Şou-biznesdə qadın maklerləri, aşıq Tellinin Məcnunu, Tünzalənin transparanı - HƏFTƏBECƏR
Medeniyyet
Oxunub: 1 073
5 fev 2018 | 10:10
Şou-biznesdə qadın maklerləri, aşıq Tellinin Məcnunu, Tünzalənin transparanı - HƏFTƏBECƏR














Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (157-ci say) təqdim edir.

Şou-biznesdə qadın maklerləri, aşıq Tellinin Məcnunu, Tünzalənin transparanı - HƏFTƏBECƏR

Son yazılarda bəzi oxucular fotonun "yay rejimində" olduğuna irad bildirirlər. Sözün açığı, havalar isti keçdiyinə görə fotonu dəyişmək istəmədim. Həm də gələn ay yaz gəlir. Elə bir ayı da bu qısaqolla yola verə bilsək, əladı.

Tolik Nazpərinin başına tac qoyub. Bu tac söhbəti də böyüyüb, yekəlib, şişib və gəlib həcilərə qədər çatıb. Nadir Qafarzadə Toliki həcilərə, vəzifəli şəxslərə qadın daşımaqda ittiham edib. Daha doğrusu, ad çəkməyib, amma, saytlar həmin paylaşımı belə yozublar. İndi mən Nəsibə xanım demiş, imanımı yandırıb Tolikin, yoxsa Nadirin haqlı olduğunu deyə bilmərəm. Ancaq bu faktdır ki, şou-biznes adlandırdığımız bataqlığın bir hissəsi qadın alverinin qurbanıdır, bir qismi qadın alverçisidir, hələ aralarında maklerlik edənləri də var. Mən evin, bağ evinin, avtomobilin maklerini görmüşdüm, amma belə maklerliyi də indi gördüm.

Aşıq Telli verilişlərin birində sevgidən danışıb. Daha doğrusu. sevgiyə inanmadığını deyib:

"Mən elə şeylərə inanmıram. O adam mənim sənətimi qəbul etməlidir. İndi o "Leyli-Məcnun", "Əsli-Kərəm" sevgisi də yoxdur. Bu sevgilər təxəyyüldür, sadəcə. Sevdim, öldüm... Mən belə şeylərə inanmıram. Məcnunun başında quşlar yuva salıb, filan. Elə şeylər yoxdur".

Kimin nə zaman, hansı yaşda ailə qurması şəxsi işidir. Amma camaat 49 yaşda nəvə sevgisinə hazırlaşır, hətta o yaşda bu sevgini dadanlar da olur. Bu isə deyir ki, sənətimi qəbul etməlidir. Hansı sənəti? Əgər dingildəmək sənətdirsə, bu başqa məsələ. Amma sırf saz ifaçılığından söhbət gedirsə, Telli min aşıqdan doqquz yüzüncüsüdür.

Tolik efirdə deyib ki, müğənni Xatunun əsl adı Nərgizdir. Bu açıqlama əkiz müğənnilər Sevil və Sevincin təəccübünə səbəb olub: "Doğrudan?"
Əslində bu normal haldır. Yəni səhnə adamlarının yaddaqalan adlara müraciət etməsini deyirəm. Amma Tolikin hansı adı dediyini eşitməsən, əkizlərin verdiyi reaksiyadan elə bilərdin ki, Xatunun əsl adı Tofiqdi, ya da Məmmədxan.

Aparıcı Nəsib Nur yenə arıqlayıb. Məşhur lətifədə deyildiyi kimi, qardaş deyəsən yavaş-yavaş aradan çıxır.

Xalq artisti Yalçın Rzazadə gənc ifaçıları tənqid edib. Deyib ki, sənət yoxdur, hamısı atlanır-düşür. Haqlıdır. Hamısı olmasa da, böyük əksəriyyəti belə edir. Bunun da adı olur şou göstərmək. Əgər Yalçın Rzazadə də dilə gəlibsə, deməli, vəziyyət doğrudan da təhlükəlidir. Ola bilər ki, kimsə atlandı, amma düşmək yadından çıxdı.

Tünzalə Ağayeva peşəkar səhnəyə gələndə 25 yaşı var idi. Baş örtüyü, qapalı geyimlər və ard-arda hit mahnılar. Təbii ki, qısa müddət ərzində qazanılan populyarlıq da məhz bu ifaların sayəsindəydi. Son vaxtlar mahnı yoxdur, tovuzlular demiş, eləcənə soyunur. İki gün əvvəl transparan geyimdə fotosunu paylaşıb. Sosial şəbəkə istifadəçiləri də başlayıb tənqid etməyə. Hər halda 25 yaşda bunu etsəydi, qınanmayacaqdı. Amma 42 yaşda bunu etmək təbii ki, qınaq obyektinə çevrilməliydi.

27 il sonra "Bəxt üzüyü" filminin ikinci hissəsi çəkilib. Özü də filmin yaradıcısı, rejissoru Ramiz Əzizbəylidən xəbərsiz. Amma filmin bəzi qəhrəmanları, məsələn, Ayşad Məmmədov (Hüseyn) bu ekran işində çəkilməkdən imtina edib. Düşünürəm ki, peşəkar aktyorun KVN oynamaması tamamilə doğrudur. Belə getsə, bunlar "Axırıncı aşırım"ın, "Arxadan vurulan zərbə"nin, "Yeddi oğul istərəm"in də ikinci hissəsini çəkərlər. Əsas puldur.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO