"Azərpaşa Nemətov torbamı tikdi" — Əməkdar artistdən direktora SƏRT İTTİHAMLAR
Medeniyyet
Oxunub: 682
6 mar 2018 | 16:00
"Azərpaşa Nemətov torbamı tikdi" — Əməkdar artistdən direktora SƏRT İTTİHAMLAR












Əməkdar artist İlham Hüseynov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından uzaqlaşdırılmasına səbəbkar direktor Azərpaşa Nemətovun olduğunu bildirib.
Bu barədə "Ölkə.Az"-a açıqlama verən əməkdar artist teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etməməyi barədə səsləndirilən fikirləri ağ yalan adlandırıb:

"Deyilənlər ağ yalandır, uydurmadır. Əgər rəhbərlik səni sevmirsə, qəbul etmirsə, bəhanə tapmaq, damğa yapışdırmaq çətin deyil. İlk növbədə səhhətimə görə teatr az-az getmişəm. İkincisi, teatrın qanunları var. Əgər sənin tamaşan, məşqin yoxdursa, işə gəlməyə bilərsən. Mənim də işim az olduğu üçün teatra az-az getmişəm. Bu da öz günahım deyil. Rol verilməyib, diqqət mərkəzində olmamışam deyə, işə getməmişəm".

Aktyor bildirib ki, barəsində xoşagəlməz açıqlama verilsə, bəzi mətləblərin üstünü açacaq:
"Təbii ki, bəzi mətləbləri qabartmaq istəmirəm. Qarşı tərəfdən xoşagəlməz fikir ünvanlansa, digər mətləblər barədə açıqlama verəcəyəm. Hazırda Gəncə Dövlət Dram Teatrında yarımştat çalışıram, rollarım var. Eyni zamanda Dövlət Musiqili Teatrı ilə əməkdaşlığım var. Məni hər yerdə qiymətləndirirlər, sevirlər. Dünən "Azdrama"dan iyirmiyə yaxın aktyor zəng vurub, məni dəstəklədiklərini bildiriblər, təəssüfləndiklərini deyiblər. Sadəcə, teatrın rəhbəri mənə qarşı pis münasibətdədir. Hər yerdə sevilirəm və bu da həm insan, həm də aktyor kimi keyfiyyətlərimdən irəli gəlir. Məsuliyyətsizlik sözü ümumiyyətlə mənə aid deyil və məsuliyyət xəstəsiyəm. Hətta həddindən artıq məsuliyyətli olmağım bəzən işimə də mane olur. "Azdrama" rəhbərliyi məni işdən uzaqlaşdırılmağıma don geyindiriblər. Buna deyirlər adamın torbasını tikmək. Söhbət direktor Azərpaşa Nemətovdan gedir".

Əməkdar artist bildirib ki, nə vaxtsa yenidən "Azdrama"da çalışacağına inanır:
"Sənətə gəldiyim gündən "Azdrama"da işləmək arzum olub. Bu teatra məni keçmiş direktor İsrafil İsrafilov dəvət edib. Təbii ki, ora qayıtmaq, işləmək arzusunda, həvəsindəyəm və bu da olacaq. Rəhbərlik məni sevmirsə, gözləmə mövqeyindəyəm. Orada çoxlu dostlarım, sevdiklərim, məni sevən insanlar var".

Qeyd edək ki, İ.Hüseynovun işdən çıxarılmasının teatrdan belə əsaslandırmışdılar:

"İlham Hüseynovun səhhətində problem yarandığına görə bülleten götürmüşdü. Bülletenin vaxtı başa çatsa da, o, teatrda ardıcıl olaraq iş davamiyyətini pozub. Bundan başqa İlham Hüseynov teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etmir. Bütün bu səbəblərə görə əməkdar artist İlham Hüseynovla bağlanmış əmək müqaviləsinə xitam verilib".
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək