Zemfira Nərimanova: "Niyə rəhbərlikdən xahiş etməliyəm ki, mənə rol versin?" — AÇIQLAMA
Medeniyyet
Oxunub: 955
26 noy 2016 | 09:48
Zemfira Nərimanova: "Niyə rəhbərlikdən xahiş etməliyəm ki, mənə rol versin?" — AÇIQLAMA











"Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti Zemfira Nərimanova haqqında yazılanlara aydınlıq gətirib.

Xalq artisti Ölkə.Az-ın əməkdaşıyla söhbətində bildirib ki, səkkiz ildir tamaşa oynamaması barədə yazılanlar həqiqəti əks etdirmir:

"Bunu çox nahaq yazıblar. İsrafil İsrafilov teatra direktor təyin olunanda mənim tamaşalarımı repertuardan çıxartmışdı, guya bəyənmirdi. Amma təbii ki, qisas alırdı. Getməyinə az qalmış "Napoleon" tamaşasını da repertuardan xaric elədi. Ancaq həmin sayt yazır ki, səkkiz ildir tamaşalarda yoxam. Teatra az hallarda gedirəm. Ona görə də məlumatlı deyiləm ki, kim direktorun kabinetinə girib-çıxır. Əgər tamaşam, məşqim yoxdursa, teatrda nə işim var? Rəhbərliklə niyə danışmalıyam? Rəhbər özü bilməlidir ki, kim tamaşada məşğuldur, ya yox. Və o bizi yaşı tanıyır. Rol vermirsə, bəlkə başqa məsələ var, mən bilmirəm. Yəqin hələlik imkan yoxdur da. Mən xalq artistiyəm. Niyə rəhbərliyə xahiş etməliyəm ki, mənə rol versin?

"Körpüdən mənzərə" və "Anlaşılmazlıq" adlı çox gözəl tamaşalarımız vardı. Keşmiş direktorumuz İsrafilov gələndə o tamaşaları da bağladı. Guya ki bəyənmir. Halbuki "Anlaşılmazlıq"ı Şəfiqə Məmmədova, həmçinin teatrdan anlayışı olanlar da bəyənmişdi.

"Napoleon" tamaşasını da mənə vermişdi ki, guya mən susum. Gedəndə həmin tamaşanı bizə demədən bağladı. Azərpaşa Nemətov gələndə soruşdum ki, bu tamaşa niyə oynanılmır? Əmri göstərdi ki, İsrafilovun vaxtında repertuardan çıxarılıb. Hələ özümdə güc hiss edirəm, şükür ki, xəstə deyiləm, başım işləyən başdır, dərs deyə bilirəmsə, tələbələrimə nəsə öyrədə bilirəmsə, onlar tanınırlarsa, niyə kənarda qalmalıyam? Maşallah, artıq bir tələbəm akademiyada iş götürüb, müdafiə etmək istəyir. Mən də onlarla fəxr edirəm".

Z.Nərimanova qeyd edib ki, teatr direktorlarının dəyişdirilməsi problemi həll etmir:

"Düşünürəm ki, direktorların dəyişdirilməsi problemin həll olunması deyil. "Azdrama"nın aktyorlarının hamısı işlə təmin olunmalıdır. Bu adamlar parlayan, tanınan, öndə gedən aktyorları itirib-batırmaq istəyirlər. İstəyirlər ki, biz sözümüzü deyə bilməyək. Səkkiz ildən artıqdır ki, efirlərə, verilişlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Amma mən gedim orada boş-boşuna nə danışım?"
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb