“O səs Türkiyə”də Azərbaycanı təmsil edən gənc: “Orada Azərbaycanlı olduğumu demişəm”
Medeniyyet
Oxunub: 868
21 dek 2016 | 10:52
“O səs Türkiyə”də Azərbaycanı təmsil edən gənc: “Orada Azərbaycanlı olduğumu demişəm”









Bu günlərdə "O səs Türkiyə" yarışmasında iki azərbaycanlı ifaçı Türkiyəni heyran qoydu. Onlardan biri gənc müğənni Nofəl Aslanov idi. İfaçı yarışmada məşhur "Caruso" opera parçasını səsləndirərək, münsiflər heyətinin üzvləri olan Hadisəni, Sibel Canı, Murad Bozu özünə tərəf döndərə bilmişdi.

Qeyd edək ki, 26 yaşlı Nofəl Aslanov hazırda İtaliyada təhsil alır, yarışmaya da elə oradan qoşulub. İfaçı məşhur yarışmadakı uğuru ilə bağlı musavat.com-a danışaraq, bəzi maraqlı məqamlara aydınlıq gətirib:

- Nofəl bəy, ilk öncə musiqiyə olan marağınızdan söz açardız...

- Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunuyam. Uşaq vaxtından musiqiyə həvəsim olub. Həmişə səhnələrə çıxmaq üçün can atırdım. Səhnəyə çıxan kimi də tez mikrofonu götürüb, özüm üçün mahnı oxuyurdum. 5 il olar ki, peşəkar şəkildə musiqi ilə məşğul oluram. Bakıda "Azərbaycanın səsi” yarışmasına qatıldım. Yarışmada səsimi bir daha kəşf etdilər və dedilər ki, bu səsi daha irəliyə aparmaq lazımdır. Ona görə də daha yüksək nailiyyətlər qazanmaq üçün əlimdən gələni edirəm.

- Təhsilini niyə məhz İtaliyada davam etdirmək istədiz?

- İtaliyada vokal üzrə təhsil alıram. Yəni, sırf oxu tərzimə uyğun olduğu üçün bu ölkəni seçdim.

- "O səs Türkiyə” yarışmasına İtaliyadan qatılmağınızın səbəbi nə idi? Niyə məhz Türkiyədəki yarışmanı seçdiniz?

- Türkiyə Azərbaycana ən yaxın qardaş ölkədir. Həm də dillərimiz oxşardır. Ona görə də, həmin ölkədə Azərbaycanı təmsil etməyi düzgün bildim. Təbii ki, Rusiya və İtalıyanın analoji yarışmasını da seçə bilərdim. Ancaq mən seçimimi düzgün etdiyimi düşünürəm.

- Bəziləri sizin çıxışınızla bağlı iradlar bildirdilər ki, "Niyə Azərbaycandakı müəllimlərinin deyil, İtaliya məktəbinin adını çəkdi?”

- Birincisi ona görə ki, çox həyəcan var idi. İkincisi də orada Azərbaycandan olduğumu, Azərbaycan oğlu olduğumu demişəm. İstər İtaliyada, istərsə də Afrikada olsun, mən yenə də çıxıb, Azərbaycanın adını qaldırıram və bu, belə də olacaq. Belə şeylər məni narahat edir. O ki, qaldı nəyə görə Bakıdakı müəllimlərin adını çəkməməyimə, ona qalsa, heç Konservatoriyada olan müəllimlərin də adını çəkməmişəm. Çünki o an sən başqa şeylər fikirləşirsən, o qədər həyəcanlı olursan ki... Bu da onunla bağlıdır.

- Elza xanım açıqlama verərək bildirdi ki, sizin sənətə gəlişiniz məhz onun təkidi ilə olub. Onun tövsiyəsi ilə siz Konservatoriyaya daxil olmusuz...

- Elza xanımın böyük köməyi olub. O, mənə tövsiyə etdi ki, Konservatoriyaya getmək lazımdır. Sağ olsun, biz də gedib orada təhsilimizi aldıq.

- Yarışmada opera səsləndirdiz. Belə ifa bu tip yarışmalar üçün riskli seçim deyilmi?

- Düzdür, opera sahəsində belə müsabiqələr fərqli seçimdir. Lakin tək opera ilə iş bitmir. Çünki başqa janrlarda da ifalarım var. Misal olaraq, həm pop, həm də soul janrında ifa edə bilirəm. Təbii ki, atdığım hər bir addım düşünülmüş hərəkətdir. Həmişə də addımları sağlam atdığımı zənn edirəm.

- "O səs Türkiyə”də iştirakın İtaliyadakı dərslərinə necə təsir edəcək? Hansısa problem yaratmayacaq?

- Xeyr. Müsabiqədə olmağım heç bir maneə yaratmayacaq. Çünki İtaliyada belə yarışmaya qatıldığımı bilirlər. Hətta bu addımımı alqışladıqlarını və mənə dəstək olduqlarını dedilər. Bu yarışmada layiqli yer tutmaq üçün əllərindən gələn köməyi əsirgəməyəcəklərini də bildiriblər. Yəni, yarışmadakı uğurum İtaliyadakı təhsilim üçün də uğurdur.

- İtaliyada təhsilinizi bitirəndən sonra Azərbaycana qayıtmağı düşünürsüz?

- Təbii ki, təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmağı planlaşdırıram. Çünki Azərbaycan mənim vətənimdir. Hara getsəm də qayıdacağım yer mütləq ölkəm olacaq. Buna şübhə ola bilməz. Mən azərbaycanlıyam və bununla da fəxr edirəm. Hər zaman məqsədim olub ki, Azərbaycanı hər yerdə layiqincə təmsil edim. Türkiyədə yarışmada iştirak edəndən sonra təhsilimi davam etdirəcəyəm. Yeni mahnılar üzərində çalışacam. İnanıram ki, gələcəkdə peşəkar musiqiçilərlə də iş birliyimiz olacaq.

- Maraqlıdır, musiqidən başqa digər məşğuliyyətləriniz varmı?

- Bəli. Uşaqlıqda həm də peşəkar şəkildə basketbol oynamışam. Hətta bu idman növü üzrə çempionluğum da var. 20 ildən çox bu idmanla məşğul olmuşam. Hətta idman müəllimi kimi də fəaliyyətim olub. Tələbələrim də var idi.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi