“Bu qədər arsız millətik? Nə qədər hırıldamaq olar, axı?..”
Medeniyyet
Oxunub: 1 068
30 dek 2017 | 16:31
“Bu qədər arsız millətik? Nə qədər hırıldamaq olar, axı?..”
















Son vaxtlar paytaxt sakinlərinin, xüsusən gənclərin arasında kinoteatrlara maraq artıb, amma kinoteatrlarımızın repertuarını əsasən Türkiyə və Azərbaycan istehsalı olan bayağı filmlər təşkil edir.

Tamaşaçılar qara yumor üzərində qurulan, məzmunsuz, aşağı səviyyəli kütlə üçün nəzərdə tutulmuş komediya filmlərinə həvəslə bilet alırlar. Hansı ki, süjetləri əxlaqsızlığın, cinayətkarlığın dolayısı təbliği üzərində qurulan, yüksək mənəvi dəyərlər aşılamayan bu filmlər cəmiyyət üçün heç bir tərbiyəvi əhəmiyyət daşımır. Belə filmlərdə rol alanlar da tamaşaçını ancaq qara yumorla əyləndirməyə qadir olan oyunçulardır.

Bu gördüklərimiz bir vaxtlar güclü ənənələrə malik olan milli kinomuzun indiki vəziyyəti ilə bağlı bir daha düşünməyə məcbur etdi. “Efirlərdən”, kinoteatrlardan bu cür filmlərlə tərbiyə alan gənc nəsil arasında əxlaqsızlıq, dələduzluq, cinayətkarlığın artması əslində məntiqli deyilmi? Cəmiyyətə yüksək mənəvi dəyələr aşılayan filmlər indi niyə azdır, yaxud ümumiyyətlə çəkilmir? Bu sahədə vəziyyəti necə düzəltmək olar? Axı indi sovet dövrünün senzurası da yoxdur, incəsənətdə, mədəniyyətdə tam azadlıqdır, şou-biznes də günü gündən çiçəklənir.

Kult.az xəbər verir ki, Virtualaz.org-un çoxlarını narahat edən bu suallarına bir sıra mədəniyyət xadimləri, köhnə nəslin aktyorları cavab veriblər.

Biz o qədərmi arsız millətik ki, ancaq gülməliyik?

Teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı açıqlamasında bunların hər bir azərbaycanlını narahat edəcək suallar olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda kino çəkilişi məsələsi kompleks şəkildə həll olunacaq məsələdir. Bunun səbəbini təkcə maliyyə problemində axtarmaq olmaz.

Aktyorun düşüncəsinə görə, qeyri-peşəkara, yaradıcılıq səviyyəsi lazımi dərəcədə olmayana milyonları da versən, yenə də nə çəkirdisə, onu çəkəcək. Ona görə də, bu işə ciddi şəkildə bu sahədə təcrübəsi olan peşəkarlar cəlb olunmalıdır. Ciddi ədəbiyyat adamları senari yazmalıdırlar, peşəkar rejissor, peşəkar operator işi olmalıdır.

“Peşəkarın əlində maddi imkanlar olduqda o, ortalığa iş qoya bilir. Digər tərəfdən isə, peşəkar kino çəkmək üçün bizim kifayət qədər texniki bazamız yoxdur. Dünya hansı imkanları olan kameralarla işləyir, bizimkilər hansı kameralarla işləyirlər? Mənə elə gəlir ki, kinomuzun yüksək inkişafına səbəb ola biləcək hadisə baş verməlidir - kinoprokat yaranmalıdır. Təkcə Bakı şəhərində 2-3 kinoteatrda yox, bütün bölgələrdə kinoteatrlar fəaliyyət göstərməlidir. Ümumiyyətlə, kino çəkilişlərinin, məhsulların əhaliyə ötürülməsi prosesinə nəzarət edən hansısa qurum olmalıdır”, - aktyor deyir.

Zövqü korlanmış tamaşaçını geri qaytarmaq çox çətin olacaq

Xalq artisti deyir ki, artıq son illər çəkilən bayağı filmlərlə zövqü korlanmış tamaşaçını geri qaytarmaq çox çətin olacaq. Onun sözlərinə görə, kino sahəsində ciddi sahədə irəliləyişin, hərtərəfli inkişafın olmasını istəyiriksə, maddi -texniki baza yaradılmalı, peşəkar insanlar bu işə cəlb olunmalıdırlar. Son məhsulu tamaşaçıya təqdim etməmişdən əvvəl hansısa komissiya və ya qurum tərəfindən baxılmalıdır. Ona dərəcə verilməlidir, qiymət verilməli, münasibət bildirməlidir.

“Yoxsa kim nə istəyir çəkir, gedir yer kirayə götürür, orada göstərir. Nəticədə isə bu həm də tamaşaçıların zövqünü korlayır. Sonra tamaşaçını yenidən dünyaya qaytarmaq çətin olur. Azərbaycanda kifayət qədər istedadlı insanlar var. Son illər çəkilən “Qırxıncı qapı”, “Buta” filmlərini misal göstərə bilərik. Biz o qədərmi arsız millətik ki, ancaq gülməliyik? Gülmək ayrı bir şeydir. Normal, ağıllı yumora gülmək lazımdır. Amma bizdəki hırıldamaqdır. Nə qədər hırıldamaq olar? İşi iş bilənə tapşıranda hər şey yoluna, qaydasına düşəcək”, - deyə Nurəddin Mehdixanlı bildirir.

İnstitut qurtarmayanlar, kinodan başı çıxmayanlar kino çəkirlər...

Aktyor və rejissor, Xalq artisti Ramiz Məlik isə ümumiyyətlə son illər çəkilən yerli filmləri film hesab etmir. Onun virtualaz.org-a bildirdiyinə görə, kino çəkilişi ilə qeyri-peşəkarlar məşğul olduğuna görə acınacaqlı vəziyyət yaranıb.

“Azərbaycanda film çəkilmir. Serialları demirəm, kino yoxdur Azərbaycanda. Mən bilmirəm niyə bu günə qalıb. Maddi tərəf də var, amma heç bir institutu bitirməyənlər, kinodan başı çıxmayanlar bu gün kino çəkirlər. Bunu Rasim Balayev də deyir, Fuad Poladov da deyir, Fəxrəddin Manafov da deyir, mən də deyirəm. Yazırlar ki, filan kino haradasa mükafat aldı, nə olsun, bir filmlə bayram olur bəyəm?” - deyə Ramiz Məlik bildirir.

Xalq artisti deyir ki, tamaşaçı marağı ancaq sovet dövründə çəkilən filmlərə var. İndiki filmlərə isə maraq yoxdur.

“Azərbaycanfilm” bərbad vəziyyətdədir, sponsor tapılmır...

Xalq artisti Tarıyel Qasımov isə son illər “Azərbaycanfilm”in maddi-texniki bazasının bərbad vəziyyətdə olduğunu deyir. Aktyor açıqlamasında bildirir ki, orada ildə cəmi bir-iki film çəkilir.

“Bizim milli kino “Arşın mala alan”dır, “Onu bağışlamaq olarmı?!”dır, “Məşədi İbad”dır və digərləridir. İndi yerli filmlər müxtəlif prodakşnlarda və digər yerlərdə çəkilir. Son iki ildə mən iki filmə çəkilmişəm, bunlardan biri “Köşk”, digəri isə “Axırıncı dayanacaq” filmidir. Bunların hələ heç biri efirə getməyib. Bizim “Azərbaycanfilm”də ildə bir ya iki film çəkilir, o da sponsor tapılsa. Əvvəla, texnika o texnika deyil, yeni texnika alınmır. İkinci “Azərbaycanfilm” özü bərbad vəziyyətdədir, ona təmir lazımdır. Biz özümüz də məəttəl qalırıq ki, axı əvvəllər özümüzün çox gözəl filmlərimiz olub. Sovet dövründə çəkilən “Əhməd haradadır?” filmi bizim üçün çox əzizdir, amma ona üçüncü kateqoriya vermişdilər ki, o, respublikadan başqa heç yerdə göstərilməsin. Amma indi bu problemlər yoxdur, amma səviyyəli film çəkilmir. Bu işə o qədər də diqqət ayrılmır”.

Xalq artisti deyir ki, əgər maddi imkanı olsa, səviyyəli filmlər çəkə bilər. Onun fikrincə tamaşaçı yaxşı filmə baxar, bunun üçün kinotatra gedər.

“Ümumi götürəndə mən kiməm ki?”

“Bir-iki kinoteatrımız qalıb, hamısını satdılar, özəlləşdirdilər. Düzdür mən xalq artistiyəm, prezidentin fərdi təqaüdçüsüyüəm, amma ümumi götürəndə mən kiməm ki? Mənim pulum olsa, çox gözəl filmlər çəkərəm. Bütün problemlərin kökündə maddiyyat dayanır. Kino özü kommersiya işidir. Yaxşı filmlər çəkilsə, yaxşı pul qazanmaq mümkündür. Camaat da gələr baxar”, - deyə Tariyel Qasımov bildirir.

Kinorejissor və kino tənqidçisi Ayaz Salayev isə son illər çəkilən heç bir filmi izləmədiyini deyir: “Mən son illər çəkilən filmlərə baxmıram. Bilirəm ki, mütəxəssis kimi baxmalıyam, amma əfsuslar olsun ki, mən bu filmlərə baxmıram. Yalnız adlarını eşidirəm, haqqında söhbətləri eşidirəm. Kinoda dirçəliş varsa, buna çox müsbət yanaşıram, amma vaxt ayırıb baxmalıyam, ona görə də cavab verməyə hazır deyiləm”, - deyə rejissor virtualaz.org-a açıqlamasında bildirir.

Əməkdar artist Xalidə Quliyeva hesab edir ki, milli kinonun dirçəlməsi xalqın milli xüsusiyyətlərinin tərənnümü ilə mümkündür. Aktrisanın sözlərinə görə, kino milli olmalı, onu başqa xalqların çəkdiyi filmlərə bənzətməməliyik.

Bizim kinomuz o vaxt olacaq ki...

“Kinomuzun dirçəlməsi üçün kinonun milli olmağına çalışmalıyıq. Bir xalq kimi özümüzü kino sənəti vasitəsilə tanıtdırmalıyıq. Bir müddət kinoda tənəzzül oldu, 5-6 ildir ki, kinoda dirçəliş var. “Qırmızı bağ”, “Nar bağı”, “Üçüncü günün adamı” kimi filmlər son illər çəkilən kino sənətinə yaxınlaşan filmlərdir. Bizim kinomuz o vaxt var olacaq ki, biz orada millətimizi tərənnüm edə biləcəyik. Onun xüsusiyyətlərini, istəklərini, sosial ictimai həyatda mövqeyini tərənnüm edə biləcəyik”, - aktrisa deyir.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"