“Oğlunun yanında barmaq göstərəndə utanmadın?” - Röyanı biabır etdi - FOTO
Medeniyyet
Oxunub: 485
25 apr 2018 | 13:10
“Oğlunun yanında barmaq göstərəndə utanmadın?” - Röyanı biabır etdi - FOTO














"Röya, nə vaxt sənin "əlindən öpmüşəm" və nə vaxt "qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin" demişəm?? Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha absurd bir şey ola bilməz. Amma bunu da gördüm".

Qafqazinfo xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova lent.az-da yayımlanan köşəsində qeyd edib. F. Kərimova əməkdar artist Röya Ayxanın onun barədə söylədiyi fikirlərə sərt reaksiya verib:

"Birinci gələk sənə qarşı etdiyim "haqsızlıqlara", sənin dilindən desək "səhvimə". Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin. Görünür, ən böyük səhvim səni sənətkar saymamağımdır. Bəli, səni sənətkar saymıram! Nəinki səni, sənin "sənətkar" saydıqların belə mənə görə sənətkar olmayıb".

Müğənni R. Ayxanı nankorluqda ittiham edib: "Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur.

Sənətkar saydığın İlhamə Quliyeva səni "iylənmiş", "bitli baş", "yuyulmamış..." və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, "qızım, belə olmaz, gələcəyini düşün"? Bu idimi sənin haqqını çeynəməyim?

Sənə deyəndə ki, "qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil" - səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda "kiminsə videolarını (Faiqi nəzərdə tuturdu - F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər". Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş".

Xalq artisti Röyanın oğlunun yanında barmaqla qeyri-etik işarə göstərməsini qınayıb:

"İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır.Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm. Belə bir jesti azyaşlı oğlunun yanında rahatca göstərəndə nə övladından, nə də millətindən utanmadınmı? Öz ailə mədəniyyətini, oğluna rəva bildiyin tərbiyəni bu şəkildə sərgiləmək mütləq idimi? Ana instinktini, Qadın ismətini şəxsi sərbəstliyinə bu dərəcədə qurban verməyə dəyərdimi? Düşündünmü gələcəkdə övladına, xüsusən oğlan övladına utanc gətirən çox problemlər yaradırsan? Ağıllı insan öz səhvindən öyrənər, müdrik insan başqalarının. Ağlı kəsəndə bağışlayacaqmı səni? Bəzən kiminsə varlığı, bəzənsə kiminsə yoxluğu insana görk olur. Bu gün oğlan övladının yanında oturuşunu bilməyən, etdiyi jestin fərqinə varmayan, sabah artıq nə qədər pərdələri araladığını və illər sonra o pərdələri deşib keçən barmağının ağrısını özündə hiss edəcək. Diqqətli düşünsən, nə dediyimi yaxşı anlayarsan!

Allah övladını xoşbəxt etsin. Aydın şüurla arzuladığın kimi bir kişi oğul olsun, sözün böyük mənasında! İndi uşaqdır, çox şeyin fərqində deyil hələ. Sən onun üçün mələksən, hamıdan böyük, hamıdan güclüsən. Hələ sənə sadəlövhcəsinə sual verir: "Ana, səni hamı tanıyır?" 10 il sonra isə özü səndən buraxdığın səhvlərin fərqinə varıb, artıq həyatı anlayan hakim dərəcəsində soruşanda ki, "Ana, Flora xanım sənə nə demişdi ki, onu sevmirdin?", çox ümid edirəm ki, o vaxt ona üzün qızarmadan, daha ağıllı və ən vacibi, yalansız cavabına sonrakı həyat tərzinlə haqq qazandırasan. Abırsızlıqla ağılsızlıq əl-ələ verəndə insanın evi yıxılır!!! Həddini bil".
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ