"Ərim evdən tək çıxmağa icazə vermir" - "Çəkirəm ha”" Xəyalə - MÜSAHİBƏ
Medeniyyet
Oxunub: 624
30 avq 2017 | 19:16
"Ərim evdən tək çıxmağa icazə vermir" - "Çəkirəm ha”" Xəyalə - MÜSAHİBƏ















Bir aralar aparıcı kimi sevilən, daha sonra aktrisalıq edən Xəyalə Qurbanovanın azxeber.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Həm evlilik, həm də çəkilişlər. Ən çox hansına vaxt ayırırsınız?

- Ən çox evə. Elə gün olur ki, 5-6 gün evdən kənara çıxmıram. Mən vaxtımın çoxunu evdə keçirirəm. Çöldə işim olmayanda çıxmıram.

- Çəkilişə gedəndə uşaqları kimə tapşırırsız?

- Balaca vaxtında qaynanama tapşırıb gedirdim. İndi şükür, ikisi də böyüyüb, özləri tək qala bilirlər.

- Qaynana gəlin münasibətləri necədir?

- 13 ildir ki, evliyəm bir dəfə də olsun qaynanamla aramızda söz-söhbət olmayıb. O məni çox istəyir, mən də onu. Aramız çox yaxşıdır.

- Çəkilişlərə gedəndə həyat yoldaşınızdan icazə alırsız?

- Mən harasa gedəndə 3 gün əvvəl ərimə deyirəm. İşə özüm gedirəm, amma mütləq arxamca gəlir. Demək olar ki, hər yərə ərim məni aparıb-gətirir. Məni qısqanır, işimə qarşı isə qısqanc deyil. Bilir ki, bu mənim işimdir.

- Gözəl xanımsız. Heç olub ki, yoldaşınız sizə təriflər desin?

- Əlbəttə deyir. Bilirsiz, mən özüm aynaları sevirəm. Evdə çoxlu aynam var. Hərdən deyirəm ki, "Ayna-ayna söylə mənə, məndən gözəli varmı?" (gülür). Yoldaşımdan kənardan baxır və gülür. Hərdən deyir ki, özünü bu qədər tərifləmə, mən səndən də gözələm.

- Bəzi məşhurların əri ya məmur, ya da iş adamı olur. Sizin yoldaşınız nə işlə məşğuldur?

- O heç birindən deyil. Neft sahəsində çalışır.

- Bir oğlunuz, bir də qızınız var. Onlar bu sahəni seçəcəklər?

- Oğlum musiqi məktəbinə gedir. Bəzən məşhurlar deyirlər ki, övladlarımızın bu sahədə çalışmasını istəmirik. Mənsə əksini düşünürəm. Vallah başa düşmürəm onlar bu sənətdə nə pis şey görüblər. Yəqin özləri yaxşı yol getməyib qorxurlar ki, övladları da o yolu davam edər.

- 14 ildir ki, televiziya sahəsində çalışırsız. Efirdə həmkarlarınız qüsurlar yəqin ki görürsünüz. Sizcə, efirlərdə peşəkarlıq nə dərəcədə qorunur?

- Bu sual ən yaralı yerimizdir (gülür). Yaxşı aparıcılarımız da var. Amma siyahının çoxunu qeyri-peşəkarlar tutur. Ad çəkmək istəmirəm. Baxırsan ki, danışığına, nitqində qüsurlar doludur. Söz bazaları olmur, redaktor yazını verir əllərinə, onlar da kağıza baxa-baxa oxuyurlar. Elə aparıcı olmur. Aparıcı özü vəziyətdən çıxmalıdır. Sən aparıcısansa, danışığınla kütləni arxanca aparmalısan. İndi yerindən duran aparıcı, ya da məşhur olmaq istəyir. Biz incəsənət universitetində çətinliklər görmüşük. Danışığı öyrənmək üçün nə qədər əziyyət çəkmişik. Amma görürsən ki, kağızdan oxuyanlar gedir qabağa. Adam onda əziyyətinə yanır.

- MTRŞ-nın son açıqladığı siyahıda müxtəlif peşəkar aparıcıların da adları var. Onların loru dildə danışması tənqid edilib. Siz bu barədə nə düşünürsünüz?

- Deyirlər ki, loru dildə danışırlar. Əslində efirdə loru dildə danışmaq normaldır. Kitab dili danışmaqla tamaşaçının qulağını deşirsən. Efirdə bircə ləhcə ilə danışmaq düzgün deyil və yolverilməzdir. Mən 2003-cü ildə "Çəkirəm ha" verilişində aparıcı olanda efirdə heç kəs loru dildə danışmırdı. Bir də ATV-də Dilarə bu dildə danışırdı.
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...