“Könül Xasıyevaya yalvardım, dərman pulu istədim vermədi” - Sədəqə toplayan məşhur şairə efirdə ağladı - VİDEO - FOTO
Medeniyyet
Oxunub: 354
31 mar 2018 | 18:11
“Könül Xasıyevaya yalvardım, dərman pulu istədim vermədi” - Sədəqə toplayan məşhur şairə efirdə ağladı - VİDEO - FOTO














ARB TV-nin "Sirdaş Rövşanə" proqramına müraciət edən məşhur mahnıların söz yazarı olan şairə yardım istəyib.

Milli.Az xəbər verir ki, "Bağban məni yaralama", "Ana Kürüm" və s. kimi məşhur mahnıların söz yazarı olan Şərafət Dağıstanlı çətin vəziyyətdə olduğunu və yardıma ehtiyacı olduğunu bildirib.

Çəkiliş qrupu 81 yaşlı şairənin yaşadığı evdə qonaq olub.

"Mən havadayam. Mənim adıma evim belə yoxdur. Bir qızım və bir nəvəm var. Onlar da kirayə yaşayırlar. Bu yaşadığım ev də xaricdə yaşayan bir qohumumundur. Dedilər ki, Şərafət xala, nə qədər istəyirsiz burada qalın. 3 il bu evdə soyuqdan donmuşam. Şairə olduğum üçün peşman olmuşam. O qədər mahnım oxunur, lakin məni nəzərə alan yoxdur. Könül Xasıyevaya o qədər yalvarmışam ki, Könül, heç olmasa adımı çək. Cavab verir ki, o xalq mahnısıdır".

Şairə ustad xanəndə Xan əmi ilə tanışlığından da bəhs edib:

"Şövkət Ələkbərova, Nəzakət Məmmədova ilə çox yaxın idik. Şuşada olanda Xan əmi gəlib dedi ki, ay gözəl, nə yazırsan? Dedim ki, şeirlər. Qarabağ haqqında şerimi oxuyub dedi ki, haralısan? Dedim ki, Dağıstan tərəfdən. Dedi ki, ancaq Qarabağ qanı olan biri bunu yaza bilər".

Şərafət Dağıstanlı Könül Xasıyevadan başqa Tacirdən də yardım istəməsinin cavabsız qaldığını söyləyib:

"Çox pis vəziyyətdə yatırdım. Tacirə dedim ki, oğlum, mahnımı oxuyursan, heç olmasa mənə dərman pulu ver. Dedi ki, edərəm, edərəm, o da qaldı".

Daha sonra efirə qonaq gələn şairə efirdən bir daha yardım istəyib. Aparıcı Rövşanənin "sədəqə belə toplamısız?" sualını isə ağlayaraq təsdiqləyib:

"Ağlıma belə bir mövzu ilə efirə çıxacağım gəlməzdi. Hər kəsə deyirəm ki, cavanlıqda özünüzə gün ağlayın. Ömür boyu işləmişam. Dünya Azərbaycanlılar Konqresinin və AYB-nin üzvüyəm. Evim var idi. Qızımın uşağı doğulan zaman ehtiyacdan məcbur olub satdım".

Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...