8 günün gəlinin olmuş azərbaycanlı modelin ərindən şok açıqlamalar: "Toy saxta idi"
Medeniyyet
Oxunub: 2 093
11 noy 2014 | 20:57
8 günün gəlinin olmuş azərbaycanlı modelin ərindən şok açıqlamalar: "Toy saxta idi"Tanınmış model-aktrisa Esmiranın təmtəraqlı toyu saxta çıxdı

Keçən ay ərə gedən tanınmış model-aktrisa Esmiranın təmtəraqlı toyu saxta çıxdı.

ANS PRESS-in məlumatına görə, toydan bir neçə gün sonra ayrılan yeni cütlük barədə maraqlı faktlar ortaya çıxıb. Qısa vaxt içində keçmiş ərə çevrilən təzə bəy İsgəndər Şabanov axşam.az-a maraqlı faktları açıqlayıb.

O deyib ki, əslində, Esmira ilə sevərək ailə həyatı qurub. Amma bir müddət sonra ağlına gətirmədiyi məqamlarla qarşı-qarşıya qalıb: "Esmiranın bibisi ilə 4 il əvvəl sanatoriyada tanış olmuşduq. Bilirdi ki, mən ailə qurmaq istəyirəm. Dedi ki, yaxşı qardaşım qızı var, siz onunla evlənə bilərsiniz. Mən Qubada yaşayıram. Ticarətlə məşğulam. Bir gün Nabrana gəlmişdilər, bibisi zəng etdi, mən də getdim, orada tanış olduq. 4 il ərzində həmişə o Qubaya gəlib, mən heç vaxt Bakıya getməmişəm. Onu sevirdim. Bir neçə il evlilik təklifimi qəbul etmədi. Daha sonra dedi ki, qərar vermişəm, gəl evlənək. Amma məqsədi nə idisə, ailə həyatımız cəmi 8 gün çəkdi. Oktyabrın 17-də toy oldu, 25-də ayrıldıq".

İ.Şabanovun sözlərinə görə, Esmira toy etmək xatirinə ondan istifadə edib: "Deyirdi ki, bütün dostlarımın toyunda olmuşam. Bunu pul yığmaq məqsədilə etdi. Arada mən yandım. Ailəm onunla evlənməyimə razı deyildi. Dedim onu sevirəm, başqa heç nə fikirləşmirəm. Toy olan müddətə qədər dəfələrlə Qubadakı evimizə qonaq gəlmişdi. Heç vaxt pis münasibətini görməmişəm, özünü yaxşı aparırdı. Hər şey ailə qurandan sonra oldu.

Mənə deyirdi, get pul qazan gətir. Demək olar ki, hər gün onu toy məclislərinə qonaq çağırırdılar. Hər toy üçün məndən 200 manat istəyirdi. Ayrıldıqdan sonra üzüyünü qaytardım, amma o, mənimkini vermədi. Ona nişanlı vaxtlarımızda hədiyyələr almışdım, bir az pulum da var idi. Heç birini qaytarmayıb. O, ayrılıq xəbərinin yayılmasını istəmirdi. Hamıya mənimlə evli olduğunu deyib, sərbəst yaşamaq arzusundaydı. Amma mən istəmirəm ki, adım onun həyat yoldaşı kimi hallansın. Esmiranın iç üzünü görəndən sonra nifrət edirəm. Anası ilə birlikdə qalırdıq. Kənarda mələk kimi görünür, amma şeytandır.

Evdə qorxulu insana çevrilir. Aramızda heç bir ciddi problem yaşanmadı. Bir səbəb olsa, mən də bilərəm ki, bunun üstündə ayrıldıq. Düşünürəm ki, onun planı saxta toy etmək olub. İnsanların ayrıldığımızı bilmələrini istəyirəm. Esmira isə özünü ailəli göstərmək istəyir. O, ər sayandır? Toyumuzdan yığılan pulları da özünə götürüb. Toydan əvvəl oturub hesablayırdı: "filankəsin toyuna 500 manat yazdırmışam, filankəs min manat verəcək. Evə qonaq gələndə mənimlə mülayim davranan birini görən kimi söz-söhbət yaradırdı. Deyirdi, nə istəyirsən, Bilgəhdə 500 minlik evim, 1 milyonluq sərvətim var, otur yaşa da... Mənə xoşbəxtlik lazımdır. O fikirləşir ki, pulum var, hamı qarşımda əyilməlidir. Kiçik mənzilim olsun, amma bilim ki, qadınım məni istəyir.

İ.Şabanov Esmira ilə ailə həyatının ikinci evliliyi olduğunu deyib: İlk həyat yoldaşımla ayrılmışam. Üç övladım var. Qubada eyni həyətdə yaşasaq da, evlərimiz ayrıdır. Sevmədən evlənmişdim. Ailəmi atmamışam, indi də onların hər ehtiyaclarını ödəyirəm. Oğlumun 15 yaşı var. Toyuma da gəlmişdi. Övladlarım məni qınamırlar, bilirlər ki, ataları analarına qarşı heç vaxt haqsız olmayıb. Əvvəlki ailəmə baxdığımı Esmira da bilirdi".

Esmira "Bacanaqlar" serialından Məhəbbətin Esyası obrazı ilə məşhurlaşıb.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər