"Deyirlər ki, səsin ehtiraslıdır, qulağa xoş gəlir" — Hüsniyyə Mürvətova
Medeniyyet
Oxunub: 700
20 apr 2018 | 15:55
"Deyirlər ki, səsin ehtiraslıdır, qulağa xoş gəlir" — Hüsniyyə Mürvətova














"Bakı Bələdiyyə Teatrının tanınmış aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Hazırda Türkiyənin Ankara və İstanbul şəhərlərinə qastrol səfərinə hazırlaşırıq. Abdulla Qurbaninin müəllifi olduğu "Türk sancarı" və Rafael Öztürkün "Nargin faciəsi" tamaşlarının məşqi gedir. Eyni zamanda Molyerin "Tartüf" əsəri Bəhram Osmanovun quruluşunda hazırlanır. Ancaq qastrolla əlaqədar "Tartüf"ün məşqləri müvəqqəti olaraq dayandırılıb. Çox güman ki, bu tamaşa yeni mövsümdə təqdim ediləcək.
- Teatrınızın bina problemi hələ də davam edir...
- Bina problemimiz qalmaqdadır. O bizim ağrılı yerimizdir. Ümid edirik ki, nə zamansa teatrımızın normal binası olacaq. Yaşından, təcrübəsindən asılı olamayaraq bütün aktyor-aktrisalarımız məşqlərə çox böyük həvəslə gəlirlər. Potensialı çox yüksək olan aktyor truppamız var.
- Məsələn?
- Toğrul Rza, Tural Rza, İlqar Musayev, Tural Baxış, Tural Əhməd, Firəngiz Babayeva, Əfqan Soltanov, Rəşid Soltanov, Asif, Cövdət Şükürov, Rafiq İbrahimov, Tofiq Bayramov, Zülfiyyə Qurbanova, Zülfiyyə Məmmədova, Nigar Babayeva, Səmayə Sadıxova, Şahzadə xanım kimi istedadlı aktyor-aktrisalardan ibarət truppamız var. Həm yaşlı, həm gənc, həm də orta yaşlı heyətimiz yetərincə güclüdür, potensiallıdır. Hazırda serialların, filmlərin aparıcı aktyorları, qəhrəmanları bizim teatrın aktyorlarıdır. Öz adıma deyə bilərəm ki, seriallarda çəkilmişəm, dublyajlarda...
- Hətta sizə dublyajın kraliçası deyirlər...
- (gülür) Onu mən deməyim. Eyni zamanda qiraətlə bağlı tədbirlərə dəvət edilirəm. Bu yaxınlarda Orxan Mərdanın "Qaragöz" filminə çəkildim. Komediya olsa da, mənim obrazım məhz dram xəttini aparır. Tərəf müqabilim Elməddin Cəfərovdur, onun həyat yoldaşını oynayıram. Yeni filmə dəvət olunmuşam, bəzi məsələlərin həllini səbrsizliklə gözləyirəm. Çünki arzuladığım obrazdır.
- Teatrın binası yoxdur, şəraitsizlikdir. Elə bir an oldumu ki, iş yerinizi dəyişmək istəyəsiniz?
- İnanın ki, yox.
- Təkliflər olurdu?
- On altı yaşımda Sumqayıt Dövlət Dram Teatrında işə başlamışam. Ardınca "İlham" Miniatür Teatrında üç il fəaliyyət göstərdim. Hətta "Əl əli yuyar" tamaşasındakı obrazıma görə məni şəhərdə barmaqla uzunsaç qız deyə göstərirdilər. Bakı Bələdiyyət Teatrında 1997-ci ildən işləyirəm. Bura mənə ailəm kimi doğmadır. Həm də teatrımızın rəhbəri Amaliya Pənahovanı sənətkar, insan kimi çox sevirəm. Bakı Bələdiyyə Teatrı bir ailədir. Uşaqlarımızı görəndə elə bilirəm ki, qardaşlarımı, bacılarımı görürəm. Dərdimiz, sərimiz, sirrimiz birdir, qastrol səfərlərimiz çox maraqlı olur. Çünki Amaliya xanım bizə o şəraiti yaradır, bizə yolda analıq edir.
- Sizcə teatr rəhbəri yaradıcı insan olmalıdır, yoxsa idarəçi?
- Mənim düşüncəmə görə teatr rəhbəri yaradıcı insan olmalıdır. Ancaq yaradıcı insan idarə etməyi də bacarırsa, bu, mükəmməldir.
- Rəhbərin yaradıcı insan olmağı onun idarəçiliyinə mənfi təsir göstərmir ki?
- Hər ikisi üst-üstə düşəndə çox yaxşı olur. Məsələn, Amaliya xanımda dediyiniz hər iki keyfiyyət var. Bəlkə də biz bu baxımdan udmuşuq. O elə məqamlarda bizi başa düşür ki, bunu ancaq yaradıcı insan anlaya bilər.
- Bir çox aktrisalar var ki, zərərli vərdişlərə meyllidirlər və bunu teatrda olmaqları ilə əlaqələndirirlər. Ancaq bildiyimə görə sizin belə bir vərdişiniz yoxdur.
- Gələn il sənətdə olmağımın otuz ili tamam olur. İndiyə qədər zərərli vərdişlərim olmayıb. Belə şeylər insanın özündən asılıdır. Hər kəs fərddir, hər kəs bir ailədən gəlir. Kimsə sənət adına möhür vurmasın ki, sənətdəsənsə zərərli vərdişin olmalıdır. Əsla belə deyil. Başqa sənətdə olan insanlar var ki, aktrisalardan daha çox zərərli vərdişləri var.
- Sizcə, niyə son illərdə hadisə sayıla biləcək tamaşamız yoxdur?
- Bizim teatrda "Əli və Nino" tamaşası yetərincə uğurlu alınmışdı. Tamaşanın taleyi rejissordan asılıdır. Çünki rejissor tamaşanı dünyaya gətirəndir.
- Bəs aktyor kimdir?
- Aktyor ifaçıdır. Yəqin ki, aktyor da balasıdır (gülür).
- Axı dünyaya gələn aktyor yox, tamaşadır...
- Aktyor da tamaşanın içindədir axı. Bura aktyor, aktrisa, musiqi, dekorasiya, bir sözlə hər şey daxildir. Bu mənim şəxsi qənaətimdir. Tamaşanın səs-küy yaratması ilk növbədə rejissorun, sonra aktyorların uğurudur. Bu, filmdə, serialda da belədir.
- İcazənizlə bəzi şəxsi suallar verim. Ancaq istəməsəniz cavablamaya bilərsiniz. İkinci dəfə ailə qurmaq haqda düşünürsünüzmü?
- Belə şeyləri qismətə bağlayıram. Bəlkə də ola bilər. Bu vaxta qədər oğlumu düşünüb ailə qurmadım. Evlilik təklifləri də var idi.
- Ancaq bildiyimə görə xaraktercə çətin insansınız...
- (suallı təbəssümlə qarşılayır) Ay nə yaxşı, hamı bilir.
- Sənət aləmindən idi bu təklif?
- Xeyr. İndi isə oğlum böyüyür, on yeddi yaşı var. Pisi də, yaxşını da ayıra bilir. Düşünürəm ki, məni xoşbəxt edəcək bir insan qarşıma çıxsa, oğlum heç vaxt anasının xoşbəxtliyinə mane olmaz.
- Bu barədə oğlunuzla danışmısınızmı?
- Biz oğlumla dostuq, sirdaşıq. Çərçivə daxilində hər şeydən danışırıq. Düşünürəm ki, oğlum mənə qadağa qoymaz.
- Bəs qadağa qoyarsa?
- Qadağa qoyarsa, əlbəttə, mənimçün birinci oğlumun fikridir. O mənim hər şeyimdir.
(Müsahibənin bu hissəsini Hüsniyyə xanımın istəyi ilə dərc etmirik)
- Etiraf etdiniz ki, xaraktercə çətin insansınız. Sizi çətin edən nələrdir?
- Əslində, mən heç çətin insan deyiləm. Sadəcə, dürüstlüyü, məsuliyyətli olmağı, işimə ciddi yanaşmağı sevirəm. İnsan belə olanda ona çətin deyirlər. Söz vermişəmsə, onu etməliyəm, gəlməyə söz vermişəmsə, gələcəyəm. Mənə görə kiminsə işinin axsamasını istəmirəm. Əgər bir şey məndən asılıdırsa, üzərimə düşəni edirəm ki, mənə görə kimsə pis vəziyyətdə qalmasın. Kimsə məni pis vəziyyətdə qoyarsa, ona qarşı ciddi oluram. Bu da məsuliyyət hissindən irəli gəlir.
- Belə olmağınız şəxsi münasibətlərə də siraət edir?
- Bəli.
- Səsinizin yaşınızdan daha gənc insanı xatırlatdığını deyiblər?
- Bəli, deyirlər.
- Başqa nə deyirlər?
- Səsimi çox tərifləyirlər, çox ecazkar, ehtiraslı, fərqli olduğunu deyirlər. Deyirlər ki, səsiniz yadda qalır, qulağa xoş gəlir.
- Bəs deyən olubmu ki, səsiniz özünüzdən daha gözəldir?
- (müsahibə ərzində ilk dəfə ucadan gülür) Yox, elə deməyiblər. Bunu ilk dəfə eşidirəm. Doğrudanmı səsim özümdən gözəldir? Deyiblər ki, özünüz kimi səsiniz də gözəldir.
- Komplimentləri çox sevirsiniz?
- Bəli, çox. Qadınlar nə vaxt kompliment sevməyib ki?
- Bəs hansı məqamda kompliment sizi sıxa bilir?
- Sözaltı mənası olanda sıxılıram.
- Yəni?
- Necə deyim e. Sənətdən kənar, dırnağarası məqsədi olan komplimentlərdən əsəbləşirəm.
- Bəs özünüz əsk cins nümayəndəsinə bu kimi iltifatlar edirsiniz?
- Aktyor yoldaşlarıma, dostlarıma əgər yaxşı görünürlərsə, xoş söz deyirəm.
- Bəs simpatiyanızı ifadə etmək mənasında?
- Bütün həmkarlarıma simpatiyam var. Simpatiya sevgi demək deyil ki.
- Bəli, rəğbətdir.
- Tamamilə doğrudur. İnsanın sənətkarlığı və görünüşü üst-üstə düşürsə, bu, mükəmməl bir şey olur. Mən də yaxşıya niyə yaxşı deməyim ki? Gənc aktrisalara da xoş söz deməkdən çəkinmirəm, qısqanclıq etmirəm.
- Həm də bədii qiraətlə məşğulsunuz. Ortabab, yaxud zəif şeiri qonorar müqabilində səsləndirmisinizmi?
- Həmişə sevdiyim şeirləri söyləmişəm. Belə təkliflər çox olub. Ancaq içimdən məni tərpətməyibsə, söyləməmişəm. Bu yaxınlarda bir cavan qız şeir təklif etdi, qonorar müqabilində səsləndirdim.
- Qonorarsız səsləndirərdinizmi?
- Yox, səsləndirməzdim (gülür).
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...