“Subay qız olsaydım, açıq-saçıq səhnələrə də çəkilərdim, soyunardım da...” — Nərgiz Əliyeva
Medeniyyet
Oxunub: 562
1 mar 2018 | 10:06
“Subay qız olsaydım, açıq-saçıq səhnələrə də çəkilərdim, soyunardım da...” — Nərgiz Əliyeva













Azərbaycanın ilk qorxu filmi “Xənnas” ilə diqqətləri üzərinə çəkməyi bacaran, “Laləli saray” serialının Aydanı Nərgiz Əliyeva musavat.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

- Hazırda “Laləli saray” serialında rol alırsınız. Çəkilişlər necə gedir?

- Hər şey ürəyimcədir, kollektivi, çəkilişi bəyənirəm. İki düşmən ailədən birinin övladıyam. Digər ailənin oğlu ilə nişanlandırılmışam ki, münasibətlər düzəlsin. O, qədər ağıllı qızı oynayıram ki, oğlan mənimlə evlənmək istəmir (gülür). Rolumu çox bəyənirəm, sakit, ev qızını oynamıram. Aktivəm, sözümü deyirəm. Tam məlik roldur.

- Bir serial və filmdə rol almağınız üçün nə lazımdır?

- Pul lazımdır (gülür)... Əsas ssenaridir, keyfiyyətli işdir. Bu yaxınlarda iki filmim olacaq. Biri demək olar ki, hazırdır, çəkilişə başlayacağıq, birinin də ssenarisi yazılır. İndi keyfiyyətsiz filmlər çoxdur, onlara sərf edilən əməyə, pula heyfim gəlir. Bu yaxınlarda çəkilən və səhəri günü kinoteatrdan yığışdırılan filmə (“Güləhməd” filmini nəzərdə tutur) baxanda dəhşətə gəldim. İlk seansda yarım saat sonra zal boş idi.

- “Xənnas” Azərbaycanın ilk qorxu filmidir. Tamaşaçı reaksiyası necə oldu?

- 3-4 ay kinoteatrlarda qaldı. Orada qorxudan çox, dini və psixoloji elementlər vardı. Qış aylarında çəkildi. Psixoloji olaraq obraza o qədər girmişdik ki, öz əsəblərimiz pozulmuşdu. 3 gün oturub cinlərə baxdım ki, cin obrazını yaxşı canlandırım. Psixologiyam pozulmuşdu. Gecə Şəkidən Bakıya gəlirdim, yaxşı ki, yanımda uşaqlar vardı. Elə bilirdim dalımca kimsə qaçır. Hamı deyirdi ki, axırda dəli olacaqsan. Rolum qəşəng idi, əlimdən gələni etdim. Amma indi düşünürəm ki, ondan yaxşı oynaya bilərdim.

- İki filmdə rol alacağınızı dediniz. Rollarınız nədən ibarətdir?

- İkisi də baş roldur, müsbət obrazlardır. Hələ özüm də çox məlumatlı deyiləm.

- Bəzi aktrisalar mənfi obrazları canlandırmağı sevirlər. Deyirlər ki, o obrazlar daha çox diqqət çəkir.

- Mənə də çox zaman mənfi obraz təklif edilir. Heç vaxt sadə, ev qızı obrazı təklif olunmur. Həmişə “fıfıçka” obrazlar verilir. Sakit, ev qızı obrazını özümə yaraşdırmıram. Mən həyatda aktiv xanımam. Özümə o cür obrazları yaraşdırıram.

- Aktrisanın yadda qalması üçün xarici görünüş, yoxsa istedad, səviyyəli işlər lazımdır?

- Məncə, xarici görünüş vacibdir. Keyfiyyətli iş qədər sosial olmağın da vacibdir. Hazırda sosial şəbəkələr reklam olunmaq üçün əla fürsətdir. Amma o baxımdan tənbələm, az istifadə edirəm. Bəzi məşhur simalar gündəmə gəlmək üçün qalmaqallı 3 cümlə yazır, bütün saytlar da onu paylaşır. Mən özümü söydürmək istəmirəm. O cür məşhurluq mənə lazım deyil. Bu dəqiqə açıq-saçıq fotosessiya edərəm, paylaşaram. Hamı məndən danışar. Amma mənə o cür məşhurluq lazım deyil. Mənim qızım var, ona görə hər şeyə diqqət edirəm.

- İndi sizə baş rollar verilir. Bəlkə bunun üçün süni qalmaqalların, məşhurluğun dalınca qaçmırsınız. Sabah gündəmdən düşsəniz, fikrinizi dəyişəcəksiniz.

- Yox, heç vaxt qızımı incidəcək addım atmaram. İndi 26 yaşım var, bundan sonra fikrim dəyişməz. 35 yaşımda soyunmayacağam ki... Subay qız olsaydım, açıq-saçıq səhnələrə də çəkilərdim, soyunardım da.. İndi anayam, hər şeyi ölçüb-biçirəm.

- Sizinlə bağlı internetdə axtarış verəndə bu cür başlıqlarla qarşılaşdım: “Geyimi aktrisanı çətin vəziyyətə saldı”, “Azərbaycanlı aktrisanın 80 minlik maşını”, “Aktrisa sevgilisindən danışdı”, ”100 min versələr, soyunaram”. Rollarınız deyil, ancaq şəxsi həyatınız gündəmdədir.

- Bu cür başlıqlara görə müsahibə vermirəm. Sonra da deyirlər ki, 1 filmi var, özünü dağın başına qoyub. Dediyim sözləri bəzi jurnalistlər istədiyi kimi yazır. Ona görə mətbuatdan qaçıram. Bu xəbərlərdən qaçıram. Deyirlər ki, sevdiyi insanı gizlədir. Tanınmış adam olmadığı üçün gizlədirəm. İstəmirəm birlikdə görüntülənək. Onunla haradasa oturmağa qorxuram.
- Bu da sırf ana olduğunuz üçündür?

- O da var. Amma şəxsi həyat mənə məxsusdursa, onun aləmə yayılmasını istəmirəm.

- Etiraf edək ki, aktrisa Pərvin Abiyevaya qarşı bir qıcıq var. Siz də yaxın rəfiqəsiniz, hətta onun həmkarı ilə olan qalmaqalında Pərvini müdafiə etmişdiniz. Pərvinin yanında olmağınız sizə qarşı olan münasibətə təsir etmədi?

- Biz çox yaxınıq, bacı kimiyik. O ağlayanda mən də ağlayıram. Tanınmayan, adını aktrisa qoyan şəxslər Pərvinlə özünü reklam edir. Onu müdafiə etdiyim üçün məni də tənqid edirdilər. Kompyuter qarşısından yazmaq asandır. Mənim o şəxslərə yazığım gəlir.

- Bəzən bizim serialları keyfiyyət baxımından Türkiyənin serialları ilə müqayisə edirlər. Buna fikriniz necədir?

- Düz etmirlər. “Kara sevda”nın 1 həftəlik büdcəsi bizim 1 illik büdcəmizdir. Əlbəttə, maliyyə çox olsa, iş də keyfiyyətli olar.

- Əvvəllər tez-tez xarici seriallardakı açıq-saçıq səhnələrin gənclərimizi pozduğunu iddia edirdilər. İndi yerli seriallarda da kimin kimin əri olduğu bilinmir, nikahsız hamilə qalanlar çoxalıb və s. Onlar da sosial şəbəkədə tənqid olunurlar.

- Yerli serialların tamaşaçıya psixoloji təsir etdiyini düşünmürəm. heç kim onlara baxıb təsir altına düşmür. Amma xarici serialların təsirinə düşənlər çoxdur. Biri Neslihan, digəri Bihtər olmaq istəyir.

- Bəlkə bizimkilərdə təbii alınmır?

- Xeyr, təbiidir. Türklər də deyirik, sizin filmlər danışığınız daha təsirlidir.

- Bir az da keçmişə qayıdaq. 26 yaşınız var. Qızınızın da 8 yaşı var. Tez ailə qurmuşunuz. Səbəb nə idi?

- 16 yaşımda ailə qurmuşam. Ailəm məcbur etməyib, öz istəyimlə olub. Ailə qurduğuma peşman deyiləm. Yoldaşımla indi də övladımıza görə münasibət saxlayırıq. Keçmiş qayınanamla da tez-tez danışıram, baldızımla rəfiqəyəm. Hazırda da qızım atası ilə görüşür. Onu ailəsindən məhrum etməmişəm.

- Gözəl münasibət saxladığınızı deyirsiniz. Bəs ayrılığa səbəbi nə idi?

- Ayrılmağımıza səbəb xəyanət oldu. Onun həyatına başqa qadın girdi, mən də götürə bilmədim. Ayrıldıqdan sonra yoldaşım barışmaq istədi, qəbul etmədim. 20 yaşımda uşaqla ata evinə qayıtdım. Psixoloji travma almışdım. 1 il depressiyada oldum. Qürurumu tapdalaya bilməzdim.

- Gənc aktrisaların maddi imkanının yaxşı olması tez-tez gündəmə gəlir. Yaşlı aktrisalar onları qınayır ki, bizim vaxtımızda bu cür imkanlar yox idi. Siz də 80 minlik avtomobil sürürsünüz. Bu cür qınaqlara münasibətinz necədir?

- İndi məşhurlaşmaq asandır. 8-9 telekanal var, xəbər portallarının sayını bilmirik. Sosial şəbəkələrdə reklamımız gedir. İldə bir neçə filmə çəkilirəm, serialda rol alıram. “İnstagram” səhifəmdə reklamlar edirəm. Əsasən reklamları pul qarşılığında qəbul edirəm. Bütün bunlar maddi imkanımı yaxşılaşdırır. Avtomobili də ailəmin köməkliyi ilə almışam.
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır