"Orxanın bu vəziyyətə gəlib çıxmasında səbəbkar Vüqar Bəkirovdur" — İlhamənin keçmiş köməkçisindən İLGİNC AÇIQLAMALAR
Medeniyyet
Oxunub: 601
9 dek 2017 | 15:58
"Orxanın bu vəziyyətə gəlib çıxmasında səbəbkar Vüqar Bəkirovdur" — İlhamənin keçmiş köməkçisindən İLGİNC AÇIQLAMALAR













İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Hüseynova mərhum xalq artistinin oğlu Orxan Nadirovun həbsiylə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Hüseynov "Ölkə.Az" -ın əməkdaşıyla söhbətində qeyd edib ki, O.Nadirovun düşdüyü durumun səbəbkarı keçmiş dostu Vüqar Bəkirovdur:

"Orxan Nadirovun həbsi xəbərinə sevinmirəm. Əgər həbs olunubsa, Allah qapısını açsın. Sadəcə, o vaxt Orxanın dostu Vüqar Bəkirov İlhamə xanımı şantaj edirdi. Deyirdi ki, İlhamə xanım, Orxanı yaxınınıza buraxmayın, sizi zəhərləyəcək. Bütün bu oyunları quran Vüqar Bəkirov idi. Hətta o vaxtlar Vüqar özü də axtarışdaydı. Həmin ərəfədə özünü vəkil kimi qələmə verən Elmira adlı xanımın evində gizlənirdi. Orxanın da bu vəziyyətə gəlib çıxmağının səbəbkarı Vüqar Bəkirovdu. Orxanın özündə heç bir pis hərəkət görməmişəm".

M.Hüseynova bildirib ki, İ.Quliyevanın sağlığında yayılmış videosunda baş verənlərə də V.Bəkirov rəhbərlik edirmiş:

"Orxanın həbsinə də heç sevinmirəm. Hətta o vaxt mənim başıma açılan oyunlarda Orxanı günahlandırırdılar. Məni məcburən diz çökdürənlər, hədə-qorxu gələnlərin də başında Vüqar Bəkirov dururdu. Çox maraqlıdır ki, Vüqar Bəkirov və yanındakı Məsmə ləqəbli Zəminə adlı qadın niyə azadlıqda gəzirlər?"

Xatırladaq ki, M.hüseynova 2015-ci ilin oktyabrında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.

Dünən isə İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.
Bildirilib ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.
Həyat yoldaşı Arifə Nadirova isə O.Nadirovun həbs edilmədiyini və hazırda rayonda olduğunu söyləyib.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ