Əbülfəs Qarayev Ziya Məmmədovun taleyini belə yaşayır - Faktlar
Medeniyyet
Oxunub: 14 469
15 apr 2017 | 20:13
Əbülfəs Qarayev Ziya Məmmədovun taleyini belə yaşayır - Faktlar














Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nəqliyyat naziri olmuş Ziya Məmmədovun aqibətini yaşamaqdadır

Ulus.Az-ın verdiyi məlumata görə, nazirin keçmiş həmkarı kimi səlahiyyətləri getdikcə azaldılır.

Belə ki, Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.

Qərara əsasən mədəniyyət və istirahət parkları Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılıb.

Mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

Mədəniyyət və Turizm Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsi və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan qabaq, Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri ləğv edilib. Qərara əsasən, rayonlardakı yerli şöbələr faktiki olaraq ləğv edilib, onların rəhbərliyi və əməkdaşları işdən azad olunub.

Ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional mədəniyyət idarələri yaradılacaq.

İdarənin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş 4 rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.

Ulus.Az-ın verdiyi məlumata görə, Ə.Qarayev Z.Məmmədovun taleyini yaşadığı göz qabağındadır.

Bu gedişlə ya nazirlik ləğv olunacaq ya da başqa bir quruma birləşdiriləcək. Ölkənin neft gəlirlərinin azalması, digər sahələrdən isə gəlirlərin çox aşağı səviyyədə olması dövlətin öz öhdəliklərini yerinə yetirməsində, nəzərdə tutulan xərcləri ödəməsində ciddi problemlər yaratmaqdadır.

Bundan çıxış yolu kimi hazırda Azərbaycan hökuməti dövlət xərclərini azaltmağa çalışır. Dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir şox layihələrin artıq təxirə salındığı məlumdur.

Bunun isə ən qısa və hazırkı şəraitdə yeganə yolu ciddi islahatlara getmək, neft gəlirlərinin bol vaxtı şişirdilmiş dövlət aparatını kiçiltmək, kütləvi ixtisarlar aparmaqdır. Və hökumət də buna getmək niyyətindədir.

Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib.
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır