Canlı korifey: "Rəqqasə niyə gedib Azərbaycanın milli geyimində xidmətçilik etməli, plov gətirməlidir?" — MÜSAHİBƏ - FOTO
Medeniyyet
Oxunub: 557
27 fev 2018 | 11:36
Canlı korifey: "Rəqqasə niyə gedib Azərbaycanın milli geyimində xidmətçilik etməli, plov gətirməlidir?" — MÜSAHİBƏ - FOTO















Son müsahibəsinin nə zaman oxuduğumu xatırlamıram. Çünki çox müsahibə verməyi xoşlamır. Elə bizim bu söhbətimizin alınması da jurnalist kimi mənim üçün şans əsəridir. Çünki o, Azərbaycan rəqs sənətinin sonuncu mogikanıdır, Azərbaycanın ən yaşlı xalq artistidir. Əlli, hətta altmış il öncə quruluş verdiyi rəqslərə bu gün də tələbat var.
Beləliklə, "Ölkə.Az"-ın suallarını "Şərəf" ordenli prezident təqaüdçüsü, xalq artisti Roza Cəlilova cavablandırır.



- Roza xanım, səhhətiniz necədir?

- Səhhətim belədir ki, iki aydan sonra səksən doqquz yaşım tamam olacaq. Hələ də sənətimlə məşğulam, hələ də köməyimi gözləyirlər, mənə ehtiyac var. Ekranda görürəm ki, əlli beş il öncə qurduğum rəqslər hələ də gedir. Bu, mənimçün böyük mükafatdır. İndi rəqsləri qururlar, bir müddət sonra unudulur.

- Niyə indi qurulan rəqslər tez yaddan çıxır?

- Çünki bir-birini yamsılayırlar, baletmeysterimiz, rəqs quruluşçumuz yoxdu. İndi-indi tədricən bəlkə də cücərir. Amma vaxtında Əlibaba Abdullayev, Əminə Dilbazi və mənim kimi rəqs quruluşçuları vardı. Qurduğum "Durnalar" rəqsi hələ də yaddaşlardadır və oynanılır. Maestro Niyazinin xahişiylə "Muleyli" rəqsini aşıqlarla qurdum. O, sənətdə qara rəng sevmirdi, rəngarəngliyi sevirdi. Bir gün məni çağırıb dedi ki, Roza, ehtiyacımız var, kömək et. Dedim ki, nə etməliyəm? Bir hind rəqsi, "Muleyli" rəqsini və Üzeyir bəyin yeganə mahnısı var -"Qaragöz" onun rəqsini qurdum. Bütün bunlar bir həftənin içində tamamlandı. Yeri gəlmişkən, Azərbaycana ilk dəfə hind rəqsini mən gətirmişəm.



- Bu neçənci ilə təsadüf edir?

- Niyazinin vəfatından iki il öncə-1982-ci il idi. Sənət elədir ki, qocalsan da, gərək sevəsən. İndi cavanlarda həvəs, istək yoxdur.

- Müasir dövrün rəqqaslarından, rəqqasələrindən kimləri bəyənirsiniz?

- Məndən inciməsinlər, rəqqasə görmədim. Əminə həmişə deyirdi ki, onlar hara, biz hara?

- Bu, şübhəsiz ki, belədir...
- Mən o məhəbbəti Əminə Dilbazidə, Böyükağa Məmmədovda, Əlibaba Abdullayevdə və özümdə gördüm. Özümdən sonra heç kimdə görmədim. Çünki rəqs edəndə hoppanırlar, rəqsi başa düşmürlər. Lirika elə şeydir ki, ürəkdən gəlir. Rəqsi qururdum, müəllim gəlib soruşanda deməyə qorxurdum. Əlibaba Abdullayevin qurduğu rəqsi dəyişmək mümkün deyildi. Yalnız mənə icazə verirdi ki, rəqsə bax, əlavələrini de. Mən də rəqsə baxandan sonra ona öz naxışlarımı, əlavələrimi edirdim. Bu da onun çox xoşuna gəlirdi. Halbuki ona nəyisə bəyəndirmək asan deyildi. Niyazi demişdi ki, "Muleyli" rəqsi çox xoşuma gəlib, onu simfoniyaya salacağam. "Muleyli" hara, simfoniya hara? Sadəcə, rəqs onun çox xoşuna gəlmişdi. Rəqsin paltarlarını özü tikdirdi, geyimlərin rəngini özü seçdi. Çox təəssüf ki, maestro tez vəfat etdi. Yoxsa daha çox işlər görəcəkdik.



- İndi rəqqasələr bir qədər tanınandan sonra gedib məclislərdə, toyxanalarda, xınayaxdılarda oynayırlar. Bu doğrudurmu?

- Mən axır vaxtlar eşitmişəm ki, toylara rəqs kollektivləri aparıb oynadırlar. Ayıbdır! Əgər çörək qazandıqlarını deyirlərsə, tamamilə səhvdir. Azərbaycanda çörək qazanmağa çox iş var. Bu bizə xas deyil.

- Rəqqaslər gündəlik geyimdə məclislərə gedirlər. Bəs bu doğrudurmu?

- Ötən il haqqımda çıxan "Səhnəmizin ağ çiçəyi" adlı kitabda bildirirəm ki, rəqsə pula görə getmək olmaz.

- Bəs rəqqasənin plov təqdim etməsi doğru sayıla bilərmi?

- Restoranın, şadlıq sarayının xidmətçisi var. Rəqqas, rəqqasə niyə gedib Azərbaycanın milli geyimində xidmətçilik etməlidir? Rəqqasədən camaat zövq almalıdır. Bu saat zövq çox aşağı düşüb. Amma sənətkar insanların zövqünü yuxarı qaldırmalıdır. Studiyada rəqs etmək olar, toyxanada yox. Mənim ulu nənələrimin paltarını ucuzlaşdırmaq olmaz.

- Bu cür iradlar olanda onlar bildirirlər ki, dolanışıq üçün edirik. Bəs siz necə dolanırdınız?

- Həyatımda toyda rəqs etməmişəm. Kanadadan gələn yaxın bir insanım mənə dedi ki, məclisimizdə otur, səni görsünlər. Dedim ki, oturaram, amma, oynamaq yoxdur. Hətta öz qızımın toyunda demək olar ki, rəqs etməmişəm. Toya gedən şəxsi rəqqasə saymıram. Müğənni, musiqiçi toya gedə bilər, rəqqasə yox.
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək