17-05-2018, 21:46 Oxunub: 86

Fəridənin ən böyük arzusu: "Bir qızım olsun, ona əclafların qarşısında üzülməməyi öyrədim"

Fəridənin ən böyük arzusu: "Bir qızım olsun, ona əclafların qarşısında üzülməməyi öyrədim"














Xəbər verdiyimiz kimi, itkin düşən alpinistlərin meyidi tapılıb.

Dünyasını dəyişən Fəridə Cəbrayılzadənin ötən ilin sentyabr ayında yazdığı şeir hər kəsi kövrəldib. O şeirində ən böyük arzusun dilə gətirib.

Həmin şeiri təqdim edirik:


Bir qızım olsun

Sahib ola bilmədiklərimi ona verə bilim,
Ola bilmədiklərimi deyim

Bir qızım olsun
Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim,
Əclafların qarşısında üzülməməyi öyrədim.
Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

Bir qızım olsun,
Söz versin, insanlara tez inanmasın,
Tez ürəkdən bağlanıb, qucağını açmasın,
Alət kimi bir gecəlik olmasın,
Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın
Aciz olmasın, sükut etməsin
Yüksəklərdə qanad çırparkən süqut etməsin.

Bir qızım olsun
Dul qalsa əgər,
Təhqir olunmağına izn verməsin.
Başqalarının əmlakı olmadığını bilsin,
Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin.


Bir qızım olsun,
Ona deyim ki, səsinə cəsarət qatsın
Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz,
Əgər ana ola bilməsə kişilər ölməz !

Bir qızım olsun
Evli qadına rəhm edə bilsin,
Kişi icazəsi olmadan nəfəs ala bilsin,
İstəyirəm Quşları Qəfəs'siz çəkə bilsin.
Mələk olsun istəmirəm..səhvləri olsun,
İstəyirəm qadın olsun..qadın ölsün.

Budur qadınlıq!
Bir qızım olsun
Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,
Kimsə qadına şiddətə cəhd etməyəcək.
Kimsə onu incitməyəcək.
Elzanın yeni şeiri aləmi bir-birinə qatdı: Elzanın yeni şeiri aləmi bir-birinə qatdı: "Qadın bir şey istəyir, kişinin..." Medeniyyet Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO Sosial Elzadan Sevgililər günü şeiri: Elzadan Sevgililər günü şeiri: "Soyunsun mənim kimi" Medeniyyet "Nə olsun ki, qadın kimi geyinirəm, qeyrətim də, namusum da var" - Samiraldo Medeniyyet HDP-nin Peyğəmbəri (s.a.s) təhqir etməsi kürdləri ayağa qaldırdı - Diyarbəkri HDP-nin Peyğəmbəri (s.a.s) təhqir etməsi kürdləri ayağa qaldırdı - Diyarbəkri "Rədd olsun PKK" şuarları bürüdü Dunya