Unudulmuş adətlər — Doğulan uşağı baş üstünə qaldırmaq nə deməkdir?
Medeniyyet
Oxunub: 493
30 apr 2018 | 11:30
Unudulmuş adətlər — Doğulan uşağı baş üstünə qaldırmaq nə deməkdir?














Bir çox qədim və orta əsr xalqlarında mövcud olmuş adətlərin böyük əksəriyyəti bu gün cəmiyyətlərdə istifadə edilmir. Amma bu ritualların, adətlərin hər birinin öz mənası, öz simvolu, öz səbəbi olub.
“Ölkə.Az” bu gün oxuculara yeni doğulan uşağı baş üstünə qaldırmaq adəti barədə kiçik məlumat verəcək. Məlumatı redaksiyamıza tarixçi-alim Əkbər Nəcəf verib.

Doğulan uşağın baş üstünə qaldırılması bir çox qədim və orta əsr xalqlarının inancında mövcuddur. Bunun səbəbi hər zaman çox da insani deyildi. Belə ki, uşaq doğulduğu zaman atasına verilir. Atası uşağı qucağına alıb, başının üstünə qaldırarsa, bu o uşağın ata tərəfindən qəbul edildiyi və yaşamasına izin verildiyi mənasına gəlirdi.

Türk millətləri birmənalı olaraq doğulan qız və oğlan uşaqları qəbul etmiş və onları başlarının üstünə qaldırmışlar. Kamların yanında yer alan qadın əbələr (mamalar) doğulan uşağı atasına verirdilər. Onlar da uşağı başının üstünə qaldırıb anasına təqdim edirdilər. Ancaq bundan sonra ana uşağına baxmaq haqqı qazanırdı. Uşaq başqa kişidən olsa belə, ata onu qəbul etmək məcburiyyətində idi. Həttə bəzi hallarda belə uşaqlar üstün qəbul olunurdu.
Ancaq digər mədəniyyətlərdə bu elə də müsbət nəticələnmirdi. Ən vəhşi uyqulamalar yunanlar və romalılara aid idi. Ata nadir hallarda doğulan uşağı qucağına alıb, onu başı üstünə qaldırırdı. Bu eyni zamanda həmin uşağın ata tərəfindən qəbul edilməsilə yanaşı, şəhər vətəndaşlıq haqlarına qovuşduğu (azad insan olduğu) mənasına gəlirdi. Lakin uşaq xidmətçilərdən, cariyələrdən və soylu olmayan qadınlardan doğulubsa, romalılar uşaqdan imtina edib, onu küçəyə buraxır, öldürülməsini əmr edir və ya tərk edilməsinə qərar verirdilər. Afina və Roma kimi şəhərlərdə qulların çoxluğunun səbəbi onların hamsının əsir və satın alınıb kənardan gətirilməsi deyil, qanuni və ya qeyri-qanuni yollardan doğulub, küçələrə tərk edilməsidir. Buna görə də 80 minlik Atina əhalisinin 40 mini qullardan ibarət idi. Bu adətə qarşı ən çox mübarizə aparanlar Stoacılar olublar.

İslamdan əvvəl ərəb qəbilələrində (hamsında deyil) qız uşaqları diri-diri torpağa tapşırılırdı. Buna səbəb, qızı uşağını "öldürümək" deyil, torpağın qız uşağını alıb onlara oğlan uşağı verəcəyi inancı idi. Bu inanca görə, torpağın bədəni yeniləmək və dəyişdirmək gücü vardı. Bu inanc əslində müxtəlif formalarda bütün qədim xalqlarda vardı.

Uşağın baş üstünə qaldırılması Azərbaycanın bəzi bölgələrində bu gün də yaşayır. Ən maraqlısı isə 40 günü çıxmayan uşağın ailəsinin ziyarətinə gələnləri, uşağın altından keçirməkdir. Bunun üçün bələkli uşağı yuxarı qaldırılır, gələnlər əyilib simvolik olaraq onun altından keçirlər. Buna səbəb, uşağı ziyarət edən adamlarla birlikdə gələn mənfi təsirlərin uşağa toxunmasının qarşısını almaqdır...
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi