Gəlinləri Kəmalə Ağazadəni insan alverində suçladı: "Aborta məcbur etdi"
Medeniyyet
Oxunub: 756
17 may 2018 | 22:59
Gəlinləri Kəmalə Ağazadəni insan alverində suçladı: "Aborta məcbur etdi"















Dələduzluq, rüşvət vermə, rüşvətə təhrik etmə və digər cinayətlərdə ittiham olunan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Kəmalə Ağazadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş Həcər Kəngərli ifadə verib. O, ifadəsində Kəmalə Ağazadəyə qarşı daha bir iddia qaldırıb. Deyib ki, Kəmalə Ağazadə onun övladını abort etdirib: “Kəmalə xanım insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mənim özüm, övladım insan alverinin qurbanı olub. Mənim özümün övladım abort edilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir”..

Təqsirləndirilən şəxs Kəmalə Ağazadə isə zərərçəkmişin dediklərini qəbul etməyib.

Kəmalə Ağazadənin vəkili Aqil Layıcov zərərçəkmişin bu iddiasının araşdırılması üçün xüsusi qərar çıxarılmasını istəyib.

Hakim isə bildirib ki, bu işin hazırda araşdırılan cinayət işi ilə heç bir əlaqəsi yoxdur, bu səbəbdən araşdırıla bilməz.

Daha sonra Həcər Kəngərli 3600 manatı Kəmalə Ağazadəyə verməsindən danışıb. Qeyd edib ki, Kəmalə Ağazadənin təşkilatında layihədə işləyib, həmin layihənin uzadılması üçün Səhiyyə Nazirliyinə rüşvət veriləcəyini deyib: “Biz də bu işdən maaş aldığımız üçün istənilən məbləği verdim”.

Digər zərərçəkmiş Mahirə Sadıqovanın sözlərinə görə, Kəmalə Ağazadənin rəhbərlik etdiyi təşkilatda sosial işçi, daha sonra isə psixoloq kimi işləyib.

O, Kəmalə Ağazadəyə 2100 manat verdiyini, həmin pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəyini söyləyib.

Təqsirləndirilən Kəmalə Ağazadə bildirib ki, Mahirə Sadıqova və həyat yoldaşı Dadaş Əhmədov uzun illər onun yanında işləyib. Onun sözlərinə görə, daha sonra onları işdən uzaqlaşdırıb.

İttihama görə, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib. O, həmçinin vətəndaşları rüşvət verməyə təhrik edib.

Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri vəzifəsində işləyib.

O, Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib.

Bu məqsədlə 2015-ci ilin avqustun 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

Həmin müqavilənin müddəti bitdikdən sonra Kəmalə Ağazadə onlara bildirib ki, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə, əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına nail olacaq və onlarla yenidən xidmət müqaviləsi bağlayacaq.

Kəmalə Ağazadə 2015-ci ilin sentyabr və oktyabr ayında “Azərbaycan Uşaqları” İctimai Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600, Mahir Bayramovdan 2100 və Mahirə Sadıqovadan isə 2100 manat alıb.

O, ümumilikdə 7800 manat məbləğində pul alaraq, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Kəmalə Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən Kəmalə Ağazadənin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. O, həbs edilməyib.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası