Səyavuş Kərimi: Özünü kişi hesab edənin adı Soso olmaz
Medeniyyet
Oxunub: 864
27 okt 2016 | 06:28
Səyavuş Kərimi: Özünü kişi hesab edənin adı Soso olmaz











Azərbaycanın görkəmli sənət adamları arasında Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin noyabrın 30-da Bakıda Heydər Əliyev Sarayında verəcəyi konsertinə qarşı etiraz edənlərin sayı artmaqdadır.

Bu dəfə məsələyə münasibətlərini BAKU.WS vasitəsilə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, bəstəkar Səyavuş Kərimi və Xalq artisti Flora Kərimova bildiriblər.

S.Kərimi Soso Pavliaşvilinin öz müsahibəsində “Mən Bakını ermənilərə görə sevmişəm” ifadəsinə öz sərt mövqeyini ifadə edib:

“Soso erməniləri belə çox sevəndir, gedib, onlar üçün oxusun! Niyə Bakıya gəlir ki?! Bu adam gedib Qarabağda çıxış edirsə, onu ümumiyyətlə, Azərbaycana, Bakıya buraxmaq düzgün deyil. İkinci bir tərəfdən isə Soso Pavliaşvili haqqında danışarkən, ağıla heç də böyük musiqi və ya sənət gəlmir. O, restoran müğənnisidir. O, uzaqbaşı gedib, kababxanada oxuya bilər. Gedib ermənilər üçün oxusun. Gəlib bu camaata “mədəniyyət dərsi” keçməsin. Onu bura niyə çağırırlar axı?!

Soso deyir ki, “Mən Bakını ermənilərə görə tanımışam”. Bu, nə sözdür? Mən anlamıram, Bakı erməni şəhəridir ki, sən buranı ermənilərə görə tanıyasan? Nə qədər piyan olasan ki, Sosoya qulaq asa biləsən. Özünü kişi hesab edənin elə adı olmaz: Soso...”.

“Soso, Azərbaycan xalqı sənin üzünə tüpürür!”.

Xalq artisti Flora Kərimova da ortaya sərt mövqe qoyub:

“Soso Pavliaşvili, sən hansı üzlə Azərbaycana gəlirsən? Millətimin qürurunu tapda, get, oğullarımın qanı ilə sulanmış, 24 ildir üzünə həsrət qaldığım Qarabağımda konsert ver, pul qazan, sonra o millətin özü kimi qondarma erməni soyqırımını tanı, onlarla qardaş olduğunu de. Bir qarın çörək üçün Qarabağımda diz üstə sürünən sən, hansı haqla bu torpağıma, məmləkətimə gəlib, mənim udduğum havanı udacaqsan, yediyim yeməyi yeyib, paytaxtımda gəzəcəksən?

Sən soruşdun ki, bu millət səni görmək istəyir, ya yox!? Od içində yanan torpağa hansı ürəklə ayaq basacaqsan? Azərbaycan xalqı sənin üzünə Qarabağa ayaq basanda tüpürdü! Tüpürcəyi üzündən silsən də, ömür boyu ləkəsi qalacaq! Torpağımın yiyəsi var, o da xalqımdır! Bura gəlmə! Sənin burada qazandığın xeyriyyəçiliyin öz qarnına belə çatmaz. Millətim o günə qalıb ki, sənin kimisi gəlib, burada xeyriyyə konserti versin?!

Milli qeyrətini erməni yollarında səpələyən Soso, sənin xeyriyyə konsertinə ehtiyacımız yoxdur, ay bədbəxt! Millətimin heysiyyatını çəkən, namusunı qoruyan, sabahını düşünən, vuran əli, sizin kimi satqın, qeyrətdən xəbəri olmayan heçlərə cavab verən ordum var. Millətim var, dövlətim var”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?