyimizdir. "Parni iz Baku " KVN komandasının 25 illik yubileyi haqqında heç bir telekanalın səsi çıxmadı. Elə bil biz tarixdə olmamışıq. Sizin sayt vasitəsilə onlara sual verirəm. Ayıb deyilmi? Sabah ölkə başçımız xəbər tutanda və bizim efirlərdən hara yox olduğumuzu soruşanda, yenidən bizi efirə qaytarmaq istəyəndə nə deyəcəksiniz? Üzümüzə necə baxacaqsınız? Azərbaycan KVN-in rəmzi, "vizit kart"ı olan Bəhram Bağırzadənin üzünə necə baxacaqsınız? XX-ci əsrin çempionları olan, erməniləri diz üstə çökdürən Cabir İmanovun, Azər Məmmədzadənin, Emil Abbasovun, Tahir İmanovun - yəni mənim, üzümə necə baxacaqsınız? Bizi yandıran elə budur. Amma sabah bizə bir şey olsa, qəzaya düşsək, başımıza daş düşüb ölsək, hamı bizdən danışacaq. Bizim haqqımızda verilişlər hazırlanacaq. Deyəcəklər ki, biz onları çox sevirdik. Onlar dahi komanda idi. Tahir İmanov bizi düzgün başa düşmədi. Onlara heç bir qadağa qoyulmayib. Belə şey olmayıb və s.

Bu gün Azərbaycanın televiziya məkanında 3 istiqamətdə qadağa qoyulub. Ermənilərə, terroristlərə və bizə... Qoy, telekanallarımız camaatın başını savadsız maqazin verilişləri, səviyyəsiz teleseriallarla qatsınlar. Mən özümə diqqət istəyirəm. Mən sənət adamıyam. Efir sənət adamının, sənətkarın oksigenidir. Mən çox şey istəmirəm. Heç olmasa ilin 365 günündən bizə də gün sərf etsinlər. Mən sizi inandırım ki, sabah ölkə başçısı bizim konsertimizə gəlsə, dərhal göstərəcəklər. Deyəsən, televiziya rəhbərləri unudublar ki, biz bütün mövzulara ölkə başçısının tənqidlərindən sonra toxunuruq. Sadəcə, prezidentin irad bildirdiyi məsələləri biz satira və yumorun dili ilə səhnələşdiririk”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO