Elza yıxıb-sürüdü: "İlhaməni bambılı gününə qoyub urvatsız öldürdülər"
Medeniyyet
Oxunub: 766
19 yan 2017 | 10:46
Elza yıxıb-sürüdü: "İlhaməni bambılı gününə qoyub urvatsız öldürdülər"







Əməkdar artist stilist Anarı sərt tənqid edib

Stilist Anarın əməkdar artist Elza Seyidcahanı "zövqsüzlər ikonasının kraliçası" adlandırmasına qarşı tərəfin cavabı özünü çox gözlətməyib.

İstiPress-ə açıqlama verən Seyidcahan özünü zövq ikonası hesab etdiyini bildirib:

"Mən popkord deyiləm ki, partlayış edim. Anarın dediyi partlayışı popkorn müğənnilər edə bilər. Mən təlatümlərdəyəm. Mən Afrodita, Nifertiti, Aida, Alla Puqaçova, Zeynəb Xanlarova, Türkan Şoray, Diana Ross kimi bir obrazdayam. Onların stilistləri olmayıb. Onlar kütləni, zövqü arxasınca aparanlardır. Mən təlatüm yaradıram".

Əməkdar artisti stilisti ikiüzlülükdə də ittiham edib:

"Anar ancaq işlədiyi adamların adını çəkir ki, onlar zövqlüdür. Bu nə qədər düzgündür? Deməli kim Anarla işləmirsə, hamısı zövqsüzdür? Ancaq Anar unutmasın ki, Elza Seyidcahan toxunulmazdır. Mənə toxunmaq olmaz. Mənə toxunsalar tok vurar onları!".

Elza Seyidcahan əlavə edib ki, Anarı stilist kimi məhz o məhşurlaşdırıb:

"Mənim Anara ürəyim ağrıdı ki, o, hələ də partlayışda qalıb. Popkornların yanındadır hələ... İstəmədim dostumu belə görüm. Anarı heç kəs tanımayanda mən onu tanımışam. Anar mənimlə işləyəndən sonra bu popkorn kimi partlayış edənlər Anara müraciət edib. Bir də onu unutmasın ki, Anar mənimlə hər zaman təmənnasız işləyib. Amma partlayış edən popkornları pula görə tərifləyir. Mən hazır obrazam. Mənim hər dəfə salonda bəzənməyə ehtiyacım yoxdur. Mən heç kəsə baxıb geyinməmişəm. Amma popkorn kimi partlayış edənlər, Cennifer Lopez kimi müğənnilər pornoqrafik geyimlərini əyinlərinə geyinib səhnəyə çıxır. Məgər görmürsüz bunu?!".

Əsəbləri soyumayan ifaçı stilistə sual da ünvanlayıb:

"Mənə maraqlıdır ki, Anar partlayış deyəndə nəyi nəzərdə tutur? Ümumiyyətlə, hansı partlayışdan danışır? Qoy, bir dəfə də bu haqda danışsın. Anar nə partlayış edib axı?Amma mən aciz insan deyiləm ki, bir sözə görə Anardan küsüm. Qoy böyüklük məndə qalsın. Mən onu bağışlayıram. Anar düz deyib, mən zövqsüzlərin kraliçasiyam. Bəli, mən zövqsüzlərə zövq öyrədirəm. Özü də bilmədən sözün düzünü deyib. Qoy baxıb öyrənsinlər".

Seyidcahan stilistə söz də atıb:

"Hadisə Yeni ili Bakıda qeyd etdi. Mən onun geyimindən utandım. Xarici ulduzlar heç olmasa səhnədə rəqs edirlər. Pornorafiyanı öz rəqsləri ilə nümayiş etdirirlər. Hadisə o boyda baldırlarını qoyub çöldə rəqs də edə bilmir. Budur partlayış? Bu partlayış yox, biabırçılıqdır! Bizim müğənnilər də stilistlərin sözünə qulaq asıb bu kimi partlayış edirlər. Bu uçuruma gedən yoldur. Anarın adlandırdığı partlayış edənlər mənim yanımdan yel olub keçə bilməz!".

Sonda isə Seyidcahan stilist Anara məsləhət verməyi də özünə borc bilib:

"Anar müzakirə edəndə baxsın ki, kimi müzakirə edir. Aygün Kazımovanı müzakirə edir. Aygün Kazımovanın müzakirəyə ehtiyacı yoxdur. O, sözünü deyib. Elə sənətkarlarımızı ancaq qorumaq lazımdır. Aygün artıq bütün nəzəriyyəni, estrada, ifa nəzəriyyəsini müğənnilərə verib. Qədrini bilməliyik. Sonra çox gec olur. Belə sənətçilərə toxunmayın. O boyda İlhamə Quliyevanı barmaq-barmaq edib, bambılı gününə qoydular. Urvatsız öldürdülər... Gör Anar kimi kimlərlə müqayisə edir. Onun dediyi sözlər stilist adına yaraşmır. Mən sadəcə özümü aşağı salıb Anara cavab vermərəm. Baxmayaraq ki, deməyə sözüm çoxdur.

Durub deyir ki, Nərgiz Cəlilova... Onun müzakirəyə ehtiyacı var? Anar nə danışdığını özü də bilmir. Nərgiz canlı karifeydir. Günay da gənc həmkarımdır. Bəyənirəm. Üzərində dayanmadan çalışan sənətçidir. Həmçinin Röya. Ard-arda dayanmadan konsertlər verir. Niyə axı sənətçiləri üz-üzə qoyur? Ayıb deyil?

Bütün bunlara baxmayaraq, Anar yenə də mənim dostumdur".
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində