Üç dəfə və daha artıq rəsmi nikahda olmuş sənət adamlarımız - SİYAHI
Medeniyyet
Oxunub: 574
20 dek 2017 | 23:06
Üç dəfə və daha artıq rəsmi nikahda olmuş sənət adamlarımız - SİYAHI













Sənət adamlarının nikahlarının uğursuz alınmağı bir növ adət halını alıb. Yəni nəinki indi, hətta ötən əsrin ortalarında da aktyorlar, aktrisalar, müğənnilər ən azı iki dəfə ailə həyatı qururmuşlar. Təbii ki, bəzi istisnaları çıxmaq şərtilə. Dolayısıyla belə demək mümkündür ki, sənətkarın iki dəfə ailə qurması normaldır, hətta adiləşmiş haldır. Bəs üç, bəs beş dəfə?

Ölkə.az məhz üç dəfə və daha çox ailə həyatı qurmuş sənət adamlarıyla bağlı kiçik araşdırma aparıb. AZXEBER.COM həmin araşdırmanı təqdim edir.

Xalq artisti Flora Kərimova üç dəfə rəsmi nikahda olub. Bəzi hallarda bu nikahların sayının beş olduğu deyilsə də, sənətkar öz açıqlamalarında üç dəfə ailə qurduğunu və hər üç halda həyat yoldaşlarının vəfat etdiyini bildirib. Qeyd edək ki, Kərimovanın sonuncu nikahından Zümrüd adlı qızı var.

Əfsanəvi aktrisa Barat Şəkinskayanın ilk evliliyi nə qədər qəribə səslənsə də, 16 yaşında olub. Teatr klubunun direktoru Mir İbrahim Həmzəyevə qoşulub qaçan Şəkinskayanın bu izdivacdan Solmaz adlı qızı dünyaya gəlir. Sənətkarın ikinci evliliyi isə məşhur rejissor Şəmsi Bədəlbəyliylə olur. Bu evlilik də ona Rövşanə adlı qız övladı bəxş edir. Ancaq bu münasibət də uzun sürmür. Deyilənlərə görə, Şəkinskayanın ən xoşbəxt evliliyi rejissor Mehdi Məmmədovla olur. Onların bu evlilikdən Elçin adlı övladları dünyaya gəlir. Maraq üçün qeyd edim ki, Elçin Məmmədov bir sıra filmlərdə maraqlı obrazlar yaradıb. Həmin obrazlardan ən yaddaqalanı isə heç şübhəsiz ki, "Dədə Qorqud" filmindəki Qaraca Çobandır.

Ötənlərin məşhur rejissoru Mehdi Məmmədovun da üç ayrı nikahdan övladları var. Sənətkarın sonuncu nikahından dünyaya gələn oğlu Vüqar Məmmədov hazırda Akademik Milli Dram Teatrında rejissor köməkçisi işləyir. Onun digər iki həyat yoldaşı isə aktrisalardır. Belə ki, Məmmədov 1944-52-ci illər aralığında Barat Şəkinskaya ilə, 1972-83-cü illərdə isə Şəfiqə Məmmədovayla rəsmi nikahda olub.

"Şeron" musiqi qrupunun rəhbəri Rüstəm Zeynallı da üç dəfə rəsmi nikahda olub. İfaçının ilk evliliyindən iki övladı var. Onun ikinci həyat yoldaşı isə məşhur qarmon ifaçısı, xalq artisti Aftandil israfilovun qızı Həcər İsrafılova olub. Qeyd edək ki, R.Zeynallı sonuncu dəfə 2015-ci ilin fevralında ailə həyatı qurub.

Müğənni Bahar Lətifqızı da üç dəfə ailəli olub. Sənətçinin dediyinə görə, ilk dəfə 18 yaşında ailə qurub: "İlk ailə həyatımı 18 yaşında qurmuşam. Birinci ailəmin dağılmasına səbəb çox oldu. Amma ikinci ailəmin dağılmasına səbəb övladımın olmaması idi. 9 il bir insanla yaşadıq, amma uşağım olmadı. Daha sonrakı ailəmdən bir qızım oldu. Çalışıram pis şeylərdən uzaq durum, bu barədə danışmayım. Həyat yoldaşım ailə qurdu, xoşbəxt olsun. Hal-hazırda da həyatımda biri var. Niyə də olmasın? Həyatıma kimsə daxil ola bilər, sevə bilərəm. Nə qədər ki, dərinliyə getməmişəm, düşünürəm. Amma çox istəyərdim bir övladım da olsun. Belə şeylərə gülmək lazım deyil. Bu həyatın çərxi-fələyidir, bizlə belə rəftar edir. Mən də istəməzdim belə həyat qurum".

Mərhum xalq artisti Hacıbaba Bağırov isə bu mənada rekord sahibidir. Belə ki o, beş dəfə rəsmi nikahda olub. Bu nikahlardan üçündən sənətkarın övladları var. Hərbi xidmətdə ailə qurduğu rus qadından Aleksandr adlı oğlunun hazırda yaşı altmışı keçib.

Bağırovun ikinci həyat yoldaşı olan Leyla xanımdan isə Lalə adlı qızı dünyaya gəlib. Hazırda Lalə xanımın yaşı əlli beşi haqlayıb. Xalq artistinin üçüncü həyat yoldaşı Almaz adlı həkim xanım olub. Ancaq 15 illik rəsmi evlilikdən onların övladları dünyaya gəlməyib.

Sənətkarın 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru olub. Bu evlilikdə ən diqqətçəkən məqamlardan biri budur ki, aktyor Tamara xanımın övladlarını öz soyadına keçirir. Maraq üçün qeyd edək ki, Tamara Ocaqova Dövlət Musiqili Teatrının direktor müavini Elxan Ocaqovun əmisi qızıdır.

Hacıbaba Bağırovun sonuncu evliliyindən isə Şölə adlı bir qızı var. Qeyd edək ki, Arzu Bağırova Hacıbaba Bağırovdan 37 yaş kiçik olub.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb