Rahidə Baxışova: “ Üçüncü dəfə ailə qurmaq istəmirəm, 2 dəfə xəyanət...” — MÜSAHİBƏ
Medeniyyet
Oxunub: 695
1 may 2018 | 12:45
Rahidə Baxışova: “ Üçüncü dəfə ailə qurmaq istəmirəm, 2 dəfə xəyanət...” — MÜSAHİBƏ














"Ölkə.Az" saytının növbəti qonağı tanınmış müğənni Rahidə Baxışovadır.

- Rahidə xanım, həyatdakı missiyanızdan razısınızmı?

- Razı olsam da, olmasam da, öz qismətimlə barışmalıyam. Çalışıram ki, ayaqlarım üstündə durum.

- Deməli, güclüsünüz...

- Əlbəttə, güclüyəm. Əvvəllər elə bilirdim ki, zəifəm. Amma son illərdə aldığım zərbələrdən sonra anladım ki, mən çox güclü biri imişəm.

- Aldığınız zərbələrdən ən sarsıdıcısı hansı olub?

- Hamısı mənim üçün sarsıdıcı olub. Fərq qoya bilmirəm.

- Bu yerə asanlıqlamı gəldiniz?

- Xeyr, çox çətinliklər gördüm. Elə arzularım oldu ki, ürəyimdə qaldı.

- Hansı arzular idi onlar?

- Əslində istədiyimə çatdım, amma yarımçıq qaldı. 22 yaşımda sevdiyim insanla ailə həyatı qurdum və övlad dünyaya gətirdim. Amma bu evlilik axıra qədər getmədi.

- Neçə il ailəli oldunuz?

- İki il.

- Sonra..?

- Sonra 12 ərzində heç kimlə ailə qurmaq istəmədim. Ehtiyat edirdim sanki. Amma zaman elə gətirdi ki, on iki ildən sonra yenidən ailə həyatı qurdum.

- Ikinci dəfə ailə qurduğunuza görə peşman oldunuzmu?

- İkinci dəfə ailə quranda elə bir yaşda idim ki, düşünürdüm o yaşda yanılmaram. Lakin sonradan başa düşdüm ki, ikinci dəfə ailə qurmağımla ağılsızlıq etmişəm.




- İkinci ailə həyatınız nə qədər davam etdi?

- Üç il.

- Hər iki ailə həyatınızın qısa zaman kəsiyində dağılmasına səbəb nə idi axı? Bəlkə, xəyanət?!

- Mən həyatda çox insanlara güzəştə getmişəm. Həmişə bağışlamağı bacarmışam. Amma o elə bir şey idi ki, onu heç cür bağışlaya bilməzdim.

- Siz xaraktercə sanki bir qədər qapalı insansınız və sanki insanlarla aranızda müəyyən bir məsafə saxlayırsınız...

- Tamamilə doğrudur, çünki heç kimə güvənmirəm. Güvəndiyim insanlardan çox zərbələr almışam.

- Rəfiqəniz yoxdur?

- İnanmazsınız, dörd-beş dostum var, hamısı da kişidir. Mən anladım ki, xanımlarla rəfiqəlik etmək təhlükəlidir. Çünki qadın qadını heç vaxt istəməz. Düzdür, hər kəsə şamil etmək olmaz, amma mən ən azından bunun şahidi oldum.

- Burnunuzdan nəyi gətirdilər?

- Sevməyi burnumdan gətirdilər. Sevgisiz yaşamaq çətindir?

- İndi sevirsiniz?

- Xeyr. Üçüncü dəfə ailə qurmağı ağlımdan belə keçirtmirəm.

- Niyə?

- Çünki iki dəfə ərdə oldum, gördüyümü gördüm. O çətinlikləri, problemləri bir daha yaşamaq istəmirəm. Hərdən öz-özümə deyirəm ki, nə gözəldir azadlıq?!

- Həyat yoldaşınız sizə əl qaldırıbmı?

- Bu barədə danışmaq istəmirəm.

- Nəyin qarşısında susursunuz?

- Əslində danışmaq istədiyim, amma danışmadığım sözlər çoxdur. Düşünürəm ki, bəzi məqamlarda susmaq məsləhətdir. Susmaq çox məsələni həll edir.

- Nəyin yoxluğu ilə hələ də barışa bilmirsiniz?

- Mən iki qardaşımı itirmişəm. Düzdür, Allaha üsyan etmirəm, amma hələ də oların itkisi ilə barışa bilmirəm (kövrəlir).

- Hansı “yük”ü özünüzlə çəkib apara bilmirsiniz?

- Mən çox yorulmuşam, çox...

- Plastik əməliyyat etdirmisinizmi?

- Bəli, burnumu düzəltdirmişəm. Deyirdilər ki, çənəmə də cərrahi müdaxilə olunub, amma doğru məlumat deyil, çünki çənəmlə bağlı heç vaxt kompleks yaşamamışam.

- “Fələyin çarxı” dönsə, sizin üçün necə olar?

- O “çarx” çoxdan dönüb (gülür).

- Kimin əlindən yanıqlı qalmısınız?

- Biri var, onu Allaha tapşırmışam.


- Aqressivsinizmi?

- Bəzən olur ki, özümdən çox pis çıxıram.

- Açıq-saçıq geyimlərə qarşı kompleksiniz varmı?

- Mənə heç kim heç bir məhdudiyyət qoymur, amma mənim özümə qoyduğum müəyyən bir hədd var.

- Sizin üçün insanlıq “ölübmü”?

- Artıq üç ildir ki, bəli, “ölüb”. Mən artıq insanlardan hər şeyi gözləyirəm. Heç kimə güvənmirəm, inanmıram.

- Sözün bitdiyi yer haradır?

- Bəzən elə məqamlar olub ki, donub qalmışam, deməyə söz tapmamışam.

Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Loung”-ə təşəkkürümüzü bildiririk.



Söhbətləşdi: Cavidan Abdullayev, Niyam Şirinov
FOTO: Elvin Qasımzadə
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər