Fuad Poladovu öldürən xəstəlik... — Gizli gedir, sürətli inkişaf edir, metastaz verir
Medeniyyet
Oxunub: 810
6 may 2018 | 10:50
Fuad Poladovu öldürən xəstəlik... — Gizli gedir, sürətli inkişaf edir, metastaz verir















Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xalq artisti Fuad Poladov ağciyər xərçəngindən vəfat edib. Görkəmli aktyor bir neçə aydır, bu xəstəlikdən əziyyət çəkirdi və səsində də problem yaranmışdı.
Bəs ağciyər xərçəngi nədir, simptomları hansılardır?

Medicina.az görkəmli aktyorun vəfatına səbəb olan xəstəliklə bağlı bəzi vacib məlumatları təqdim edir:

Ağciyər xərçəngi ən gizli gedən, çox vaxt bədxassəli olub, sürətlə residiv və metastaz verən xəstəlikdir. Kliniki formaları o qədər çoxdur ki, bir çox ağciyər xəstəliklərinin simptomları altında gizlənə bilir. Hazırda dünyada onkoloji xəstəliklər sırasında liderdir.

Risk faktorunda olanlar:

-İrsi, nəsildən keçmə - ən azı 3-5 qohumda bu növün olması

-Ekzogen - aşırı tütün çəkmə, konsaragen çirkli hava ilə nəfəs almaq

-Endogen - 50 yaşından sonra pnevmaniya, bronxit, endokrinopatiya və s. xroniki xəstəliklərdən əziyyət çəkmə.

Formaları:

-Mərkəzi – iri bronxları tutur

-Periferik - daha nazik bronxları tutur, düyünvari, pnevmaniyaya bənzər

-Mediastinal - limfadüyünlərin metastazı, digər orqanlardan keçid.

Əsas simptomları:

-Şişin yerləşməsindən asılı olaraq dəyişir: bronxların qapanması, üzərinin örtülməsi, güclü öskürək, qan gəlməsi, tez tez hıçqırma, sinədə ağrı
-İntoksikasiya əlamətləri: yorğunluq, əzginlik, anoreksiya, sürətlə arıqlama və s.

-Xəstələr öskürərkən tüpürcəkdə və bəlğəmdə al qan izləri görənə kimi həkimə getmirlər. Bu siqnal isə artıq şişin 3-cü mərhələyə keçdiyini göstərir

-60% xəstələrdə sinədə, kürəkdə ağrılar olur

-Öskürək reflektordur, bronxlardan səs gəlir. Əvvəlcə quru öskürək, sonra nəm, irinli bəlğəmlə müşayiət olunur

-Hıçqırma və gəyirmələrin intensivliyi artır

-Ən tipik simptom obturasion pnevmaniyanın sürətlə residivləşməsidir. 50 yaşından sonra xüsusən çox siqaret çəkən kişilər pnevmaniya simptomlarını nəzərdən qaçırmasınlar

Diaqnostikası:

Xərçəngin bu forması o qədər gizli və simptomsuz inkişaf edir ki, həm pasiyenti, həm həkimləri çaşdırır.

Ən ağır forması xırda hüceyrəlidir. Bu hidtoloji forma dərhal metastaz verir və müalicəyə az tabe olur. Bu növ çox nadir halda rast gəlinir və ağciyər paylarını bərabər olaraq tam örtür.

Müalicəsi:

Şişin lokalizasiyası və dərəcəsindən asılı olaraq seçilir.

Kombinə olunmuş müalicə effektivdir: cərrahi müdaxilə, kimyaterapiya və şüa terapiyası.

Xırdahüceyrəli şişi demək olar ki, əməliyyat etmirlər.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO